"Çox adi əhvalat"ın ciddi mesajları

MİNGƏÇEVİR DÖVLƏT DRAM TEATRININ UĞURLU TAMAŞASI BARƏDƏ QEYDLƏR

 

Geridə qoyduğumuz teatr mövsümündə uğursuz səhnə həlləri ilə yanaşı bir neçə haqqında müsbət danışa biləcəyimiz tamaşaları da izlədik. Hazırlıqlı tamaşaçının tələbləri bir neçə aspektdən maraqlıdır: yaxşı pyes, uğurlu quruluş, peşəkar aktyor oyunu... Bu üç komponentin vəhdəti kifayət edir ki, tamaşanın sonunda var gücünlə alqışlayasan məmnun qalasan. Ötən mövsüm hazırlanan bəzi tamaşalardakı əskikliklər barədə danışmaq bu yazının mövzusu olmasa da, ən böyük problemi nəzərinizə çatdırmaq istəyirəm: yalnış əsər seçimi. Hər şey bundan başlayır.

Əsərin enerjisi çox vacib məsələdir. Həmin enerji rejissorun uğurlu quruluşunu istiqamətləndirə, aktyora daha geniş imkanlar təqdim edə, tamaşaçını təəccübləndirə bilər. Bu baxımdan, Mingəçevir Dövlət Dram Teatrında nümayiş olunan "Çox adi əhvalat" tamaşasını nümunə göstərmək olar. Əsər ukraynalı dramaturq Maria Ladonun eyniadlı əsərinin motivləri əsasında yazıçı, ədəbiyyatşünas Pərvin tərəfindən qələmə alınıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar rəssam Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor asistenti isə Məlahət Ağayevadır.

Pyes olduqca maraqlıdır. Pərvin xanımın adi, sadə məişət həyatının fonunda ötürmək istədiyi fikir əsərin adındakı "adi" sifəti ilə bədii təzad təşkil edir. Yazıçı bununla da sübut edir ki, sadə süjetlə bəşəri mesajlar ötürmək mümkündür, bunun üçün heç mürəkkəbliyə qaçmağa ehtiyac yoxdur. Digər tərəfdən hadisələrin cərəyanetmə dinamikası, süjetdə real qeyri-real nəsnələrin ustalıqla qarşılaşdırılması, ümumən əsərin mövzu ideyası imkan verir ki, yazıçının ərsəyə gətirdiyi bu səhnə əsərini təqdirəlayiq adlandıraq.

Səhnə quruluşundan qabaq əsərin süjeti ilə bağlı bəzi məqamlara toxunmaq zəruridir. Əsərdə üç paralel dünya var: insanların real həyatı; heyvanların bir-biri ilə ünsiyyət yarada bildiyi aləm; canlı varlıqların öldükdən sonra yollandıqları digər dünya... Hadisələr tövlədə cərəyan edir. Ev sahibinin tövlədə bir atı, bir inəyi, bir donuzu, Alabaş adında iti bir xoruzu var. Onların da insanlar kimi spesifik xarakteri var, heyvanlararası dialoqlardan xarakterlərinin bütün çalarları müəyyən olur. Belə məlum olur ki, onlar bəzi məqamlarda sahiblərindən daha etibarlı, düşüncəli mərhəmətlidilər. Sahiblərinin taleləri onları narahat edir, daim nəsə eləməyə can atırlar. Bütün baş verənlər sahiblərinin problemlərindən doğur.

Heyvanların sahibinin bir qızı var. O, qonşunun oğlu ilə eşq macərası yaşayır. Oğlanın atası əyyaş olduğundan qızın atası onların izdivacına razı olmur. Hətta ata qızının hamilə olduğunu eşidəndə uşağı tələf etməyini tələb edir bunun üçün kənddən şəhərə yola düşməyə hazırlaşır. Qızın anası da əri ilə həmfikir olur. Onlardan fərqli olaraq oğlanın atası buna qarşı çıxır uşağı tələf etməyin çox böyük günah olduğunu deyir. Eynilə, oğlan da buna razı olmur. Bütün narazılıqlara baxmayaraq, qızın atası sözündən dönmür.

