"Bir səbət tənhalıq"dakı unudulmaz məqamlar

 

 

Mayın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fərqli çox maraqlı günlərdən biri yaşanırdı. Həmin gün yubileyi M.Vahidzadənin "Bir səbət tənhalıq" tamaşası növbəti dəfə oynanılırdı. Amma bu nümayiş əvvəlki nümayişlərdən fərqlənirdi. Çünki özəl idi, xüsusi idi. Mayın 30-u tamaşanın baş rol ifaçısı, Əməkdar artist Güşvər Şərifovanın 60 illik yubileyi tamam olurdu o, bu dəfə "Bir səbət tənhalıq"ı özünün yubileyi şərəfinə oynayırdı...

 

Tənhalıq... Yaradılışdan bu günə kimi hər kəs özlüyündə, özüylə baş-başa qalanda yalnızdır, tənhadır. Bu tənhalıq öz seçimin ola bilər, Tanrıdan yazılan payın da. Bir var hansısa fiziki qüsuruna, sağlamlıq probleminə görə cəmiyyət, dost-tanış, hətta öz ailən tərəfindən tənhalığa tərk ediləsən. Bax bu, ən böyük dəhşətdir.

 

Güşvər xanımın canlandırdığı Qız obrazı da həmin o dəhşəti yaşayanlardan biridir. O, belindəki qoza görə hətta öz ata-anasının belə ondan utandığı insandır. Xarakter etibariylə şən, zarafatcıl, ədəbiyyatı, rəqsi, ünsiyyəti sevən bu qozbel qız dörd divara özünün yaratdığı dünyaya həbs olub. Bu dünyasında kiçik gəlinciyi Röyayla həm tənhalığını paylaşır, həm sanki onunla danışaraq danışmağı unutmamağa çalışır.

 

Əməkdar artist Nofəl Vəliyevin quruluşunda "Bir səbət tənhalıq" tamaşası əslində, çox sadə süjet xəttiylə ən mürəkkəb mətləblərə toxunur. Rejissor xırda detallarla obrazlarının daxili dünyalarını böyük ustalıqla açır. Obrazlar dedik... Çünki "Bir səbət tənhalıq" tamaşası monotamaşa deyil, burda ikinci bir obraz da var ki, o da aktyor Anar Seyfullayevin canlandırdığı oğru obrazıdır. Səhnə əsərinin böyük bir hissəsində qozbel qız evdə təkdir, elə hey gəlinciyi Röyayla söhbət edir, öz narahatlıqlarını, qorxularını, utancını onunla paylaşır. Hiss olunur ki, o, ən çox onu dünyaya gətirən valideynlər tərəfindən tənhalığa tərk edilməsiylə barışa bilmir. Anası onu özüylə heç yerə aparmır, çünki ondan utanır. Atası onun varlığını özünün hansısa günahıyla əlaqələndirir öz qızını bir evin içərisində görməməyi seçir. Bütün bunlar tamaşanın dekorasiyasında da ən incə ayrıntısına qədər əks olunub. Səhnədəki kəlağayı asılan asılqan qızın anasını, kişi köynəyi papağı asılan asılqan isə atasını əvəz edir. Qız indi qonşunun toyunda olan valideynlərinin üzünə deyə bilmədiyi gerçəkliyi həmin asılqanlarla bölüşür.

 

Oğrunun onun evinə gəlməsi isə anidən baş verir. Bunu tamaşaçı gözləyirdi, qızın özü. Amma Anar Seyfullayevin gəlişiylə tamaşaya başqa bir rəng, başqa bir ahəng gəlir. Budur, qarşımızda başqa bir tənha insan var. Biz onun tənhalığını hələ qız otaqda yoxkən, ilk gəlişində gəlinciyi həsrətlə bağrına basmasından görür anlayırıq. Qız tənhalığını gəlinciklə aradan qaldırmağa çalışırsa, oğru ona valideynlərindən qaldığını zənn etdiyi tütəyiylə bölüşür. O tütək ki, hələ yenicə doğularkən küçəyə atılan körpənin bələndiyindən çıxan bu yaşına kimi öz ailəsindən qalan yeganə əşyadır. Özü demiş, bəlkə bu tütək onun atasıdır, anasıdır, əsl həyatıdır.

 

Oğrunun gəlişindən həyatına dair bu kiçik epizodu öyrəndikdən sonra düşündüm, görəsən, səhnədəki bu iki nəfərdən ən çox tənha olan kimdir: valideynləri tərəfindən hələ doğularkən biryolluq tərk edilən oğlan, yoxsa fiziki tərk edilməsə , valideynlərinin hər gün tənhalığa məhkum qoyduğu qız?! Qəribədir, tənhalığın da şəkli, növü, dərəcəsi varmış...

 

Ancaq bu obrazlar təkcə tənhalıqlarını paylaşmırlar. Onlar həm də sevmək, sevilmək, sevinmək, gülmək, şənlənmiş kimi hisslərdən də məhrumdurlar və anlaşılan odur ki, tənhalığını paylaşan insanla bu hisslərin hamısını paylaşa bilirsən. Hətta o dərəcədə ki, adını bilmədiyin, kimliyinə əmin olmadığın, cəmisi 3-4 dəqiqəlik söhbətlə yaddaşında iz buraxan insana "Ümid" adını verib, özünün ümidinə çevirirsən.

 

Səhnə əsəri iki nəfərlik olsa da, qonşuların səsi, toyun uğultusu, oğrunu axtaran insanların səs-küyü səhnəni doldurur, həyatın kimlər üçünsə bir pəncərə arxasından axıb getdiyini ən gözəl şəkildə əks etdirirdi.

 

Tamaşa musiqi baxımından çox zəngin olmasa da. Seçilən musiqilər çox uğurlu idi obrazların daxili aləmlərini, yaranan situasiyanı çox gözəl şəkildə açırdı.

 

Tamaşa sonrası heç birimiz yerimizdən durmağa tələsmirdik. Başda da dediyim kimi, bu gün özəl gün idi. Sevilən aktrisa Güşvər Şərifovanın yubileyi təbii ki, qeyd olunmalı idi. Görünür, GTT-nin rəhbərliyi kollektivi bu günə xüsusi hazırlaşmışdılar. Tamaşa sonrası teatrın truppa müdiri Ələsgər Muradxanlı aktrisanı təbrik edərək, rəhbərlik adından, Teatr Xadimləri İttifaqının Həmkarlar İttifaqının diplomları ilə təltif etdi.

 

Bu gözəl mərasim onu göstərdi ki, az əvvəl səhnədə obrazının tənhalığını bölüşən aktrisa heç tənha deyil. Onu sevən, sənətinə şəxsiyyətinə dəyər verən incəsənət nümayəndələri tamaşaçıları var.

 

Bizöz növbəmizdə fərqli rollar ifaçısı, Əməkdar artist Güşvər Şərifovanı yubileyi münasibətiylə təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzu edirik.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 2 iyun.- S.8.