“XIX əsr Qarabağ
şairlərinin şeir
antologiyası”ndan
Əziz oxucular!
Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin 5 yanvar 2022-ci il
tarixli Sərəncamı
ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla
əlaqədar, Şuşanın
- zəngin tarixi keçmişə, ədəbi-mədəni
irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış
şairlərinin əsərləri
ilə geniş oxucu kütləsini ətraflı tanış
etmək niyyətindəyik.
Bu məqsədlə həmin dövrün bir sıra ədibləri
barədə yığcam
bilgiləri və əsərlərindən nümunələri,
"XIX əsr Qarabağ
şairlərinin şeir
antologiyasından" rubrikası
altında, dəyərli
"525-ci qəzet" vasitəsilə
diqqətinizə çatdırırıq.
Raqub KƏRİMOV Filologiya üzrə elmlər doktoru, professor
Xurşidbanu Natəvan
Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin
qızı Xurşidbanu
Natəvan 1832-ci il avqust ayının 15-də Şuşa
şəhərində anadan
olub. Ailənin yeganə övladı
olan Natəvan xalq arasında "Xan qızı", "Dürri-yekta" kimi də məşhurlaşıb.
Mükəmməl saray
təhsili alan
Xurşidbanu dövrünün
tanınmış alimlərindən
Şərq poetika sənətinin incəliklərini
öyrənib, Füzuli
şeirlərinin vurğunu
olub, onun ədəbiyyatımız tarixində
yaratdığı və
sonrakı nəslə
miras qoyub getdiyi ənənələri
layiqincə davam etdirib. Firavan, qayğı ilə
əhatə olunmuş
bir mühitdə yaşasa da, həyatı o qədər
də fərəhli keçməyib. Həyatının
ən fərəhli çağında - 13 yaşında
sevimli atasını itirən, 17-18 yaşlarında
uğursuz ailə həyatına imza atan, düşdüyü
psixoloji mühit, depressiya girdabında boğulan və bunların nəticəsində
səhhətində böyük
problemlər yaranan Natəvan, şeirlərində
ənənəvi aşiq
və məşuq surətlərindən fərqli
olaraq tamamilə yeni bir insan
- özünün prototipi
olan "dərdli, kədərli ana obrazı" yaradıb. Xeyirxah, insanpərvər, nəcib əməlləri
ilə təkcə vətəni Qarabağda deyil, ətraf regionlarda, ümumilikdə
bütün Qafqazda və hətta onun hüdudlarından kənarda da adı ehtiramla yad edilən Xan qızı "Məclisi-üns" ədəbi
birliyinə başçılıq
etdiyi müddətdə
ədəbi ictimaiyyəti
ətrafına toplayaraq böyük bir məktəb yaradıb və bununla da Qarabağ
ədəbi mühitinə
yeni nəfəs, yeni ruh, yeni
töhfə verib.
Natəvan 1897-ci il oktyabr ayının 1-də
Şuşada vəfat
edib və Ağdamda, "İmarət"
deyilən xan ailəsi qəbiristanlığında
dəfn olunub. Əfsuslar olsun ki, xalqımızın
digər dəyərli
maddi-mədəni abidələri
kimi, Xan qızının müqəddəs
məzarı da mənfur erməni vandalları tərəfindən
dağıdılaraq yerlə-yeksan
edilib.
Xurşidbanu Natəvanin irsindən burada verilən nümunələr yazıcı
publisist Mustafa Çəmənlinin
2012-ci ildə tərtib
və nəşr etdirdiyi "Xurşidbanu Natəvan. Neçin gəlməz" kitabından və AMEA
ƏYİ-nin axivində
saxlanılan əlyazmalardan
götürülüb.
QƏZƏLLƏR
Şuri-eşqin başıma axırı
sövda gətirir,
Bu müşəxxəsdi ki, eşq aşiqə
qovğa gətirir.
Tari-zülfündü məni böylə giriftar eləyib,
Nə gələ
başıma, ol zülfi-mütərra gətirir.
Gül üzün görmək əgər mümkün olaydı bir dəm,
Hər zaman görmək onu nuri-mücəlla gətirir.
Qaşü göz, novki-müjə
fitnə üçün
cəm olmuş,
Ox atıb, tiğ
çəkib, hər
biri dəva gətirir.
Könlümü qarət edir öylə ki, tari-zülfün,
Rumə, sanki həbəşi ləşkəri-yəğma gətirir.
Naqənin varmı şüuru
bula aşiq kuyin,
Onu Məcnunə
tərəf cəzbeyi-Leyla
gətirir.
