Əli Kərim poeziyasının Ankara təntənəsi
Ankaradakı Azərbaycan Evinin Şuşa konfrans salonunda Türkiyədə
fəaliyyət göstərən
Avrasiya Yazarlar Birliyi tərəfindən
nəşrə hazırlanan
Əli Kərimin
"Seçilmiş şeirlər"
adlı kitabının
təqdimatı keçirilib.
AZƏRTAC
xəbər verir ki, ön sözünün
müəllifi Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Qənirə Paşayeva
olan kitab Türkiyənin nüfuzlu
"BENGÜ" nəşriyyatında çap edilib.
Türkiyə
Prezidenti Administrasiyasının
Təhlükəsizlik və
Xarici Siyasət Şurasının üzvü,
Türkiyə-Azərbaycan Dostluq,
Əməkdaşlıq və
Həmrəylik Fondunun
(TADƏHF) rəhbəri Aygün
Attar, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Qənirə Paşayeva,
Avrasiya Yazarlar Birliyinin sədri, yazıçı-publisist Yaqub
Öməroğlu və
başqaları təqdim
olunan kitab barədə fikirlərini
bölüşüblər. Diqqətə çatdırılıb
ki, nəşrin hazırlanmasında məqsəd
Azərbaycan poeziyasında
xüsusi yaradıcılıq
xətti ilə seçilən şair Əli Kərimi Türkiyə ictimaiyyətində
daha yaxından tanıtmaqdır.
TADƏHF-in
rəhbəri Aygün
Attar çıxışında
əminliklə bildirib
ki, Əli Kərimin poeziya yaradıcılığı bundan
sonra da Azərbaycanda sevilə-sevilə
oxunacaq. Şuşa konfrans salonunda davamlı olaraq belə təqdimatların
keçirilməsi özlüyündə
Azərbaycan ədəbiyyatının
fasiləsiz təbliğinə
çevrilir.
Azərbaycan parlamentinin komitə sədri Qənirə Paşayeva vurğulayıb
ki, Əli Kərimin yaradıcılığını
poeziya dünyasına
hər zaman sevdirən onun müasir dünyagörüşüdür.
Türk dünyasının tarixi şəxsiyyətlərinin tanıdılması
istiqamətində görülən
bütün işlərin
dəyərli olduğunu
bildirən deputat qeyd edib ki,
türk xalqlarının
müasir qələm
sahibləri bir-birinin tarixindən, mədəniyyətindən
yazdıqca görülən işlərin təsiri və faydası daha çoxalacaqdır.
Əli
Kərimin "Seçilmiş
şeirlər" adlı
kitabının çap
olunmasını Azərbaycan
poeziyasının Türkiyədə
daha geniş tanınması üçün
yeni addım kimi dəyərləndirən
çıxışçılar bu nəşrə görə Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğluna sonsuz minnətdarlıqlarını ifadə
ediblər.
Yaqub
Öməroğlu vurğulayıb
ki, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qəhrəman
Azərbaycan Ordusunun Qarabağ savaşında qazandığı böyük
Qələbə bütün
türk dünyasının
bədii ədəbiyyatı
və poeziya aləmi qarşısında
mühüm vəzifələr
qoyur. Avrasiya Yazarlar Birliyinin də qarşısında
duran strateji hədəflərdən biri
Qarabağ Zəfəri
ilə bağlı əsərlər, eləcə
də romanlar nəşr edərək onları bütün türk dünyasında yaymaqdır.
525-ci qəzet. - 2022.- 30 iyul.- S.13.