ADMİU-da İtaliyaya həsr olunmuş tədbir keçirilib

 

Mayın 31-də Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) Azərbaycan İtaliya arasında diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr olunmuş "Mia İtalia" adlı tədbir təşkil edilib.

 

"Paralel dünyalar" layihəsi çərçivəsində baş tutan tədbirə İtaliyanın Azərbaycandakı səfiri səfirlik nümayəndələri, universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış mədəniyyət incəsənət nümayəndələri jurnalistlər qatılıblar.

 

Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, ölkənin aparıcı qocaman bədii ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin 100 illiyinin (2023) qeyd olunması kontekstində, "99+1" proqramı çərçivəsində "Paralel dünyalar" layihəsinin növbəti mərhələsi təqdim olunur. Layihə çərçivəsində artıq Macarıstan Yunanıstana tədbirlər həsr edildiyini ADMİU-nun müəllimləri, tələbələri tərəfindən hazırlanan tədbirdə hər iki ölkə səfirliyinin uğurla təmsil olunduğunu bildirən rektor deyib ki, layihənin məqsədi xarici ölkələrin səfirlikləri ilə ortaq tədbirlərin keçirilməsidir. Bildirilib ki, İtaliyaya həsr olunan bu tədbir sözügedən layihənin 3-cü tədbiridir.

 

Qeyd olunub ki, Azərbaycanın dünyaya inteqrasiyasını, dünya ölkələri ilə olan qarşılıqlı tarixi-mədəni münasibətlərinin bədii interpretasiyasını, mövcud vizual stereotipləri açıqlayan layihə Universitetin təhsil bədii yaradıcılıq müstəvisində mübadiləni gücləndirməyə yönəlib. Hazırkı tarixi məqamda, 2022-ci ildə Azərbaycan bir sıra ölkələrlə diplomatik münasibətlərin qurulmasının 30 illik ildönümlərini qeyd edir. Bu layihədə məqsəd ölkəmizdə fəaliyyətdə olan səfirliklərin ADMİU-nun tələbələrinin ortaq tədbirləri vasitəsilə hər iki yubileyi qeyd etmək, davamlı dayanıqlı əməkdaşlıq formalaşdırmaqdır. "Paralel dünyalar"ın növbəti tədbirinin Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 30 illiyinə həsr edildiyini deyən rektor, iki ölkə arasında münasibətlərin böyük keçmişi olduğunu gündən-günə inkişaf etdiyini vurğulayıb.

 

İtaliyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Klaudio Taffuri çıxışında belə bir tədbirin əhəmiyyətindən danışıb əməyi keçənlərə təşəkkürünü bildirib. O qeyd edib ki, müasir mərhələdə Azərbaycan İtaliya arasında mövcud olan strateji əməkdaşlıq dərin tarixi köklərə mədəni mübadiləyə əsaslanır. Qədim Roma dövründən başlayaraq, Orta əsrlərdə xüsusi əhəmiyyətə malik olan siyasi, iqtisadi ticari əlaqələr, Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə yeni formatlarda davam edir. Münasibətlərin gələcəkdə inkişaf edəcəyinə mədəniyyət sahəsində daha geniş vüsət alacağına inandığını deyən səfir bu işdə hər iki tərəfin eyni dərəcədə maraqlı olacağını vurğulayıb.

Layihənin rəhbəri, ADMİU-nun rektor müşaviri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova bildirib ki, ADMİU-nun təhsil proqramlarında İtaliya incəsənətinin nailiyyətlərinin əks olunması, akademik rəngkarlıq, musiqi, teatr ənənələrinin tətbiqi, dizayn sahəsində təsirləri layihəni ilhamlandıran amillərdir.

 

Daha sonra qonaqlar Rəssamlıq fakültəsinin tələbələri tərəfindən (bədii rəhbər: Əməkdar rəssam Rəşad Cabarov) təqdim olunan və İtaliyanın tanınan motivlərini, mənzərə və obrazlarını özünəməxsus tərzdə və fərqli texnikalarda əks olunduğu "Mia İtalia/Mənim İtaliyam" sərgisi ilə tanış olublar.

 

İkinci hissədə Musiqi fakültəsinin illər boyu dillərdə olan İtaliya musiqisinin incilərindən ibarət "Amore mio/Sevdam" konsert proqramı (bədii rəhbər: Məryəm Babayeva) təqdim olunub. Burada fakültənin tələbələri tərəfindən Neapol mahnıları, əfsanəvi San Remo festivalının seçmələri səsləndirilib.

 

Proqramın davamında təqdim olunan "Rinascimento. Amore eterna/İntibah.Əbədi eşq"  adlı geyim kolleksiyası müvafiq ixtisas üzrə təhsil alan tələbələr tərəfindən hazırlanıb (bədii rəhbər: Aysel Əzizova). Son illərin dəbi olan "Renaissancecore" üslubuna müraciət edən tələbələrin interpretasiyasında Mikelancelo, Fra Anjelo, da Vinçinin, Jentileski digər rəssamların bədii motivləri yeni formatlarda canlandırılıb.

Sonda tədbirin hazırlanmasında əməyi olan hər kəsə sertifikatlar təqdim olunub.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 2 iyun.- S.9.