Əsərləri ilə əbədiyyət qazanan

 

Azərbaycan təsviri sənət tarixində onun da xidmətləri var. O, göstərmiş olduğu davamlı bədii pedaqoji yaradıcılıq fəaliyyəti ilə sənət adamlarının yaddaşında əbədi qalıb. Söhbət Xalq rəssamı, professor Rafiq Mahmud oğlu Mehdiyevdən (1933-2009) gedir.

R.Mehdiyev Naxçıvan MR-nın Şahbuz rayonunda anadan olmuşdu. İxtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1948-1953), daha sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1953-1958) almışdı. Tanınmış rəssamlar E.A.Kibrik, N.A.Ponomaryov, B.A.Dexteryovdan sənətin incəliklərini öyrənmişdi. 1955-ci ildən yerli beynəlxalq əhəmiyyətli sərgilərdə iştirak edən rəssam Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmuş, tələbələrə rəssamlıq sənətinin sirlərini öyrətmiş, həmçinin, dekan vəzifəsində çalışmış, professor elmi dərəcəsinə qədər yüksəlmişdi. R.Mehdiyev uzun müddət Azərbaycan Rəssamlar İttifaqının Qrafika bölməsinə sədrlik edib. Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası şəxsi kolleksiyalarda saxlanılır. R.Mehdiyev təsviri sənətin qrafika sahəsində yaddaqalan bədii sənət nümunələri ərsəyə gətirib. Onun dəzgah kitab qrafikası nümunələri özünün məna məzmun dolğunluğu, bədii təsir gücü peşəkar işlənilmə xüsusiyyətləri ilə diqqəti cəlb edir. Dəzgah qrafikasının akvarel, ofort, linoqravüra monotipiya texnikasında diqqəti cəlb edən sənət nümunələri yaradıb.

R.Mehdiyev kitab qrafikası sahəsində N.Paqodinin "Silahlı adam" (1957), M.İbrahimovun "Gələcək gün" (1958), C.Məmmədquluzadənin "Quzu", "Saqqallı uşaq", "Poçt qutusu" (1963), İ.Qasımov H.Seyidbəylinin "Uzaq sahillərdə" (1965) başqa əsərlərə illüstrasiyalar çəkib. Rəssamın N.Poqodinin "Silahlı adam" M.İbrahimovun "Gələcək gün" əsərlərinə yaratmış olduğu linoqravürlər 1959-cu ildə Moskvada təşkil olunan Azərbaycan ədəbiyyatı incəsənəti ongünlüyündə, İ.Qasımov H.Seyidbəylinin "Uzaq sahillərdə" povestinə çəkdiyi qravürlər isə 1968-ci ildə Kubada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə nümayiş olunaraq yüksək qiymətləndirilmiş geniş tamaşaçı auditoriyasının marağına səbəb olmuşdu.

R.Mehdiyevin monotipiya seriyalarından "İsmayıllı motivləri" (1966), "Azərbaycan 20-ci illərin əvvəllərində" (1967), "Bakı - inqlab şəhəridir" (1967), "Bizim kənd" (1970), "Bizim torpaq" (1972), "Bizim kəndin insanları" (1975) başqalarını qeyd etmək olar. Rəssam, həmçinin, rəngkarlıq nümunələri yaradıb. Sərgilərdə nümayiş olunaraq müvəffəqiyyət qazanan "Sülh torpağında" "Həyat" adlı tablolar bu qəbildəndir.

R.Mehdiyev uşaq ədəbiyyatı nümunələrinə həssas rəssam qəlbi ilə yanaşaraq bir sıra kitabların bədii tərtibatını mövzularının süjet xəttini əyani nümayiş etdirən illüstrasiyalar yaradıb. H.X.Andersenin "Düyməcik" (1962), Tofiq Mahmudun "Dibçək" (1962), "Utancaq oğlan" (1964) eləcə başqa müəlliflərin "Qarışqa", "Sürəyya", "Yelləncək" adlı kitabları uşaqların sevinclə mütaliə etdiyi kitablar olub.

R.Mehdiyevin həyat yaradıcılığına həsr olunmuş albom kitabda sənətşünas Sevil Bədəlova yazır: "R.Mehdiyev kitab qrafikası sahəsində ardıcıl fəaliyyət göstərən rəssamlarımızdandır. O, Cəlil Məmmədquluzadənin "Poçt qutusu", "Saqqallı uşaq", "Danabaş kəndinin əhvalatları" əsərlərinə çəkdiyi illüstrasiyalarda əsərlərin məzmununu qrafika dili ilə böyük həssaslıq ustalıqla açıb göstərmişdir. Bu illüstrasiyalarda rəssam milli koloriti saxlamağa çalışmış, ədəbi əsərlərin məzmunu, yazı üslubu ilə həmahəng səslənən gözəl sənət nümunələri yaratmışdır ("Rafiq Mehdiyev" Bakı, 1977).

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tələbə Elmi Cəmiyyətinin xətti ilə Xalq şairi Nəriman Həsənzadənin yaradıcılıq gecəsini təşkil etmişdik. Çox maraqlı tədbir idi. O tədbirdə Xalq rəssamı, professor Rafiq Mehdiyevin maraqlı çıxışı etməsi bu gündə yadımdadır. R.Mehdiyevin, həmçinin, rəssamlıq sənətimiz - ayrı-ayrı rəssamların yaradıcılığı ilə bağlı bir sıra məqalələri dərc olunub. Rəssamın ailəsi incəsənətə bağlı olub. Belə ki, rəssamın böyük qardaşı Tofiq Mahmud tanınmış şair olub. R.Mehdiyevin yaradıcılıq yolunu rəssamın övladı Əməkdar rəssam Rəşad Mehdiyev uğurla davam etdirir. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində açılışı olan Zəfər rəmzi - Sülh rəmzi abidəsinin müəllifi Rəşad Mehdiyevdir.

Rafiq Mehdiyevin uzunmüddətli bədii və pedaqoji yaeradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın Əməkdar (1988) və Xalq rəssamı (1992) fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsü olub. R.Mehdiyevin yaratmış olduğu sənət nümunələri Azərbaycan təsviri sənət tarixində həmişə qalacaq.

 

Əsəd QULİYEV Sənətşünas, AMEA-nın dissertantı,Rəssamlar İttifaqının üzvü

 

525-ci qəzet .- 2022.- 28 iyul.- S.11.