Dövlətçiliyə bağlılıq, ünsiyyətdə həssaslıq...  

 

Azərbaycanın təkrarsız gözəlliyə malik bölgələrindən biri Qazaxdır. Ərazisi, əhalisi, yaradıcı fəallığın çoxşaxəli mədəniyyət məhsulları - poetik təfəkkürü, xalça sənətkarlığı, aşıq sənətinə olan sönməz həvəsi, dövlətə sevgisi dövlətçiliyin keşiyində durmaq bacarığı sadiqliyi qazaxlıların vurğulana biləcək davranış tərzləridir.  

Məhz bu əlamətləri yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyev Qazaxı Azərbaycanın Qərb qapısı adlandırmış, 169 km ermənilərlə sərhəddi olan Vətən torpağının qorunmasını yerli əhaliyə əmanət kimi tapşırmışdı. Ümummilli lider demişdi: "Siz həm özünüzü qoruyursunuz, həm Azərbaycanı". Vətəndaşlıq, vətənpərvərlik, dövlətçilik baxımından çox böyuk məsuliyyət hissi yaradan bu söyləmi hər bir qazaxlı, deyərdim ki, qulaqlarına sırğa edib.

 

Qazaxın Qərb tərəfdən girişində iki möhtəşəm abidə qoyulub. Biri Ümummilli lider Heydər Əliyevin, digəri isə Azərbaycanı qorumaq naminə canlarını fəda etmiş 51 Şəhidin xatirəsinə ehtiram ifadəsi olan xiyabandır. Ümummilli lider H.Əliyevin yaratdığı Azərbaycanı qorumağı tapşırdığı Vətən oğulları üçün simvolik kompozisiyanın icraçı-müəllifi isə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.

Torpağı Vətən edən uğrunda Şəhid olanlardır. Şəhidlərin ailələrinə qayğı, qazilərin məişət məsələlərinin həlli, onların istək arzularının yerinə yetirilməsini icra başçısı özünə əsas vəzifə hesab etmişdir. Müxtəlif sosial qruplara qayğı, dövlətin siyasətinin icrası, rayonun abadlığı, qaz, su, işıq, kanalizasiya sistemlərinin gündəlik tələbata cavab verməsinə nəzarət, müxtəlif əhali qrupları ilə ünsiyyət qurması yerli rəhbər kimi R.Babaşovun cari işləridir.

 

İdarəçiliyin istiqamətinin düzgün müəyyənləşdirilməsi çox vacibdir. Liberal dəyərlərin getdikcə insanların davranışında üstünlük təşkil etməsi icra aparatından, onun rəhbərindən xüsusi demokratik dəyərlərə cavab verən davranış tələb edir. Əhali qruplarının sosial-iqtisadi vəziyyəti haqqında hərtərəfli məlumatlara malik olmadan rayon əhalisinin qayğısına qalmaq çox çətindir. Qazi şəhid ailələrinə qayğı, onların hər birinin ailəsi haqqında ətraflı təəssürata malik olmaq, ailələrinin bir üzvünə çevrilmək, birinə qardaş, birinə ata, birinə oğul funksiyasını azərbaycanlı mentalitetinə uyğun yerinə yetirmək Qazax rayonunun icra başçısı R.Babaşova xas olan sosial-psixoloji davranış tərzidir. Şəhid ailələri, qazilər, rayonda yaşayan qaçqın köçkün ailələrinin gündəlik dövlət qayğısından başqa bir insani qayğıya da ehtiyacı var ki, o, sırf bir insan kimi R.Babaşovun xarakteri üçün doğma cəhətdir. Aşağı Əskipara kəndindən bir ailə başçısı ətrafındakılara müraciət edərək deyirdi: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaçqın köçkünlərə yüksək qayğısını əsas tutan Rəcəb müəllim bizə çox həssas, diqqətli yanaşır. Deyərdim ki, hamımızın evində hər axşam qazanda qaynadığını yaxşı bilir. Yeri gələndə maddi, lazım olanda mənəvi köməyini əsirgəmir. Rəcəb müəllim bizlərdən hansımızın, kimin evini tanımır?!"

 

İdarəçilikdə tanımaq, bilmək davranışın informasiya dayağıdır. Bu psixoloji stimullar, R.Babaşovun ünsiyyətdəki davranışında xüsusi yer tutur. Rayon ərazisində yerlərinin yaradılması, gənclərin məşğulluğunun təmin edilməsi, gənclərlə bağlı Dövlət siyasətinin həyata keçirilməsi sahəsində insanları inandırmaq bacarığı belə əhali qruplarının istək arzularını bilərək onlarla ünsiyyətə girmək, ortaq məxrəc tapmaq, qarşılıqlı razılığa gəlmək sonda tərəfdaş kimi ayrılmaq onların müraciətlərinin müsbət sonuncu olmasına inandırmaq R.Babaşovun üslubudur. Əgər Avropaya inteqrasiya edən ölkələrin sosial-fəlsəfi meyllərini təhlil etsək, görərik ki, ünsiyyətlə ortaq məxrəc, konsensus, qarşılıqlı razılaşma onun işin müsbət həllinə yönəlməsi ümumavropa dəyəri sayılır. Azərbaycan da bu böyük, müasir ailənin layiqli üzvüdür, demokratik meylləri yaşadandır bu gün belə müasir davranışlı icra məmurunu müşahidə etmək sosial davranışda müsbət meyllərin gücləndiyindən xəbər verir.

