Buludlarda var, yox?

 

NAZİLƏ RAHİBQIZININ "BULUDLARA SƏYAHƏT" KİTABI HAQQINDA QEYDLƏR

 

Mənə elə gəlir ki, ən böyük şairlər uşaq sevgi şeirlərindən keçərək ədəbiyyatın böyük yoluna qədəm qoyurlar. Çünki uşaq sevgi şeiri qədər şairin istedadını üzə çıxaran onu cilalayan ikinci bir vasitə yoxdur. Ona görə gənclərdən kim redaksiyamıza şeir gətirirsə, ilk andaca onun sevgi uşaq şeirlərini nəzərdən keçirir bununla onların ədəbiyyat yolunda ilk addım səslərini eşidirəm.

Bu günlərdə tanınmış şair dostum Nəcibə İlkin mənə Nazilə Rahibqızının "Buludlara səyahət" kitabını verdi, dedi ki, burda maraqlı uşaq şeirləri var, baxarsan. Yazıçılar Birliyinin Uşaq Ədəbiyyatı Şöbəsinin rəhbəri olduğum üçün belə kitablar demək olar ki, mənə hər həftə verilir hansı kitab xoşuma gəlirsə haqqında bir neçə kəlmə mətbuatda söz deməyi özümə borc bilirəm.

Nazilə Rahibqızının "Buludlara səyahət" kitabına toplanmış şeirlər diqqətimi çəkdi bu şeirlər müasir uşaq şeirimizdə özünü göstərə bilən şeirlərdir. Şeirlərin tərbiyəvi əhəmiyyəti böyükdür. Bu tərbiyə sadəcə didaktika üzərində qurulmayıb, şeirin poetik gücü tərənnüm etdiyi obyektin ya detalın mahiyyətindən yaranır. Şairin istər böyüklər üçün yazdığı şeir hekayələrində, istərsə uşaqlar üçün qələmə aldığı kiçik həcmli mətnlərində həyata təbiətə heyrət edən bir uşaq obrazı var.

 

İpək tellərimə sığal çəkərdin,

Tellərim həsrətdir əlinə, ata.

İndi saçlarım da həmin saç deyil,

Artıq dən düşübdür telimə, ata.

 

Atasının itirən uşağın saçına dən ona görə düşüb ki, o, ata əlinə həsrətdir. Ona gərə ki, aradakı zaman hadisə detalları bir-birindən uzaq salıb. Uzaq düşənlərin arasına zaman elə girib ki, onu sıxmaq uzaq düşənləri daha yaxınlaşdırmaq mümkün deyil. Zaman "dən", "saç", "ata", "ölüm" məfhumlarının arasında keçərək öz həqiqətini ortaya qoyub.

Şairin "Hərflərin bəhsində" şeiri uşaqların həm təfəkkür, həm rabitəli nitqinin inkişafında mühüm rol oynayır. Şeirin həm bədiliyi, həm bu bədiiliyin tədrisi məsələsi: hər ikisi bir-birini tamamlayır.

 

Çox yaxşı tanıyırlar,

C- balaca dostlar.

Cırtdan sevdiyi üçün,

Məni sevir onlar.

 

X - yam, Xarıbülbüləm,

Mən Şuşanın gülüyəm.

Tapılmaram heç yerdə,

Çünki nadir biriyəm.

 

Solmaz Çimnaz şeirindəki alleterasiya uşaqların düzgün tələffüzünün inkişafına imkan yaradır, həm bu alliterasiya şeirin bədii gücünü artırır, uşaqlarda dostluq, mehribançılıq duyğularını sərgiləyir.

 

Çıxdı həyətə,

Solmazla Çimnaz

Birdən yıxıldı,

Balaca Solmaz.

Həyəcanlanıb

Ağladı bir az.

Dedi: "Əlimdən

Tutmadın, Çimnaz".

Çimnaz ehmalca

Qaldırdı onu.

Sildi torpağa

Batmış donunu.

