Norveçdə Azərbaycan milli geyimləri nümayiş etdirilib

 

Norveç paytaxtında, Azərbaycan milli geyimlərindən ibarət moda nümayişi təşkil olunub.

 

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Oslo Azərbaycan evi tərəfindən bu şəhərdə yerləşən Soria Moria tədbir mərkəzində reallaşan tədbir, "Şuşa İli" çərçivəsində 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr olunub.

Mərasimində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilovanın, yeni "Xarı bülbül" "Qarabağ" milli üslublu qadın geyim kolleksiyalarının nümayişi keçirilib.

Kolleksiyanın müəllifi Azərbaycanın milli qədim geyim stili, qədim naxışlar, milli atributika, Xarı Bülbül gülü bütövlükdə Qarabağ regionunun geyim ənənələrinin əks olunduğu kolleksiya ilə tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Mərasimdə Xalq şairi Baba Vəziroğlu çıxış edərək Qarabağa həsr etdiyini şeirini oxuyub. Ardınca, Norveçdə fəaliyyət göstərən "Alaturka" Türk qadın xoru, Azərbaycan milli bəstəkar mahnılarını ifa edib.

Qeyd edək ki, tədbir əsnasında qonaqlara Azərbaycanın Qarabağ bölgəsi bu bölgənin ölkəmizin tarixi, mədəniyyətindəki yeri barəsində ətraflı məlumat verilib.

 

525-ci qəzet.- 2022.- 1 iyun.- S.13.