Milli İncəsənət Muzeyindən
balaca sənətsevərlərə dəvət
Azərbaycan Milli İncəsənət
Muzeyinin təsviri sənətimizin ölməz
korifeylərinin yaradıcılığını
yenidən yaşatmaq və yeni nəslə
tanıtmaq məqsədilə
gerçəkləşdirdiyi "Bədii lövhələr"
layihəsinin növbəti
qəhrəmanı Azərbaycan
rəssamlıq məktəbinin
görkəmli sənətkarlarından
sayılan Səttar Bəhlulzadədir.
AZƏRTAC
xəbər verir ki, muzey iyun
ayın ərzində
ustad dərsi proqramında balacaları Səttar Bəhlulzadənin
"Naxçıvan dağları"
tablosu ilə yaxından tanış olmağa və əsərin "step by step" imitasiyasını yaratmağa
dəvət edir.
Ustad dərsində balaca ziyarətçilər fərdi
üslubu və orijinal dəsti-xətti ilə seçilən sənətkarın yaradıcılığını
tədqiq edəcək
və rəssamın bənzərsiz təbiət
lövhələri ilə
tanış olacaqlar.
İsti-soyuq rəngləri tanıyacaq,
yeni rənglər əldə etməyi öyrənəcək, eləcə
də təsviri sənətin müxtəlif
janrlarını kəşf
edərək, muzeyin ekspozisiyasında sərgilənən
mədəniyyətimizin milli-mədəni
sərvətlərini görmək
fürsəti əldə
edəcəklər.
Muzey bütün
azyaşlı sənətsevərləri
"Bədii lövhələr"
adlı layihədə
iştirak etməyə
dəvət edir, təqdim olunan xidmətlərin yüksək
keyfiyyətdə həyata
keçirilməsi üçün
öncədən qeydiyyatdan
keçmək xahiş
olunur.
525-ci qəzet.- 2022.- 9 iyun.- S.9.