"Şuşa mədəniyyətinin
inciləri": Nəcəf bəy Vəzirov
Mədəniyyət Nazirliyinin "Şuşa
mədəniyyətinin inciləri"
layihəsi müxtəlif
bölmələr üzrə
təqdimatlarla davam edir.
Nazirlikdən 525.az-a bildirilib ki,
"Şuşa İli"
münasibətilə həyata
keçirilən layihənin
"Şuşanın simaları"
bölməsinin növbəti
təqdimatı Azərbaycan
ədəbiyyatında faciə
janrının banisi Nəcəf bəy Vəzirova həsr olunub.
Nəcəf bəy Vəzirov
1854-cü ildə Azərbaycanın
dilbər guşəsi
olan Şuşa
şəhərində dünyaya
göz açıb. Vəzirov ilk
təhsilini dini məktəbdə alıb.
O, 1868-ci ildə Şuşadan
ayrılıb Bakıya
gəlib.
N.Vəzirov 1874-cü ildə Bakıda real gimnaziyanı bitirib təhsilini davam etdirmək üçün
Rusiyaya gedib. Burada uğurla imtahan verərək Petrovski-Razumovski
adına Kənd Təsərrüfatı
Akademiyasına qəbul
olub.
Moskvanın teatr mühiti, klassik rus və
dünya dramaturqlarının
yaradıcılıqları ilə yaxından tanış olan Vəzirov ədəbiyyata daha ciddi meyil göstərib.
Tələbə vaxtı "Ev
tərbiyəsinin bir şəkli" (1875), "Gəmi
lövbərsiz olmaz"
(1876) komediyalarını yazıb.
Akademiyanı 1878-ci ildə bitirdikdən sonra Moskvadan Azərbaycana qayıdan Nəcəf bəy Vəzirov əvvəlcə
Gəncə quberniyasında,
sonralar isə müxtəlif bölgələrdə
meşəbəyi işləyib. 1895-ci ildə Bakıya köçüb və burada vəkilliklə məşğul olub.
Onun müxtəlif mövzulu məqalələri
1905-1918-ci illərdə "Həyat", "İrşad",
"Təzə həyat",
"Tərəqqi", "Yeni irşad", "Sədayihəqq", "E1 həyatı",
"Açıq söz",
"Mirat" qəzetlərində
çap olunub.
Meşəbəyi işləyə-işləyə "Daldan atılan daş topuğa dəyər" (1890), "Sonraki peşmançılıq fayda verməz" (1890), "Adı var, özü yox" (1891), "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qəmbər" 1895) komediyalarını, "Müsibəti-Fəxrəddin" (1896) faciəsini və "Pəhlivanani-zəmanə" ("Zəmanə pəhlivanları". 1900) dramını tamamlayıb. "Müsibəti-Fəxrəddin" ilk Azərbaycan faciəsidir.
Nəcəf bəy Vəzirov 1926-cı ildə
ürək çatışmazlığından vəfat edib.
525-ci qəzet.- 2022.- 1 iyun.- S.13.