Hafiz Paşayev: “Xəzəryanı dövlətlər birgə enerji layihələri üzərində işləyə bilər

 

 

Xəzəryanı dövlətlər birgə enerji layihələri üzərində işləyə bilər”.

 

Reportxəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev 16 saylı Bakı Yay Enerji Məktəbinin (Baku Energy School) bağlanış mərasimi zamanı deyib.

 

Rektor Azərbaycanın neft-qaz bazarında mühüm yer tutduğunu bunun əsasının 1994-cü ildəƏsrin müqaviləsi”nin imzalanması ilə qoyulduğunu vurğulayıb.

 

H.Paşayev Bakı Yay Enerji Məktəbinin müsbət fəaliyyətini qeyd edib: “Mən proqram direktorumuzdan xahiş edərdim ki, məktəbin gələcək proqramı haqqında düşünsün onu yeni reallıqlara uyğunlaşdırsın”.

 

Daha sonra yay enerji məktəbinin iştirakçılarına sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov da iştirak edib.

 

Tədbir İnkişaf Diplomatiya İnstitutu (IDD), SOCAR, “BP Azerbaijan”, “Kolin”, “ÌasdarTotalEnergiesşirkətlərinin birgə təşkilatçılığı ilə keçirilir.

 

Bakı Yay Enerji Məktəbi 2007-ci ildən bəri hər il keçirilir.

 

Bu il yay məktəbində 12 ölkədən 42 nəfər iştirak edib.

 

 

525-ci qəzet. - 2022.- 30 iyul.- S.2.