Şuşanın Sevdası

 

PEDAQOQ  SEVDA SƏMƏDOVANIN 70 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNUR

 

Turanİstedadlar Birliyinin İdarə Heyətinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Yer üzündə rəng xüsusiyyətlərinə malik olmayan heç bir əşya və ya canlı mövcüd deyil. Yaradan fiziki gerçəkliyin, həqiqətin və ətraf mühitin düzgün dərk edilməsi üçün çalarların belə qayğısına qalıb. İnsan düşüncələri ilə bəzən qaranlığı, siması isə bəzən nuru tərənnüm edir. Ancaq insan Yer üzünə göndərildiyi gündən həyatına daha çox rəng, çalar qatmaq istəyir ki, onu əhatə edən aləmin hər bir xüsusiyyətini vurğulaya bilsin. Maraqlısı odur ki, həyatın rəngini düzgün seçmək qabiliyyətinə malik olanlar təkcə rəssamlar deyil, onlar öz varlığı ilə həyata yeni məna gətirən, xüsusi missiya həyata keçirən və fəaliyyətləri ilə bir çox insanın həyatını işıqlandıran əvəzolunmaz insanlardır.

Bu o deməkdir ki, ətrafımızda öz həyat mövqeyi, peşəsi və məşğuliyyətindən birbaşa asılı olaraq, ətrafdakıların həyatına bu və ya digər şəkildə rəng qatan xüsusi kateqoriyaya aid insanlar var ki, çox zaman bu rəngarəngliyi emosiya və duyğular şəklində bizə ötürür, yaradıcı ilhamımızı artırır, xüsusi əhval-ruhiyyə yaradır və hətta nə qədər paradoksal olsa da, ruhumuzun rənglərini formalaşdırır. Belə bir nəcib xanımlardan biri hətta birincisi Sevda xanım Səmədovadır.

Məhz Sevda Səmədova kimi xanımların sayəsində Azərbaycan xalqı hər zaman öz pedaqoqları sənətkarları ilə öyünə bilər. Çünki Sevda xanımın simasında onlar sələflərinin ən yüksək nailiyyətlərini layiqincə yaşadır, təbliğ edir gələcək nəsillərə ötürə bilirlər. Bu günlərdə yubileyini qeyd edəcəyimiz, həyatının 35 ilini Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətə həsr edən Sevda xanım Səmədova bu əlahiddə missiyanı layiqincə yerinə yetirir.

Sevda xanım Bakıda pedaqoq ailəsində anadan olub. Valideynlərinin ona aşıladığı vətənə, ana dilinə, mədəniyyətə, incəsənətə olan hörmət məhəbbət sayəsində Sevda xanım tez bir zamanda layiqincə təmsil etdiyi ailəsinin fəxrinə çevrilmişdir.

İki valideyninin əslən Qarabağın dilbər guşəsi, mirvarisi Şuşa şəhərindən olması Sevda xanım Səmədovanı sözün əsl mənasında sənət fədaisi kimi yetişməsində müstəsna rol oynamışdır. O, 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub, dram rejissoru ixtisası üzrə təhsil alarkən Rza Təhmasib, Mehdi Məmmədov, Turan Cavid, Qulu Əsgərov, Şəfiqə Axundova kimi görkəmli sənətkarlarımızdan sənətin sirlərini öyrənmişdir. Sevda xanımın tələbə yoldaşları arasında Zakir Məlikov, Oqtay Seyidbəyli, Yusif Şeyxov, Gülşən Qurbanova, Sevda Teymurova kimi peşəkar təhsil, elm sənət xadimləri var.

O, sənət təcrübəsini Azərbaycan Akademik Milli Dram Teatrında keçərək, Tofiq Kazımovun rejissorluğu ilə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin bir neçə əsərinin səhnələşdirilməsi prosesinin canlı şahidi olmuşdur. Məhz o zaman Sevda xanım Azərbaycanda çox nadir sənət növü olan qrim sənətinin sirlərinə yiyələnmişdir. 1975-ci ildə məzun olduqdan sonra professor Elşad Quliyevin rəhbərlik etdiyi Dövlət Televiziya Radio Verilişləri Komitəsində çox böyük həvəslə könüllü şəkildə çalışmışdır. Burada topladığı təcrübə onu sənətə sevgisini daha da möhkəmləndirmişdir.

1987-ci ildə Bakı Xoreoqrafiya Məktəbində fəaliyyətə başlayan Sevda xanım 35 il ərzində xoreoqrafiya sahəsi üzrə bir neçə sənətkar nəslinin formalaşmasında bilavasitə iştirak etmişdir. Qrim sənətinin ənənələrinin qorunub saxlanılması, inkişafı gələcək nəsillərə çatdırılması onun həyati məsləyinə çevrilmişdir.