Yusifin sanma, dübarə görə Yəqub üzün,
Mehr bazarına
gər getsə, Züleyxa gətirir.
Yusifi Misrdə gər aldı Züleyxa nəqdə,
Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir.
Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,
Natəvan, müjdə, bu
gün, qətlinə
fərma gətirir
lll
Yenə
ya rəb, nə qəmgindir mənim bu şad
olan könlüm,
Rümuzi-eşqdən agah olub, ustad
olan könlüm.
Görübdür yari əğyarə
olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin
parə, mənim abad olan könlüm.
Niyə peymanədən keçdin,
niyə zənciridən
qaçdın?
Nədəndir çöllərə düşdün,
mənim bərbad olan könlüm?
Fəraqin ruzi-məhşərdir, sərasər möhnəti-qəmdir,
O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.
Baxın
bu Natəvan zarə, günü bəxtim kimi qarə,
Gəzər Məcnuntək avarə, mənim naşad olan könlüm.
lll
Qoyubdur intizarında,
neçin gəlməz,
neçin gəlməz?
Həmişə ahü zarında,
neçin gəlməz,
neçin gəlməz
Üzüldüm karivanımdan, əl
üzdüm xanimanımdan,
Fələk incir fəğanımdan, neçin gəlməz, neçin gəlməz?
Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar,
Nə bir yarü nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?
Könüldə ahü zarım
var, nə səbrü nə qərarım var,
Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?
O zülfi-nərgisi-məstə könül
çoxdandı pabəstə,
Məni hicran edib xəstə,
neçin gəlməz,
neçin gəlməz?
Səri-kuyin gəzər könlüm,
güli-ruyin sevər könlüm,
Vüsalın çün dilər könlüm, neçin gəlməz, neçin gəlməz?
Alıbdır canımı hicran,
olubdur gözlərim giryan,
O məhvəş nazənin
canan, neçin gəlməz, neçin gəlməz?
Mənə hicran məşəqqətdir,
fərağın dərdü
möhnətdir,
Nigarım xeyli müddətdir neçin gəlməz, neçin gəlməz?
Əzizim,
göz yaşım qandır, işim fəryadü əfqandır,
O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz?
Yanar canım fərağından,
tutar könlüm sorağından
Ki, çıxsın
yar otağından, neçin gəlməz, neçin gəlməz?
Əlimdə ixtiyarım yox,
gedib səbri-qərarım
yox,
Yanımda gülüzarım yox, neçin gəlməz, neçin gəlməz?
Səba,
ol məhliqa dilbər, alıbdır canımı yeksər,
Könül ancaq onu istər,
neçin gəlməz,
neçin gəlməz?
Yetibdir ərş üzə dadım, tutub dünyanı fəryadım,
Mənim ol sərvi-azadım neçin gəlməz, neçin gəlməz?
Qalıbdır Natəvan nalan,
gecə-gündüz olar
giryan,
Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?
lll
Bilən
bu dərdimi yoxdur bu halətdə,
bu halətdə
Tutubdur könlümü
möhnət bu firqətdə, firqətdə.
Neçün əhvalımı bilməz
o mahi-mehriban, ya rəb?!
Nədən heç dadıma yetməz bu müddətdə, bu müddətdə?
Gedibdir taqətim dizdən, tükənmiş nur həm gözdən,
Neçün ülfət kəsib bizdən bu qürbətdə, bu qürbətdə.
Deyin yari vəfadarə, o çox uymasın əğyarə,
Kərəm qılsın məni-zarə
bu xiffətdə, bu xiffətdə.
Ataram sərü səmanı, dağıdaram bu viranı,
Yolunda qoymuşam
canı bu töhmətdə, bu töhmətdə.
Gözümdə intizarım var,
dilimdə iztirabım
var,
Rəqiblər yar, mən əğyar
bu qəflətdə,
bu qəflətdə.
Vətəndən ayrılıb getdim,
eşq rəhində seyr etdim,
Hicrində mən cana yetdim bu həsrətdə, bu həsrətdə.
Məni
qoydu fərağında,
həmişə ahü
zarında,
Ömrümün axır çağında
bu üsrətdə, bu üsrətdə.
Dolandım hicr dağında,
əyildim qəm otağında,
Xəyal hüsnün sorağında
bu saətdə, bu saətdə.
Xəyalım yar ilə getmiş,
dilim hicr ilə odlanmış.
Cəsəd həm Natəvan qalmiş bu zillətdə, bu zillətdə.
525-ci qəzet .- 2022.- 23 iyul.- S.23.