“XIX əsr Qarabağ
şairlərinin şeir
antologiyası”ndan
Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin 5 yanvar 2022-ci il
tarixli Sərəncamı
ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla
əlaqədar, Şuşanın
- zəngin tarixi keçmişə, ədəbi-mədəni
irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış
şairlərinin əsərləri
ilə geniş oxucu kütləsini ətraflı tanış
etmək niyyətindəyik.
Bu məqsədlə həmin dövrün bir sıra ədibləri
barədə yığcam
bilgiləri və əsərlərindən nümunələri,
"XIX əsr Qarabağ
şairlərinin şeir
antologiyasından" rubrikası
altında, dəyərli
"525-ci qəzet" vasitəsilə
diqqətinizə çatdırırıq.
Molla Zeynalabdin ibn Molla Sadıq Sağəri Qarabaği
1791-ci ildə Şuşa şəhərində
anadan olub. Şair haqqında dövrün bir sıra mənbələrində,
o cümlədən, Mir Möhsün Nəvvabın
"Təzkireyi-Nəvvab", Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiqin"
təzkirələrində, Cavad Heyətin "Azərbaycan ədəbiyyatına
bir baxış" adlı əsərində
və Seyid Əzim Şirvaninin "Təzkirə"sində
məlumat verilir. Şairi şəxsən tanıyan
Mir Möhsün Nəvvab
onun "ucaboylu, xoş görkəmli, xoşsifət, göygöz
bir şəxs" olduğunu, mollalıq və zövzəxanlıq
etdiyini, musiqi elmində məharət və səriştəsi olmaqla yaxşı səsi və avazı da olduğunu
qeyd edir. Müstəhidzadə isə
onun əsl adının Axund Molla Zeynalabdin olduğunu, erkən yaşlarında Qarabağın
tanınmış alimlərindən
olan atası Axund Molla Sadıqdan
dərs aldığını
və hicri 1230-cu ildən ömrünün
sonuna qədər müdərrislik etdiyini, şeir yazmasını, farsca və türkcə iki divanı olduğunu yazır.
Sağəri 1854-cü ildə Şuşa
şəhərində vəfat edib. Onun "Həyat və məmat" adlı
türkcə divanı 2006-cı ildə tədqiqatçı
alim Gülər Əmirəhmədova tərəfindən
nəşr olunub. Buradakı şeir nümunələri həmin nəşrdən
götürülüb.
Raqub KƏRİMOV
Filologiya üzrə
elmlər doktoru, professor
525-ci qəzet.- 2022.- 4 iyun.- S.23.