"Şuşa İli" ilə bağlı Göyçayda
geniş tədbir keçirilib
Mayın
27-də Göyçayda - Xalq
şairi Rəsul Rzanın ev
muzeyində "Şuşa
İli" ilə əlaqədar tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Solmaz Həsənova açaraq ölkəmizin hər yerində, təhsil və mədəniyyət
müəssisələrində Şuşanın Azərbaycanın
mədəniyyət paytaxtı
və 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə bağlı tədbirlərin keçirildiyini
bildirib. Azərbaycanın ərazi bütövlüyü,
Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə
canını qurban verən şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra dahi Bülbülün ifasında Asəf Zeynallının
"Ölkəm" romansının
lent yazısı səsləndirilib.
Tədbirin aparıçısı
Şuşa şəhərinin tarixindən
danışaraq mənfur
düşmənlərin Şuşanı,
ümumiyyətlə, Qarabağın
dağlıq hissəsini
ələ keçirmək
üçün illər
boyu gizli və aşkar mübarizə apardığını,
məkirli niyyətlərini
həyata keçirmək
üçün hər
cür vəhşiliyə
yol verdiklərini vurğulayıb. Düşmənlərin
mənfur planlarının
həyata keçməsinə
imkan verməyən ləyaqətli Azərbaycan
övladlarından - dövlət,
ədəbiyyat, mədəniyyət
və elm xadimlərindən
danışan aparıcı
daha sonra Xalq şairi Rəsul Rzanın Qarabağa, Şuşaya həsr etdiyi əsərlərdən söhbət
açıb, yaradıcılığından
nümunələr səsləndirilib.
Şuşam mənim,
Gözəlliklə qoşam mənim.
Gözəllikdə hansı şəhər
Söylə, sənə tay olarmı?
Vətəndən də püşk olarmı?
Pay olarmı?
Qarabağ xanlığını yaradan, Pənahabad (Şuşa) şəhərinin əsasını
qoyan Pənahəli xandan bəhs edən kiçik bir tamaşa nümayiş etdirilib. Xan Şuşinskinin ifasında "Şuşanın
dağları" mahnısının
lent yazısı səsləndirilib.
Məktəblilərin ifasında sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı məşhur şair və rəssam Xurşidbanu Natəvanın həyatından
bəhs edən pyesdən bir parça təqdim olunub. Tamaşadan sonra Göyçay
Musiqi Məktəbinin
direktoru, istedadlı tarzən Rövşən
Zamanov "Qərənfil"
romansını ifa edib.
Aparıcı daha sonra, İbrahim
xanın hakimiyyəti
dövründə Qarabağ
xanlığının apardığı
xarici siyasətdən
danışıb və
məktəblilərin ifasında
"Vaqif" pyesindən
8-ci şəklin tamaşası
göstərilib. Tamaşadan sonra Göyçay
Musiqi Məktəbinin
Xor kollektivi "Durnalar" mahnısını
ifa edib.
Aparıcı Qarabağda, Şuşada
yetişən, fəaliyyət
göstərən görkəmli
ədəbiyyat və
mədəniyyət xadimləri
Mir Möhsün Nəvvab,
Xurşidbanu Natəvan,
Hacı Hüsü, Məşədi İsi, Sadıqcan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy
Haqverdiyev, Cabbar Qaryağdı oğlu, Üzeyir bəy Hacıbəyov, Ceyhun bəy Hacıbəyli, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Məcid Behbudalı oğlu, Rəşid Behbudov və başqaları haqqında
söhbətlər açıb.
Musiqi məktəbinin Xor kollektivinin ifasında
"Arazım" mahnısı
tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Aparıcı təcavüzkar ermənilərin
Qarabağın dağlıq
hissəsini, Şuşanı
ələ keçirmək
cəhdlərindən, Moskvanın
dəstəyi ilə yaradılan Dağlıq Qarabağ Vilaqətindən
və digər şəhər və kəndlərindən danışıb.
Qarabağın azadlığı uğrunda
Azərbaycanın apardığı
ölüm-dirim savaşından,
2022-ci ildə 44 günlük
müharibədə Azərbaycanın
qazandığı tarixi
qələbədən, Şuşanın
və işğal altında olan digər ərazilərimizin
düşmən tapdağından
azad edilməsindən
söhbət açılıb
və 44 günlük
müharibənin veteranı,
muzeyin əməkdaşı
Qəhrəmanov Əliəkbərə
"Qubadlının azad
olunması uğrunda"
medalı təqdim olunub . Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin tarixi nitqinin - "Əziz Şuşa, sən azadsan!" nidalı çıxışının lent yazısı səsləndirilir.
Sonra aparıcı Şuşanın Azərbaycanın Mədəniyyət
paytaxtı elan edilməsindən, Şuşada "Xarı Bülbül"
festivalının keçirilməsindən, Azərbaycanla qardaş Türkiyə arasında Şuşa bəyannaməsinin
imzalanmasından, dünya azərbaycanlılarının
növbəti qurultayının Şuşada
keçirilməsindən danışıb. Tədbirin sonunda musiqi məktəbinin
müəllimi Elşad Abbasovun
ifasında Qarabağ mahnısı və
"Qarabağ şikəstəsi"
alqışlarla qarşılanıb
525-ci qəzet.- 2022.- 1 iyun.- S.12.