Qəzəllər
Qəmi-deydən oldu fariq, yenə çıxdı yaza zülfün,
Salacaqdı mən həzini qəmü dərdi-naza zülfün.
Ona tövri-ruyin, ey məh, yenə dəşti-Yəmən olmuş,
Kim ilən təkəllüm eylər ki, gəlib niyaza zülfün?
Alıb əldən ixtiyarım, dəxi qalmayıb qərarım,
Nə səbəb görəndə könlüm salır ehtizaza zülfün?
Hanı, sağ olaydı Mahmud, eşidib görəydi bir dəm
Ki, necə şikəst vermiş sənin ol Ayaza zülfün.
Nə səbəb qara bulud tək geyinib qara libasa,
Nədən eyləməz tərəhhüm məni-dilnəvaza zülfün?
Niyə tərki-mehr qılmış, dəxi axtarıb aramır,
Ki, həqiqət əhlin atmış, qoşulub məcaza zülfün.
Ləbin
abi-çahi-Zəm-Zəm, ruyin oldu Kəbeyi-dil
Ki, siyahgun
ərəb tək yol açıb Hicaza zülfün.
Dəxi
tiri-qəmzən atma,
saqın, eylə bir tərəhhüm,
Nə qədr cəfalar etdi məni-pakibaza zülfün!
Niyə bir tərəhhüm etməz Sadığa o xəttü-xalın?
Vəli çox sitəmlər eylər ona taza-taza zülfün.
lll
Edir həm qəmzədə məqtul yüz canı qara gözlər,
Salıbdır mərdum icrə, gör nə qovğanı qara gözlər.
Sanasan şahi-hindudur, girib yayə kəmin etmiş,
Atar üşşaqə
bir-bir tiri-müjganı
qara gözlər.
Edən
dəm qəsdi-can ol iki türki-şuxü
sərməstin,
Biri xəncər
çəkər, ol biri pünhanı qara gözlər.
Kəməndi-zülfünü, həm tiği-əbrusun çəkib
hər dəm,
Salır hər ləhzə dil mülkünə talanı qara gözlər.
İki kafərdi, ya kim, hər
biri bir tiği-xunəfşan,
Çəkib, qətl eyləyirlər bir müsəlmanı qara gözlər.
Sənin
eşqində, ey şux, eyləyir virdi-zəban Sadiq,
Olum ol qəmzeyi-xunriz qurbanı, qara gözlər!
lll
Könül, dil vermə eşqə kim,
bəladır,
İşi daim qəmü rəncü ənadır.
Təcəlla eylədikdə atəşi-hüsn
Vücudi-aşiqi-miskin fənadır.
Deyil baziçə, rahi-eşqdir
bu,
Nə rahi-işrətü
eyşü səfadır.
Bu işdə dövləti-Qarun
gərəkdir,
Təhidəstə bu iş narəvadır.
Vəzifə əhli-fəqrə eşq
bulmaz,
Bu yerdə şahlar
miskin gədadır.
Əgər Cəmşiddir, ya
kim, Sekəndər,
Şəhi-eşqin əlində binəvadır.
Gözəllər əhdinə çox
etmə bavər,
Oların işləri daim cəfadır.
Bu yolda mən də çox yortdum, yügürdüm
Ki, gördüm axırı bimüntəhadır.
Bəli, gər aşiqi-Sadiq tapılsa,
Ona, əlbəttə, aşiqlik səzadır.
Mirzə Sadıq Piran
525-ci qəzet.- 2022.- 11 iyun.- S.23.