“XIX əsr Qarabağ
şairlərinin şeir
antologiyası”ndan
Dövrün "Təzkireyi-Nəvvab", "Riyazül-aşiqin" kimi mötəbər mənbələrində adı ehtiramla çəkilən, "Türkcə şeirguluqda səramədi-şüəra"(Müctəhidzadə) kimi qeyd olunan Asəf Lənbəraninin kimliyi, anadan olma və ölüm tarixi haqqında heç bir məlumat verilmir. Hətta Firidun bəy Köçərli kimi zəngin məlumatı olan bir alim onun barəsində: "Bu şairin ismü nəsəbi bir kəsə məlum deyil" - yazmaqla kifayətlənir. Araşdırmalar zamanı xoş bir təsadüf nəticəsində şairin adının Molla Mir Hüseyn olduğunu müəyyənləşdirmək bizə nəsib oldu. Şairin yeni tapılan şeirləri nəticəsində o da məlum oldu ki, Molla Mir Hüseyn Asəf Lənbərani dövrünün ən istedadlı şairlərindən biri olub. Bəzi məlumatlara əsaslanaraq onun Baba bəy Şakir, Məhəmməd bəy Aşiqin müasiri olduğunu və XIX yüzilliyin birinci yarısında yaşayıb-yaratdığını qətiyyətlə söyləmək olar.
Buradakı şeirlər AMEA ƏYİ-nin
arxivində saxlanılan A-81/9602, B-1116/6050, B-3959/23410,
B-3351/22370, B-1987/3146, B-2228/3147 şifrli
cünglərdən götürülüb.
Raqub KƏRİMOV Filologiya üzrə
elmlər doktoru, professor
525-ci qəzet.- 2022.- 11 iyun.- S.23.