Bir ailənin faciəsi
hekayə
Əsgər Mehdi kişinin yeganə oğlu idi. O, ali təhsil almışdı. Qonşuluqlarında Aşot adlı bir erməninin də ailəsi yaşayırdı. Onların evləri yanaşı idi.
Aşotun qızı Nora zahiri gözəlliyinə görə başqa qızlardan seçilirdi.
Onlar azərbaycanlılar olan məhəllədə yaşadıqları üçün onların adət-ənənələrini yaxşı bilirdilər. Əsgərin Nora ilə söhbəti tuturdu və onlar həyətdə tez-tez görüşürdülər. Bu görüşlər getdikcə mütəmadi xarakter alırdı. Əsgərin Noradan xoşu gəlirdi. Onların görüşləri barədə söz-söhbətlər qonşular arasında yayılmağa başlamışdı. Bu söhbətlər Mehdi kişinin də qulağına çatdı.
Bir gün Mehdi kişi oğlunu yanına çağırıb soruşdu:
- Oğul, qonşular arasında söz-söhbətlər gəzir. Deyirlər, sən Aşotun qızı ilə görüşürsən. Doğrudur?
Əsgər belə bir sualı atasından gözləmədiyinə görə özünü itirdi.
Onunla atasının
arasında pərdə
var idi. Ona görə
atasının sualına
dolayı yolla cavab verməyə çalışdı. Lakin
mümkün olmadı:
- Ata, nə məqsədlə soruşursan?
Mehdi kişi oğlunun
onun sualına birbaşa cavab verməməsini görüb
onunla ehtiyatlı davranmaq qərarına gəldi.
- Heç, elə-belə soruşuram, görüm danşılanlar nə dərəcədə doğrudur?
Əsgər atasının birdən-birə
onu sorğu-suala tutmasının səbəbsiz
olmadığını başa
düşürdü. Ona görə
də bu söhbətin bəlkə
də, yersiz və vaxtından əvvəl başladığını
hiss edib çox dərinə getmədi.
Aradan xeyli vaxt keçmişdi. Mehdi kişi Nora məsələsindən
çox narahat idi. Ona gorə
bir də oğlu ilə danışmaq qərarına
gəldi:
- Oğul sənin artıq 25 yaşın
var. Ali təhsil almısan,
işlərin də pis getmir, dostların
arasında hörmət-izzət
sahibisən. Ananla qərara gəldik
ki, sənin artıq ailə qurmaq vaxtındır.
Nə fikirləşirsən?
Əsgər xeyli fikrə getdi. Mehdi kişi
bu sükutun mənasını dərhal
başa düşüb
soruşdu:
- Bəlkə bir gözaltın-zadın var?
Əsgər atasının artıq
ondan əl çəkməyəcəyini hiss edib dedi:
- Ata, düzünü bilmək
istəyirsənsə, mən
qonşumuz Aşotun qızı Noranı sevirəm. Onunla ailə qurmaq
fikrindəyəm.
Əsgər bu sözü atasına birbaşa dediyinə görə çox peşman oldu. O, gözü qarşısında
atasının dərhal
dəhşətli şəkildə
dəyişdiyini gördü.
Atası
bir xeyli Əsgərin gözlərinin
içinə baxdı.
Axı Əsgər onun yeganə övladı idi. Ona nə məsləhət
verməli idi? Oğlunun qəti fikrini bildiyi üçün ancaq bir söz deyə
bildi:
- Oğlum, mənim sümüyümü yad sümüyə calama.
Mehdi kişi bilirdi
nə deyir. O, ermənilərin azarbaycanlıların
başına 20-ci əsrin
əvvəllərindən bu
günə kimi nə oyunlar açdığından yaxşı
xəbərdar idi. Çox təəssüflənirdi ki,
oğluna və onun yaşıdı olan gənclərə erməni millətçilərinin,
erməni terrorçularının
xalqımıza qarşı
amansız hərəkətlərini
və cinayətlərini
vaxtında deməyib.
Ata-oğul arasında
olan söhbətdən
xeyli vaxt keçmişdi. Bir gün məhəllədə
səs yayıldı ki, Nora Əsgərə qoşulub qaçıb.
Mehdi kişinin bu hadisədən sonra halı günü-gündən pisləşməyə başladı. Həmişə fikirli-fikirli gəzib dolanır, öz narazılığını və dərdini kimsəyə deyə bilmirdi, saatlarla iç dünyası ilə danışa-danışa qalırdı. Fikir onu rahat buraxmırdı ki, buraxmırdı. Bu dərdin artıq qaçılmaz olduğunu başa düşürdü, özünə yer tapa bilmirdi. Kişi bu dərdlə, bir müddət ölüm-zülüm yaşadı və tezliklə dünyasını dəyişdi.
