Milli Kitabxana virtual görüş
təşkil edib
İyulun 29-da Azərbaycan Milli Kitabxanası tərəfindən
Respublikanın Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərinin
(MKS) işçiləri ilə
"Elektron informasiya resurslarının yaradılması:
mövcud vəziyyət
və problemlərin həlli yolları" mövzusunda virtual görüş
keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Milli Kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova
iştirakçıları salamlayıb, kitabxanalarda
son illər proseslərin
modernləşdirilməsi, mütərəqqi metod və texnologiyaların tətbiqi sahəsində fəaliyyətin genişləndirilməsindən
danışıb, Milli
Kitabxananın metodik mərkəz kimi respublikanın Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərinin
(MKS) fəaliyyətini yaxşılaşdırmaq
məqsədilə onların
işini dövrün
tələbinə uyğun
istiqamətləndirdiyini qeyd
edib. Virtual görüşün
keçirilməsində əsas
məqsədin kitabxanaların
fəaliyyətinin mövcud
vəziyyətini analiz
etmək, kitabxana əməkdaşlarını yeniliklərlə
tanış etmək,
problemləri aydınlaşdırmaq,
onların həlli yönündə təklif
və tövsiyələrlə
çıxış etmək
olduğunu, kitabxana işinin müxtəlif istiqamətlərində bu
cür silsilə görüşlərin mütəmadi
şəkildə keçirilməsinin
əhəmiyyətini vurğulayıb,
Milli Kitabxananın hər kəsə açıq olan elektron kitabxanası, tammətnli məlumat bazaları, virtual sərgilər
və yeni tammətnli layihələri
haqqında məlumat verərək, onları öz işlərində bu resurslardan yararlanmağa və təşkil ediləcək
bütün treninqlərdə
fəal iştirak etməyə dəvət edib.
Görüşdə Milli Kitabxananın
əməkdaşı Təranə
Cəfərova respublika
MKS-də elektron kataloq və elektron kitabxananın formalaşdırılması xüsusiyyətləri
haqqında çıxış
etmiş, bu sahədə müasir vəziyyət təhlil edilmiş, tətbiq prosesində meydana çıxan problemlər,
keyfiyyətin artırılması
yolları və s. istiqamətlərdə müzakirələr
aparılıb, aktual suallar cavablandırılıb
və funksionallığın
artırılması məqsədilə
lazımi tövsiyələr
verilib.
Görüşdə Gəncə, Goranboy, Şəki, Quba, Şabran, Neftçala, İsmayıllı,
Siyəzən, Samux, Sumqayıt, Qəbələ,
İmişli, Oğuz,
Ağdaş və digər şəhər və rayon MKS-nin əməkdaşları iştirak
ediblər.
525-ci qəzet. - 2022.-
30 iyul.- S.13.