Ata xatirəsi
ŞƏHİD KÖRPƏSİNİN
DİLİNDƏN
Sən gedəndən
qəlbim də gedib sanki,
Dəfn
olunan Sənsən,
mən - məzar kimi.
Ağlamaq çarə deyil,
dərmanım Sən idin,
Bir dəfə görüşsək,
qucaqlasam səni,
Ata!..
Şəkil tək dayanmışam
Sənin
qarşında,
“Öl” desən, ölərdim mən
Sənin yolunda.
Canını Vətənə qurban
vermisən Sən,
Mən Sənə son sözlərimi
necə çatdırım,
Ata?!
Sən gedəndən
günəş tərk
edib evimizi,
Sən gedəndən
sözlərim yarım
qalıb mənim.
Əllərim yanıma düşəndə
Sən tutardın, indi
Sən getmisən, yoxsan,
qalmışam Sənsiz!..
Ata, ruhum, dostum, uşaqlığım,
hər şeyim!
Atam, ömrüm, dünyam, nəfəsim mənim!
İsti
nəfəsində gizlənmək,
səni qoxlamaq,
Sənin ətrində qocalmaq
istərdim, Atam!..
Əfsanə RƏHİMLİ
525-ci qəzet .-2022.- 22 iyul.- S.14.