lll
Yaşadıqları müddətdə Əsgərin bir övladı oldu, adını Emil qoydular. Bir neçə il sonra ikinci övladı dünyaya gəldi. Onun da adını Rafiq qoydular. Ailə mehriban yaşayırdı, aralarında heç bir narazılıq-filan olmurdu.1980-ci illərin ortaları idi. Ermənistanda yaşayan azərbaycanlılara qarşı separatçı ermənilər təzyiqə başladılar. Əsrlər boyu orada yaşayan azərbaycanlıları vəzifədən çıxartmağa, yerli-yersiz bəhanələrlə respublikadan qovmağa başladılar. Hətta azərbaycanlıları qətlə yetirməkdən də çəkinmirdilər. Bu hadisələr Əsgərgilin ailəsinə də öz təsirini göstərdi. Əsgər və Nora arasında söz-söhbətlər, mübahisələr getdikcə şiddətləndi. Bu arada, Dağlıq Qarabağda yaşayan ermənilər tərəfindən də bu məsələ qaldırıldı, ordakı yerli azərbaycanlılara qarşı erməni millətçiləri cinayətlər törətməyə başladılar. Millətçilər, erməni ziyalıları bu hadisələri daha da qızışdırdılar. Bu, Əsgər ilə Nora arasında mübahisələrin daha da şiddətlənməsinə səbəb oldu. Nora bütün hallarda ermənilərə haqq qazandırmağa çalışırdı. Ailədə Emil atasının tərəfində duraraq millətçi ermənilərin hərəkətlərini pisləyir, lazım gələrsə, Dağlıq Qarabağa gedib azərbaycanlıların müdafiəsində durmağa hazır olduğunu bildirirdi. Bu mövqe Noranı daha da əsəbləşdirirdi.
Əsgər Noranın öyüd-nəsihətə baxmadığını görüb başını itirməməsini, yalan və böhtanlara inanmamasını məsləhət bilirdi. Nora isə millətçi ermənilərin apardığı təbliğat kampaniyasının təsiri altına düşmüşdü. Hətta mübahisə zamanı ermənilərə kömək duracağını da gizlətmirdi. Kiçik oğlanları Rafiq də anasının sözünə inanıb onun tərəfində dururdu. Ailədə ikitirəlik yaranmışdı. Son zamanlar Qarabağda hadisələr çox gərgin vəziyyət almışdı. Emil könüllü olaraq Qarabağa gedib Şuşa şəhərində yerləşən ordu hissəsinə qoşuldu. Nora gərginliyi öz yersiz hərəkətləri ilə daha da şiddətləndirirdi. Bir gün Əsgər işdən evə gələndə Noranı və oğlu Rafiqi evdə görmədi. Stolun üstündəki kağızda yazılmışdı: "Mən oğlum Rafiqlə Yerevan şəhərinə getdim. İmza Nora".
Yıxılmaqdan özünü zorla saxladı. Axı onun oğlu azyaşlı idi. Onun aqibətini Əsgər çox yaxşı görürdü. Bilirdi ki, millətçi ermənilər belə azyaşlı uşaqlardan çox məharətlə azərbaycanlılar əleyhinə istifadə edib onu cinayət alətinə çevirirlər. Bu, dözülməz dərd idi. Əsgər atasının ölümünü gözünün qarşısına gətirdi. Nə etməli? Nora artıq onun başına oyun açmışdı.
Əsgərin ev başına firlandı, atasının sözü yadına düşdü: "Oğlum mənim sümüyümü it sümüyünə calama". Bəli, atası haqlı imiş.
lll
Əsgər əslində düşmən millətlə ailə qurduğuna görə çoxdan peşman olmuşdu, ancaq belə əclaflığı Noradan gözləmirdi. Nora azyaşlı oğlu Rafiqlə İrəvana gedib çox asanlıqla qaçqın statusu aldı. Millətçi ermənilər Azərbaycandan olan belə faktları göydə axtarırdılar.
Terrorçu, separatçı və millətçi ermənilər Noranı dərhal ələ aldılar. Əslində, Noranın öz canında millətçilik var idi. Onu Əsgər kimi sadəlövh azərbaycanlılar hiss edə bilmirdilər. Ermənilər Noranın vasitəsi ilə azərbaycanlıların əleyhinə bütün informasiya vasitələrini işə salaraq təbliğata başladılar. Onlar başqa işləri bacarmasalar da, saxta təbliğatı məharətlə bacarırdılar. Hətta bu işə azyaşlı Rafiqi də cəlb etdilər. Onlar azyaşlı uşağa müxtəlif növlü silahlardan atəş açmağı öyrətdilər. Az zaman içərisində Noranı Xankəndinə və Şuşaya göndərib azərbaycanlılar əleyhinə təbliğata cəlb etdilər. Bu arada, Xankəndi və onun ətrafında ara-sıra ermənilər və azərbaycanlılar arasında atışmalar olurdu. 1989-90-cı illərdə Qarabağda vəziyyət daha da kritik həddə çatdı.
Əsgər və oğlu Emil başlarına gəlmiş bu faciədən çox sarsılaraq doğmalarının erməni terrorçuları əlində silaha çevrilməsinə dözə bilmirdilər. Nora erməni millətçilərinin diktəsi ilə Xankəndidə televiziya vasitəsi ilə azərbaycanlılar əleyhinə böhtançı çıxışlar edirdi. Bütün bunlar hamısı Emili dəhşətə gətirmişdi. O, anasının bu hərəkətlərini heç cür anlaya bilmirdi.