Qrim - rəssamlıq sənəti ilə bağlı olan, onun ecazkar növlərindən biridir. Qrim sənətinin tətbiqi nəticəsində aktyorun xarici görkəmi dəyişir, aktyor canlandırdığı obrazın birindən digərinə məharətlə keçə bilir. Müasir dövrdə qrim sənəti inkişaf edərək, özü bir neçə növə, sahə istiqamətə ayrılır. Tamaşanın janrı, rejissorun baxışları, aktyorun fiziki göstəriciləri, obrazın konsepsiyası bu kimi digər faktorlar qrim sənətinin özünəməxsus spesifik tərəflərini əks etdirir. Teatr balet tamaşalarında, xoreoqrafik kompozisiyalarda qrimin xarakteri əsərin daha çox bədii xüsusiyyətlərindən asılı olur. Özündə qrim-rəssamlıq tikiş metodunu birləşdirən bu sənət dəri rənginin, üz cizgilərinin dəyişdirilməsi uyğunlaşdırılmasından tutmuş, saç-saqqal, parik, bakenbardları da özündə tamamlayır. Teatrlarda bu günə kimi ənənəvi qrim materiallarından istifadə olunur bu böyük səbr, zəhmət tələb edir.

Bu cür incə, nəcib bununla belə, mürəkkəb bir sənət növü ilə məşğul olan Sevda xanım Səmədova Bakı Xoreoqrafiya Akademiyasının müxtəlif təhsil pillələrində təhsil alan uşaq yeniyetmələrin ən sevimli istəkli müəllimlərindən, dostlarından biridir. Əlamətdar haldır ki, bu gün Sevda xanımla çiyin-çiyinə çalışanlar arasında onun istəkli tələbələri vardır.

Sevda xanım Səmədova boyaların köməyi ilə müxtəlif növ təsvirlər yaratmağı öyrədir: kədər sevinc, gülüş göz yaşı, insan heyvan, mələk şeytanın təsvirlərini özündə əks etdirən obrazları mahircəsinə yaradan Sevda xanım, onun ustad kimi əsl peşəkarlığından xəbər verir. Təsadüfi deyil ki, düzgün rəng seçimi, düzgün boya seçimi, fırçanı düzgün tutma ondan düzgün istifadə etmə qabiliyyəti vərdişləri Sevda xanımın qələminin özəyini təşkil edir. Əsas məqsəd isə yaradılmış obrazları reallığa yaxınlaşdırmaq, tamaşaçını obrazın reallığına inandırmaqdır. Yalnız Sevda xanımın şəxsiyyəti, fəaliyyəti yaradıcılığında müşahidə etdiyimiz zəngin mənəvi dünya, ustadın müsbət xarakteri həssaslığı bu məqsədə çatmağa kömək edə bilər.

Comərdlik, xeyirxahlıq, peşəkarlıq, tələbkarlıq eyni zamanda gözəl xanım, qayğıkeş ana nənə, sadiq dost mehriban əməkdaş - Sevda xanımın ən səciyyəvi insani keyfiyyətlərindəndir.

Sevda xanım Səmədovanın yubileyi Azərbaycan Respublikasında elan edilmiş "Şuşa İli"nə təsadüf edir. Azad olunmuş Şuşa, "Şuşa İli" çərçivəsində ölkə ərazisində təntənəli şəkildə keçirilən tədbirlər özü qeyd etdiyi kimi, yubilyara ən böyük hədiyyədir.

Əminəm ki, Sevda xanım öz yubileyini həyatının 35 ilini qurban verdiyi Bakı Xoreoqrafiya Akademiyasında hər zaman olduğu kimi böyük dərs yükü ilə qarşılamaq istərdi. Təəssüf ki, bir neçə ildir məhz Sevda xanımın dərslərinə biganəlik hiss olunur. Amma sonda ölən ümidlərdir. Vaxtilə tələbələri olmuş, bu gün isə akademiyanın rəhbər vəzifələrinə təyin olunmuş şəxslər yəqin ki, Sevda xanım təkrarolunmaz dərsləri barədə ədalətli qərar verib, yubileyində ona əsl sevinc yaşada biləcəklər.

Ona görə, bu yubiley ilində Sevda xanıma uzun ömür, cansağlığı Bakı Xoreoqrafiya Akademiyasında bundan sonra da uzun illər ərzində çalışmasını xoreoqrafiya sahəsində yeni peşəkar kadr nəslinin yetişməsində bilavasitə iştirak etməsini diləyir, onun hər zaman nəinki Şuşanın, hər birimizin nəcib könül Sevdası kimi qalmasını arzu edirəm.

 

Əbülfəz BABAZADƏ "Bakinski raboçi" qəzetinin baş redaktorun müavini

 

525-ci qəzet .- 2022.- 28 iyul.- S.16.