Kamal Abdullaya
TÜRKSOY-un “Şərəf” medalı verildi
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türk dünyasının görkəmli elm adamlarını “Şərəf” medalı ilə təltif olunub. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla da mükafatlandırılanlar arasındadır.
Mükafatlandırma mərasimi TÜRKSOY-un Ankaradakı qərargahında keçirilib.
Əvvəlcə TÜRKSOY-un Baş katibi Sultan Rayevin çıxış edərək mükafata layiq görülən alimlərə təbriklərini çatdırıb.
Alimlər çıxış edərək Türk dünyasının yüksək təltifinə layiq görüldükləri üçün minnətdarlıqlarını ifadə ediblər. TÜRKSOY-un genişmiqyaslı fəaliyyəti yüksək dəyərləndirilib.
Qeyd edək ki,
“Şərəf” medalı TÜRKSOY-un təsis
etdiyi ən ali
mükafatdır.
525-ci qəzet.- 2022.- 7 iyun.- S.8.