Emin Əmrullayev: “Təhsildə elmlə ünsiyyət nə qədər çox olarsa, elm də
gəncləşər”
Elm və
Təhsil Nazirliyi elmi qurum deyil.
APA
xəbər verir ki, bunu elm
və təhsil naziri Emin Əmrullayev
AzTV-nin "Hədəf"
verilişində deyib.
UNEC komandası “2022 Enactus Azərbaycan” milli yarışının qalibi
olub
Xüsusi şərtlərlə əmək
pensiyası alanların
sayı açıqlanıb
Magistraturaya qeydiyyat başa çatıb
Nazir bildirib
ki, söhbət təhsillə elm arasındakı
koordinasiyadan gedir:
“Bu, elmi fəaliyyətin
koordinasiyası, daha çox bu işin
inzibati idarə edilməsi üçündür. Yeni maliyyələşmə mexanizmlərin tətbiqi nəzərdə tutulur".
Nazir qeyd edib
ki, əvvəl təhsillə elm arasında
bir-birini təkrarlayan,
bir-birini tamamlamayan fəaliyyətlər var idi. Bu addım koordinasiyalılığı
təmin edəcək:
“Elmlə bağlı
suallar, prioritetlər Elmlər Akademiyası tərəfindən müəyyən
edilir. Elm, tədris
və tədqiqatları
bir-birindən ayrı
təsəvvür etmək
mümkün deyil.
Eyni zamanda, ali təhsil
müəssisələrində kadr hazırlığının
daha mükəmməl
olması üçün
tədqiqatların aparılması
vacibdir. Ali təhsil
müəssisələrində bu mühit bəzən
mümkün olub, bəzən mümkün olmayıb. Lakin islahatlardan sonra buna müvəffəq ola biləcəyik”.
Emin Əmrullayevin
sözlərinə görə,
elm və təhsilin inkişafı üçün
əsas məsələlərdən
biri də qarşılıqlı faydalanmadır:
“İstənilən ali təhsil müəssisələrinin reytinqini
müəyyən edən
əsas faktorlardan biri elmi tədqiqatlardır.
Mənə elə gəlir ki, bizim ali
təhsil müəssisələrinin
reytinqlərdə geri
olmasının bir neçə səbəbi
var. Onlardan biri də elmi tədqiqatların
olmamasıdır. Elm elə
bir sahədir ki, ora nə
qədər az
müdaxilə olsa, daha yaxşı inkişaf ola bilər. Burada müdaxilə dedikdə
tənzimləmə nəzərdə
tutulur. Elmin və tədqiqatların
inkişafı üçün
mühit və tədqiqatlara tələbat
olmalıdır. Ən asan
məsələ alimləri
elmi tədqiqatların
aparılmamasına görə
qınamaqdır. Düşünürəm ki, alimin tədqiqat
aparması, elmi nəticə əldə etməsi üçün
əsas məsələ
ona olan tələbatın formalaşdırılmasıdır”.
Nazir vurğulayıb ki, təhsildə elmlə ünsiyyət nə qədər çox olarsa, şagirdlərdə elmə
maraq artar, elm də gəncləşər.
Emin Əmrullayev deyib ki, Elmlər Akademiyasında yaş faktoru çox qabardılır: “Mən yaş faktorunu çox düşünmürəm.
Mənim üçün
insanların bacarıqları
daha önəmlidir. Lakin varisliyin, davamlılığın təmin
edilməsi üçün
gənclərin elmə
cəlb edilməsi vacibdir”.
525-ci qəzet. - 2022.- 30 iyul.- S.2-3.