“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan

 

Əziz oxucular!

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

 

Mirzə Sadıq İmanxan oğlu Piran 1811-ci ildə Şuşada anadan olmuş, ilk təhsilini orada, mədrəsədə almışdı. Xüsusi istedad sahibi olan Mirzə Sadiq əksər klassiklərin, xüsusilə Firdovsi Füzulinin şeirlərinin çoxunu əzbər bilirmiş. Gözəl nitq şeir demək qabiliyyəti, məlahətli səsi olan şair klassiklərin seçmə şeirlərini axşam məclislərində xüsusi zövq ilə oxuyarmış. Gəncliyində el şənliklərində xanəndəlik edərmiş.

 

Mirzə Sadıq şeirlərini "Sadıq" "Piran" təxəllüsləri ilə yazıb. O, Qarabağda fəaliyyət göstərən hər iki ədəbi məclisin üzvü olmuşdu. Lakin daha çox Natəvanın başçılıq etdiyi "Məclisi-üns"də iştirak etmişdi. Həm bu məclisin ağsaqqalı hesab olunan Mirzə Sadıq gənc şairlərin təxəllüs seçimində onlara yardımçı olub onların təsdiqini rəsmi qaydada həyata keçirilib. Xurşidbanuya "Natəvan" təxəllüsü götürməsini o təklif edib.

 

Mirzə Sadıq Piran 1893-cü ilin yanvar ayında dünyasını dəyişib.

 

Buradakı şeir örnəkləri AMEA ƏYİ-nin arxivində saxlanılan əlyazmalardan götürülüb.      

 

Raqub KƏRİMOV Filologiya üzrə

elmlər doktoru, professor

 

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.23.