Sahibini çox sevən, ona məftun olan, daim uçmağı arzu edən, həyatın, yaşamağın gözəl olduğunu deyən donuz, qocalmış dünyanın hər üzünü görmüş, təcrübə mücəssiməsi olan at, məlahətli qayğıkeş inək, sadiq etibarlı Alabaş, hətta inqilabpərəst, üsyankar özündənrazı xoruz da bu baş verənlərdən çox narahat olurlar. Bütün baş verənlərlə bərabər bir dramaturji xətt diqqət cəlb edir: donuz daim sahibini sevir. Sahibi onun gözünün qabağında bıçaqlarını itiləsə , donuz ondan zərrə qədər şübhələnmir. Hətta sahibi onu tövlədən çıxaranda da elə zənn edir ki, özü ilə gəzintiyə aparır. Alabaş tez-tələsik tövləyə gəlib pis xəbəri dostları ilə bölüşür: "Sahibimiz donuzu kəsdi!" Bu stiuasiyanı insanlararası münasibətlərlə müqayisə edəndə həyatda da belə anların çox olduğunun fərqinə varırsan... Ən çox həyat eşqi olan donuz uçmaq arzusuna çatır o biri dünyada qanadlı mələyə çevrilir. Onun ruhu digər heyvanlarla görüşə gəlir. Tövlədəki heyvanlar təəccüblənir. Donuzun ruhu deyir ki, indi olduğum dünyada günahsız insanlar mələyə çevrilirlər. Onların arasında insanlara az-az rats gəlmək olur, daha çox uşaqlar heyvanlarla rastlaşırsan. Donuzun ruhu tövlədəki heyvanların suallarına cavab verəndən sonra ev sahibinin qızının qarnındakı günahsız körpəni xilas etmək barədə danışır. O deyir ki, hər yeni doğulanı bir mələk qorumalıdır. Donuzun ruhu zənci bir körpəni qoruyurmuş. Bu zaman oğlanın əyyaş atası tövləyə girir. Əsərin kulminasiya nöqtəsi onunla bağlıdır. O, heyvanların danışdıqlarını eşitməyə başlayır donuzun mələk libaslı ruhunu görür. Təəccübləndikcə canına üşütmə düşür. Uşağın yaşaması üçün çıxış yolunu ona da izah edirlər. İnək, it deyir ki, biz razıyıq ölməyə, ölək, ruhumuz uşağı qorusun. Bu an qoca at irəli dayanır, deyir mənim vaxtım keçib, mən ölməliyəm bu, qəti qərarımdır. Alabaş qoşalüləni gətirib oğlanın atasına verir. Oğlanın atası silah atmaqdan boyun qaçırır tövləni tərk edir.

Heyvanlar pərişan olurlar... Səhəri gün qız tövləyə girir, valideynləri onun ardınca gəlirlər. Qız uşağı tələf etdirməkdən boyun qaçırır, atası ilə dalaşır. Bu an oğlan içəri girir deyir ki, atam qoşalülə ilə özünü öldürüb. Ortaya sükut çökür, oğlan ağlayır. Qızın anası ona təskinlik verir. Evin sahibi bu hadisədən kədərlənir, onlar tövləni tərk edirlər.

Qız qucağında körpə ilə səhnəyə daxil olur. Belə məlum olur ki, qızın atasının oğlana yazığı gəlib onların izdivacına icazə verib, beləliklə, uşaq tələf olmayıb. Onların xoşbəxtliyini oğlanın atasının ruhu göydən izləyir.

Əsərin əsas ideyalarından biri odur ki, insanların, xüsusən, hələ dünyaya gəlməmiş körpənin canına qıymaq olmaz, bu, bəşəri prinsiplərə ziddir, insanlıq adına ləkədir. Digər tərəfdən, əsər insanları heyvanlarla düzgün davranmağa çağırır. Əsas məsələlərdən biri isə, insanların sorğulanması məsələsidir. Qızın atası oğlanın atasını əyyaş, tüfeyli adlandırır. Oğlanın atası uşağı tələf etməyin günah olduğunu deyəndə qızın atası araq içməyini onun üzünə vurur deyir ki, sən nəyin günah olduğunu, nəyin günah olmadığı deyə bilməzsən. Sonda məlum olur ki, oğlanın atası o biri dünyada mələk libasında olur. Donuzun dedikləri yada düşür.

Bütün bu hadisələr uğurlu səhnə həlli tapıb. Bəhram Osmanovun peşəkarlığı sayəsində bütün mizanlar dəqiq işlənilib. Hadisələrarası keçidlərdə heç bir boşluq hiss olunmurdu. Tamaşaçı üçün qaranlıq məqam qalmır. Bütün baş verənlər bir-birini tamamlayır, zəncirvarilik prinsipinə xələl gəlmir. Rejissor əsərin qayəsini olduğundan daha artıq müstəvidə tamaşaçıya çatdırmaq istəyir. Tamaşada rejissorun xüsusi vurğuları hiss olunur.

Aktyor oyunu baxımından da tamaşanı uğurlu adlandırmaq olar. Emosiyaların ifadəsi, yumoristik məqamlarda maraqlı improvizələr, səlis nitq, səhnə plastikası baxımından aktyorları təbrik eləmək olar. Onlar tamaşaçını yeri gələndə kövrəltməyi bacardılar. Süni pafosun şahidi olmadım. Şıxı Qurbanov, Aydın Quliyev, Firuz Hacıyev, Ceyhun Məmmədov, Asim Məmmədov digər aktyorların təcrübəsi açıq-aydın hiss olunurdu. Tamaşanın əvvəlində sonunda heyvanların rolunu canlandıran aktyorların musiqi ilə sinxron hərəkətləri tamaşaya xüsusi şirinlik qatmışdı.

Rəssam işi barədə eyni müsbət fikirləri demək olar. Dekorasiyadan tutmuş aktyorların qrimlərinə, geyimlərinə qədər hər şey yerində idi.

Region teatrında belə bir tamaşanın ərsəyə gəlməsi hər kəsi sevindirməlidir. Yaradıcı heyətə yeni-yeni uğurlar arzu edirəm!

 

Nadir YALÇIN

525-ci qəzet .- 2022.- 23 iyul.- S.11.