Müslüm Maqomayevin 80 illiyi konsertlə qeyd edilib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə dünyaşöhrətli müğənni bəstəkar Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Ey əziz anam, Azərbaycan" adlı konsert keçirilib. Konsertdə müğənninin adını daşıyan 26 nömrəli onbirillik musiqi məktəbinin respublika beynəlxalq mükafatlar laureatı olan şagirdləri musiqi kollektivləri çıxış ediblər.

 

Konsertdə Baş İdarənin rəisi İbrahim Əliyev, Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, musiqi və incəsənət məktəblərinin direktorları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Orxan Həşimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiət etdiyi proqramda Azərbaycan, rusxarici ölkə bəstəkarlarının əsərlərini məktəbin birləşmiş xoru, "Buta" qanunçalanlar ansamblı, "Fantaziya" skripkaçılar ansamblı, şagirdlərdən Məlahət İbrahimli, Xalidə Qocayeva, İbrahim Yaqubov, Tamilla Həsənova, Aslan Əliyev, Fikrət Əliyev, Xəyal Əhməd, Mehriban Ağabəyli, Zeynəb Quluzadə, müəllimlərdən Lalə MehdiyevaGünel Quliyeva səsləndiriblər.

 

Tədbirdə görkəmli bəstəkar və dünyaşöhrətli müğənni M.Maqomayevin repertuarından olan mahnılar ifa olunub, onun həyatından bəhs edən videoçarx nümayiş etdirilib.

 

Məktəbin birləşmiş xoru L.Mehdiyevanın Müslüm Maqomayevə həsr etdiyi "İthaf" adlı əsərini ifa edib.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2022.- 10 iyun.- S.12.