Artıq bir neçə gün idi Qarabağda şiddətli döyüşlər gedirdi. Ermənilər azərbaycanlıları ata-baba şəhəri olan Şuşadan çıxarmaq istəyirdilər. Bu məqsədlə bütün qüvvələrini səfərbərliyə alır və gəncləri də aktiv şəkildə bu işə cəlb edirdilər.
Qarabağda yaşadığı müddətdə Nora yavaş-yavaş separatçı və terrorçu ermənilərin psixologiyasını öyrənib onların məqsədlərini başa düsür, anlayırdı ki, düzgün olmayan yoldadır. Hiss edirdi ki, terrorçu ermənilərin, eləcə də onların havadarlarının fikri və məqsədi nə Xankəndi, nə də Şuşa və torpaqlardır. Separatçıların fikri ara qarışdırıb var-dövlət toplamaq və kasıb, sadəlövh əhalinin qanı hesabına yaşamaqdır.
Nora tam aldadıldığını başa düşmüşdü. O, öz oğlunu gec də olsa başa salmağa çalışırdı ki, Qarabağ torpağı heç bir zaman erməni torpağı olmayıb, olmayacaq da. Çünki Qarabağ tarixən Azərbaycan torpağı olub.
Nora yerli ermənilərə də başa salmağa çalışırdı ki, Dağlıq Qarabağ azərbaycanlılarındır, onlar heç kimin torpağını zəbt etməyib, döyüşlər onların ərazisində gedir, onlar həmişə haqlıdırlar və haqlı da olacaqlar, ermənilər isə həmişə olduğu kimi, yenə də məğlub olacaqlar, müharibə gec-tez azərbaycanlıların qələbəsi ilə nəticələnəcək. Nora özünün nə qədər alçaldığını hiss edir, Azərbaycanda yaşadığı xoş günləri, qonşularını, əri Əsgəri və qurduqları gözəl ailəni xatırlayıb göz yaşlarını saxlaya bilmirdi. Başa düşürdü ki, o xoş günləri bir daha qaytara bilməyəcək.
lll
1990-cı ilin yazı idi, ermənilər Sovet əsgərləri ilə birlikdə Şuşa ətrafına çoxlu hərbi texnika, canlı qüvvə toplamışdılar. Hücuma hazırlaşırdılar. Onların arasında Noranın kiçik oğlu Rafiq də var idi. Rafiq döyüşə tam hazır idi. Artıq Nora öz oğluna təsir etmək gücündə deyildi.
Şuşa ətrafında gedən şiddətli döyüşlərdə Emil də vuruşurdu. O, hücum zamanı çoxlu sayda erməni separatçılarını və millətçilərini məhv etmişdi. O, Sovet ordusunda xidmətdə olarkən, çox mahir atıcı olduğunu dəfələrlə sübut etmişdi.
May ayının 8-i idi. Gecə yarısı şiddətli döyüş başladı. Döyüşü ermənilər başlamışdı. Şuşaya hücum edənlərin arasında Rafiq də var idi. Döyüş çox ağır və qeyri-bərabər şəraitdə gedirdi. Azərbaycanlılar itkilər verməyə başlamışdı. Rafiq hücum edənlər arasında irəlidə gedirdi. Əlində avtomat hücum edərkən azərbaycanlılarla qarşı-qarşıya gəldi. Aramsız və şiddətli döyüş başladı. Ermənilər Rafiq olan dəstəyə əlavə kömək göndərdilər. Müdafiə olunan azərbaycanlıların içərisində Emil də var idi. Bir an içərisində iki qardaş bir-birindən xəbərsiz döyüşdə qarşılaşdılar. Emil qardaşının əlində avtomat ona sarı gəldiyini gördü və kiçik qardaşını tanıyıb dərhal atəşi dayandırdı:
- Ay dəyyus, sən kimə hücum edirsən - dedi.
Rafiqin açdığı atəş hədəfə dəymişdi. Emil yerə sərilmişdi. Rafiq Emilə yaxınlaşanda onun öz qardaşı olduğunu görüb bağırdı:
- Mən nə etdim?
Artıq iş-işdən keçmişdi. O, meyiti döyüş bölgəsindən çıxarıb anası ilə müvəqqəti yaşadığı evə gətirdi. Nora oğlunun meyitini görüb hönkürdü. Emilin dəfn mərasimini təşkil etməyə planlaşdırdı. Qərara gəldi ki, Emili döyüş zamanı kiçik oğlu tərəfindən qətlə yetirildiyi yerdə, Şuşada - Emilin öz torpağında dəfn etsin. Emil öz doğma torpağına qismət oldu.
Dəfn gününün səhəri səs yayıldı ki, Nora müvəqqəti yaşadığı evin zirzəmisində özünü asıb.
Akif Rəfiyev
525-ci qəzet.- 2022.- 8 iyun.- S.22.