İstanbulda Şuşa mövzulu
konsert
İstanbulda “Anadoludan Azərbaycana bir nəfəs- 2022 Şuşa ili” adlı təntənəli
konsert təşkil edilib.
AZƏRTAC
xəbər verir ki, konsert “TRT” İstanbul Radiosu, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin
(Hazarfem dərnəyi)
təşkilatçılığı, İstanbulun Bakırköy
Bələdiyyəsinin dəstəyi
ilə baş tutub.
Konsert proqramından
əvvəl Azərbaycan
və Türkiyə şəhidlərinin əziz
xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər
iki qardaş ölkənin dövlət
himnləri səsləndirilib.
Qonaqları salamlayan Hazarfem
dərnəyinin sədri
Nuran Acar konsertin tarixi Qarabağ Zəfəri və “Şuşa ili”nə həsr olunduğunu bildirib: “Biz illərdir Qarabağ, Şuşa deyirdik. Hər zaman oranı bir nağıl kimi təsəvvür edirdik. Yaxın zamanda Şuşanı
ziyarət etdim. Həqiqətən, bu şəhərin
bir nağıllar diyarına bənzədiyini
gördüm. Bu şanlı Zəfəri bizə bəxş etdiyi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, hər bir qəhrəman
türk oğluna minnətdarıq. Eləcə də,
hər zaman olduğu kimi, savaş dövründə
də qardaş Azərbaycanın yanında
olan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla, hər bir Türkiyə vətəndaşına təşəkkürümüzü
bildiririk”.
Konsert proqramından
əvvəl Azərbaycanın
44 günlük Vətən
müharibəsi və
bu müharibə nəticəsində əldə
olunan şanlı Zəfərimizi özündə
əks etdirən videoçarx nümayiş
olunub.
Sonra “TRT” İstanbul
Radiosunun Anadolu Saz Sənətkarları və türk xalq musiqisi sənətçisi
Dünya Tekinin ifasında Azərbaycan və Türkiyə musiqilərinin nümunələri
dinlənilib. Konsertdə, həmçinin Hazarfem Dərnəyi Türk Dünyası Ritim (nağaraçılar)
və Hazarfem Dərnəyi Azərbaycan
Xalq Rəqsləri birliklərinin rəqs və musiqi nömrələri ifa olunub.
Konsert proqramı
izləyicilər tərəfindən
böyük çoşqu
ilə qarşılanıb.
525-ci qəzet.- 2022.- 7 iyun.- S.9.