Xanım Aydının imza
günü keçirildi
Yazıçı-şair Xanım Aydının
"İkimiz" şeirlər
və "Çamadan"
hekayələr kitabının
təqdimat və imza günü keçirildi. Kitab mərkəzlərindən birində baş tutan təqdimatda bir çox sənət adamları, yazıçılar, şairlər,
jurnalistlər, o cümlədən,
oxucular Xanım Aydına kitab imzalatdı, haqqında xoş sözlər söylədilər. Olduqca
maraqlı və rəngarəng keçən
tədbirdə İntiqam
Qasımzadə, İlqar
Fəhmi, Rəşad
Məcid, Fərid Hüseyn, Zahid Sarıtorpaq, Vüsal Nuru, Mübariz Örən, "Kaspi"
qəzetinin, "Oscar film production"un,
"Azərbaycan" jurnalının
və digər müəssisələrin kollektivləri
iştirak edirdi.
Qeyd edək ki,
"İkimiz" kitabının redaktoru Fərid Hüseyn,
"Çamadan" kitabının redaktoru İntiqam
Qasımzadə, üz
qabığının dizayneri Lalə
Qasımovadır.
525-ci qəzet.- 2022.- 7 iyun.- S.9.