Öpüb üzündən

Söylədi: "Solmaz,

Özü yıxılan

Heç vaxt ağlamaz".

 

Nazilə xanımın bütün şeirləri öyrədici inşaya bənzəyir, olursa olsun, mətnlərdə uşaq nəyisə əldə edir, öyrənir. Şeirin dili o qədər sadə aydındır ki, uşaqlar öyrənməyə əziyyət şəkmir. Müasir texniki avadanlıq sadə uşaq dilində şeirə gətirilir. Elmi texniki yeniliklər uşaq dilində sadələşdirilir, onların mahiyyəti, məzmunu sadə dildə şeirə çevrilərək uşaqlara aşılanır. İşıqfor şeirinə diqqət yetirək:

 

İşıqforun rəngləri,

Yorulmadan çalışır.

Qırmızı, sarı, yaşıl,

Sanki bizlə danışır.

 

Qırmızı deyir: "Dayan"

Sarı "hazırlaş" deyir.

Yaşılsa yanan zaman,

"Yol açıqdır"

söyləyir.

 

Sevindiricidir ki, Nazilə xanımın "Buludlara səyahət" kitabı bütün mahiyyəti ilə uşaqlarla təbiət arasında bir körpü rolunu oynayır. Təbiət çox sirlidir. Onun bütün sirri elmə əsaslanır. Uşaqlar ilk baxışda bu sirrə vaqif ola bilməzlər. Ona görə şair təbiətin sirlərini aydın sadə uşaq dilində şeirə çevirərək uşaqların həm elmi biliyinin artmasına, həm təbiətə məhəbbət hissinin formalaşmasına, həm təbiəti öyrənmyə çağıran kiçicik mətnlər yaradır. "Külək necə yaranır" şeirinə baxaq:

 

Sən heç düşünübsənmi,

Külək necə yaranır?

Bu böyük yer Kürəsi

Bəs necə havalanır?

 

Bu, "Külək necə yaranır?" şeirin ilk bəndidir, sonrakı bəndlərdə külək necə yaranmasının bunun mahiyyətinin məhz Günəşlə bağlı olmasını göstərir. Atmosfer qatının sıxılması nəticəsində yaranan hava axını dünyanı təbiəti qidalandırır təzələyir. Eyni zamanda, şair yağışın, dolunun, qarın yaranmasını balaca uşaqlara başa salır. Yenə demək istəyirəm ki, müəllif bu bilikləri didaktika şəklində vermir, bədii, poetik bir şəkildə uşaqlara çatdırır.

Diqqətimi çəkən şeirlərdən biri "İki Yasəmən" şeiri oldu. İnsanla təbiət arasında əlaqə həm insanı xilas edir, həm həm təbiəti. Əgər bu əlaqə vaxtsa qırılarsa, onda cəmiyyətdə təbiətdə ciddi fəsadlar baş verir. Kiçik mikro təbiət cəmiyyət olan həyətdək Yasəmən gülü ilə evin qızı Yasəmən arasındakı əlaqə, söhbət yuxarıda dediyimizin kiçik alternativi kimi görünür. Bu paralelikdə ekoloji təmizlik, saflıq, təmizlik tərənnüm olunur.

 

"Evimizdə var,

İki Yasəmən:

Onun bir mən,

Biri sənsən.

Bunu bil ki, sən

Daha gözəlsən".

 

Beləliklə, Nazilə Rahibqızının "Buludlara səyahət" kitabı uşaqların vətənpərvərlik hislərinin formalaşmasına, onlarda dostluq, məhəbbət duyğularının yaranmasına kömək edir. Ona görə də bu kitaba toplanmış şeirlərin dərsliklərə salınması çox yaxşı olardı.

 

Qəşəm NƏCƏFZADƏ

Şair, AYB Uşaq Ədəbiyyatı şöbəsinin müdiri

 

525-ci qəzet .- 2022.- 23 iyul.- S.19.