 

Qazax həm Qərb, həm Qəlb qapısıdır

 

Qazax rayonunda son 5 ildə beynəlxalq səviyyəli bir neçə elmi-konfrans keçirilib. Qazax Müəllimlər Seminariyasının 100 illiyi, ADA Universitetinin "Bir müəllimin manifesti" proyekti, Aşıq Şəmşir Səməd Vurğunun xatirəsinə həsr edilmiş "Aşıq sənəti yazılı ədəbiyyat" mövzusunda beynəlxalq elmi konfranslara Qazax rayonu ev sahibliyi edib. Hər üç tədbirin təşkilində, keçirilməsində, konfransın elmi-nəzəri-praktik əhəmiyyətinin yerli müəssisələrdə icrası R.Babaşovun ciddi diqqəti altında həyata keçirilmişdi. Onun konfranslardakı çıxışları praktik əhəmiyyəti ilə fərqlənirdi.

 

Əldə olunan elmi-praktik nailiyyətlər həm yerli idarə orqanlarında, həm ali orta təhsil müəssisələrində müzakirə olunub, rayon əhalisinin sosial şüurunun inkişafının istiqamətləri dövlətçiliyin maraqlarına yönəlib. Müxtəlif elm sahələrinin nümayəndələri ilə qarşılıqlı münasibətlərin nəticələri rayon əhalisi arasında icranın nümayəndələri, ali orta məktəbin fəalları tərəfindən əhali arasında yayılıb. İnsanların sosial davranışlarına yeni dəyərlər gətirilib.

 

 

 

Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibəti ilə 2019-cu ildə rayona konfransa gələn Ərdahan Universitetinin professoru Karabuk Universitetinin dosenti, türkiyəli qonaqlar - Ərdoğan Altınkaynak Ali Asker bir əyalət şəhərində bu qədər heykəllərin, muzeylərin olmasına heyran qaldılar, onların deyimi ilə, valinin elmi-praktik konfransların keçirilməsində səriştəsini dövlətçiliyə bağlılıqdan xəbər verən davranışlarını xüsusi qeyd etdilər.

 

Qazax Müəllimlər Seminariyasının 2700 qədər məzununun zamanında Azərbaycan, Gürcüstan Ermənistan ərazisindəki kənd şəhərlərlə maarifçiliklə məşğul olmasını, dövlətçilik nöqteyi-nəzərdən təhsil siyasətinin həyata keçirilməsində rolunu qiymətləndirən icra başçısı, ictimai şüurda maarifçilik ətalətinin rayon əhalisi arasında hələ davam etdiyini xüsusi vurğuladı, təhsil sahəsində çalışan müəllimlərin şagird kollektivlərinin bu ideyalardan bəhrələndiyini, həmçinin, maarifçiliyə qazaxlıların şüurunda xüsusi münasibət olduğunu bildirdi. R.Babaşov konfransdan sonra sanki Qazax Müəllimlər Seminariyasının son məzunu kimi maarifçiliyə münasibəti ilə seçilirdi.

 

Qazax şəhəri iki həmişəyaşar abidə: Dədə Qorqud - türk dünyasının Ana kitabı müasir Azərbaycanın qurucusu Heydər Əliyevin abidələri ilə əhatə olunub. Dədə Qorqud abidəsi yerli insanları milli kökə daha sıx bağlanmağa, Heydər Əliyevin abidəsi isə onun yaratdığı çağdaş dövlətçilik modelinin real örnəklərini görərək daha da vətənsevər, dövlətə bağlı olmağa sövq edir.

 

 

 

Hər gün şahid olmaq mümkündür ki, tarixi ənənələr qarşısında məsuliyyət daşımaq, onu qiymətləndirmək bacarığı, müasir çağırışlara cavab vermək, şəhər əhalisinin qayğılarına həssas yanaşmaq R.Babaşovun gündəlik tərzidir. Məsələləri ünsiyyət vasitəsi ilə həll etməyin çox yaxşı metodunu tapıb, səhər gün çıxanda və axşam gün batanda şəhəri piyada bu başdan o başa gəzərək müşahidə etməklə, elə küçədəcə, ayaqüstü şəkildə bir sıra işlərin həyata keçirilməsinə diqqət göstərir.

 

Son illər Qazaxda qoyulan abidələr sırasında Aşıq Ələsgər və Aşıq Şəmşirə qoşa qoyulmuş heykəllər də xüsusi yer tutur. Olduqca maraqlı kompozisiyası olan bu abidələr şəhərin ən görkəmli yerində qoyulub. "Aşıq sənəti və yazılı ədəbiyyat" adlı konfransa gələnlər buna xüsusi diqqət yetirdilər. Bu abidələr mədəniyyətin göstəricisi olmaqla bərabər, Qazaxda böyüyən gəncliyə və rayonda olan BDU Qazax filialının tələbələrinə mühüm və müsbət təsir göstərir.

 

Şəhidlər xiyabanından Dədə Qorqud heykəlinə qədər mövcud olan mədəniyyət abidələrinin elmi, incəsənəti, yaradıcılığı, qəhrəmanlığı ifadə etdiyini və bunların gənc nəslin tərbiyəsindəki rolunu aydın şərh etməsi ilə R.Babaşov qonaqların daha da rəğbətini qazandı.

 

İnsanların xeyir-şərində iştirak, xeyirxahlıq, hörmət, şəxsiyyətlərarası münasibətlərdə emosionallığı və təmkini tarazlaşdırmaq bacarığı R.Babaşovun öz işinin layiqli icraçısı olduğu kimi çox sevindirici bir keyfiyyətdən xəbər verir. Davamlı və uğurlu olsun!

 

 

Misgər MƏMMƏDOV

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dillər Universiteti HİK-nın sədri

 

525-ci qəzet.- 2022.- 2 iyun.- S.14.