Qəzəllər
Ey könül, uyma bu dünyayə ki, möhnətxanədir,
Hər kişi kim uysa dünyayə, yəqin, divanədir.
Bir könül kim mehnəti-eşqlə məmur olmaya,
Padşahsız mülkdür, viranədir, viranədir.
Aşiqi-vəhdət təmənna eyləməzlər kəsrəti,
Bu cəhan Həqq aşiqinə bil ki, zindanxanədir.
Nəşeyi-eşqi nə bilsin cahilü divanələr?
Yandıran eşq atəşinə balü pər pərvanədir.
Rindlər baxsun külahimə, nə zahidlər mənim,
Əksəri-əlfazımız zahirdə çün rindanədir.
Tiri-qəmzəndən həzər qılmaz könül, pərvası yox,
Gör təriqi-eşqdə könlim necə mərdanədir!
Xəlqə eyləllər ibadət, Həqdən qafildir,
Mən necə qail olum zahidlərə: fərzanədir?
Sağəri vəhdət meyindən məstdir, məzur dut,
Küfrimə hökm eyləmə, zahid, demə məstanədir.
***
Ta atəşi-eşqin bu dili-canə düşübdür,
Dil parələnüb hər biri bir yanə düşübdür.
Çin mülkini hindulər alub qarət edübdür,
Ya küfr gəlüb səfheyi-imanə düşübdür,
Könlüm quşı pərvaz edüb künci-qəfəsdən,
Bildüm ki, gedüb zülfi-pərişanə düşübdür.
Bihdanədi, ya danədi mürği-dilə, ya xal,
Marutsifər çahi-zənəxdanə düşübdür.
Nə danədi, nə xali-siyəh dövri-rüxündə,
Göz mərdümidi çöhreyi-cananə düşübdür.
Min dil cəm olub
dami-səri-zülfünə bişək,
Yalquz demə kim,
bu dili-divanə düşübdür.
Ləli
sözini ağzına
alma, həzər eylə!
Hər kəs ki alub ağzına,
bil, qanə düşübdür.
Duzəx
oduna Sağəri yanmaz, bu yəqindir,
Hicran gecəsi
atəşi-suzanə düşübdür.
***
Vermə
könül o zülfi-pərişanə,
Sağəri!
Əqrəb evində müşkil
olur xanə, Sağəri!
Ol türrə içrə vermədi təmkin bu könlümə,
Gahi sabah, gah
sitəmi-şanə, Sağəri!
Əyyami-vəsl qədrini çün
bilmədün, könül!
Yan həsrətilə atəşi-hicranə, Sağəri.
Çak
etdi matəmində giribanını, göz aç,
Bir sal nəzər o çaki-giribanə, Sağəri!
Zənciri-zülfə düşməzdi
mürği-dil, vəli,
Saldı
kəməndi-zülfinə bir danə, Sağəri!
Ey padişah, lütf qılub eylə bir nəzər,
Gör,
sağərimdə badə
dönüb qanə, Sağəri!
Müxəmməs
Hər zəman kim
nəzərim ol büti-rənayə düşər,
Olı divanə könül eşqdə, pərvayə
düşər,
Əqrəbi-zülfdən ay çöhrəsinə
sayə düşər,
Tərsə bax, çöhrəsini
dur edər, ayə düşər,
Atəşi-eşqə düşən eşqdə
qovğayə düşər.
Bəs ki könlüm quşi hicranda qılub naləvü ah,
Ruzgarım olmuş zülfi-siyəh
kimi siyah,
Atəşi-suzi-fəraqın bədənim qıldı təbah,
Taqətim yoxdu yanam hicrdə, Allaha pənah!
Nə qədər
cəhd edərəm vəslinə, fərdayə
düşər.
Həzər et, urmagilən zülfünə hər dəm şanə,
Rəhm
elə könlümə,
etmə sən onı divanə,
Tabei-küfr olub yetdi könül imanə,
Arizi-şəminə olmuş bu könül pərvanə,
Yandurur balü
pərin, kimsə ki sevdayə düşər.
Göz qalub yolda, nigarım
məni yad eyləmədi,
Atəşi-hicr ara könlümi şad eyləmədi,
Məni
odlarə salub, həlli-murad eyləmədi,
Od dutub yandı könül, bir kəsə dad eyləmədi,
Dad qılmaq bu təriqətdə fürumayə
düşər.
Ey könül, bəsdi dəxi, naleyi-əfğan
etmə!
Məni
qanlarə salub qədi-dilü can etmə!
Zülf
tək sən məni aləmdə pərişan etmə!
Paybəndi-ələmi-atəşi-hicran etmə!
Sağəri, nalə səsi günbədi-xəzrayə düşər.
Rübailər
Ey dil, dəxi gəl zülfi-pərişanı
unut!
Ey göz, dəxi ol çöhreyi-cananı
unut!
Ey Sağəri, tövbə
qılgilən üsyandan,
Bəsdir
dəxi, keçdi ömr, şeytanı unut!
Ey məhruxü sərvqəddü
şirinhərəkat!
Üşşaqə sənin şəhdi-ləbindən
həyat.
Məhrum
məni şəhdi-ləbindən
qılma,
Ta almaya cismü canımı suzi-məmat.
Ta eylədi qönçə
ləli-cananilə bəhs,
Andandı dönüb qanə,
qılub canilə bəhs;
Əfsürdə olub badi-xəzandan
qönçə,
Çün biədəb etdi güli-xəndanilə bəhs.
Ta tiği-məhəbbət etdi
cismim məcruh,
Əsrari-məhəbbət oldı aləmdə vüzuh;
Hicran odına yandı tənü cani-əziz,
Olmadı edəm nigarə dərdim məşruh.
Könlüm bu cəhanda olmadı hərgiz şad,
Qətlimə olub cəm bu gün əhli-fəsad;
Bir bəndeyi-acizəm, sana yüz dutdum,
Ya canımı
al, ya ki, bana qıl imdad.
Sud eyləməz aşiqinə
zəncirü kəmənd,
Dildar vüsalıdı bana faidəmənd;
Tərk
eyləməz eşq aşiqi-divanə,
Gər xəlqi-cəhan
versə bana yüz min pənd.
Hər kəs ki fəraq
odunda suzan olmaz,
Vəslə yetişib vasili-canan
olmaz;
Hər kəs ki keçər
canü dilindən, bişəkk,
Cananə yetər, hiç peşiman olmaz.
Molla Zeynalabdin Sağəri Qarabaği
525-ci qəzet.- 2022.- 4 iyun.- S.23.