Qələmsiz yazılanlar
status-esselər
İndi dünyada Azərbaycan kimi dinamik, hərəkətdə
olan ölkə tapmaq çətindir. Dövlət strukturları saat mexanizmi kimi işləyir, rəsmi qurumların əməkdaşları,
ictimai təşkilatların
nümayəndələri arı
kimi çalışırlar.
Görülən işlər, keçirilən
tədbirlər o qədər
çox, miqyas o qədər genişdir ki, hətta yadda saxlamaq belə çətin olur. Ağılasığmaz, nağıl kimi
günlər yaşayırıq.
Bu qədər çoxşaxəli, hərtərəfli
fəaliyyətin içərisində
hansısa xırda qüsurların olması,
kiçik nöqsanların
üzə çıxması
da təbiidir. Əsas olan dövlətin və xalqın yüksələn enerjisi,
nəfəs genişliyi,
qurub-yaratmaq əzmidir.
Bu enerji, bu
əzm isə daha əhatəli və qlobal layihələrin həyata
keçirilməsinin, daha
böyük uğurların
əldə olunmasının
başlıca zəminidir.
Enerjimiz
tükənməsin!
Tanrı
dövlətimizi və
xalqımızı qorusun!
lll
Laçından, Minkənddən, İstisu
bulağından
su gətiriblər.
Qazı qaçsa da, dadı damaqda qalır. Dəmir tamı gəlir.
Kükürd qoxusu yox, məhz dəmir tamı.
Maqnezium,
kalsium qarışığı
bir tamdır yəqin.
Rəngi yamyaşıl təzətər
çəmən, çiçək
ətri kimi tərtəmiz və dupdurudur. Çiçək ətri tamında
deyil, rəngində, duruluğundadır.
Həsrət və nostaljinin yaratdığı psixoloji
sapıntı, poetik xiffət ovqatına yozmayın. Tam realist təsvir və gerçək təəssüratdır.
Su həyatdır. Həm də belə su!
lll
Çin
dili və əlifbası qəlizdir,
öyrənmək çətin
olacaq...
lll
Feysbuk laykları
aldadıcı olur. Çox
da arxayın olmayın...
lll
Sizcə, Bayden tez gedəcək,
ya Putin?
lll
Nailə xanım İslamzadə ilə Xarıbülbül
festivalından öncə
Cıdır düzündə
şəkil çəkdirməyə
imkan tapdıq.
Topxananı duman alıb.
İndi yağış da yağacaq.
lll
İçinin xıltını gizləyə
bilmək də böyük qabiliyyətdir. Yoxsa bəzilərində
xılt fontan vurub ədalət və obyektivliyi tam sıradan çıxarır.
lll
İndi dəyərlər dəyişib. İnsanların bir qismini vərdiş
elədiyi, alışdığı
dəyərlərin sarsılmasını
həzm edə, yenisi ilə barışa, boyun əyə bilmir.
Belə olanda həyat da mənasını itirir. Dəyərləri özünüz üçün qoruyun.
lll
Jurnalist üçün istedad, yaradıcılıq qabiliyyəti
çox vacib keyfiyyətlərdir. Təbii ki, sonradan aşılanan keyfiyyətlər
- savad, məlumat zənginliyi də zəruridir. Amma yazmaq,
müşahidə qabiliyyəti,
intuisiya və s... bunlar gendə, fitrətdə olmalıdır.
Buna görə də belə düşünürəm ki,
jurnalistikada istedad çox vacibdir. Amma indi jurnalistika
da dəyişib...
lll
Yaxşı ki dumduru, tərtəmiz,
zəhərsiz səhərlər
var.
Yaxşı ki hələ var.
lll
Yalnız
ad günündə yada
düşən adamlar...
lll
Yuxu və çox yatmaq istəyi o dünyanın əl eləməsidir.
lll
Deyir, saat 10-da yağış başlayacaq...
lll
Biri qışqırır, biri
qaçır...
lll
Tədbir işin imitasiyasıdır,
görüntüdür. Çox zaman
da israfçılıq,
quş qoymaq və baş qatmaqdır.
lll
İndi
Şuşadan başqa
hansısa şəhərdən,
lap belə Parisdən
şəkil paylaşmaq
mənasız və maraqsız görünür...
lll
Yaşamağa barmaqarası baxanda sonu peşmançılıq
olur. Nazim Hikmət boşuna
demirdi ki, böyük bir ciddiyyətlə yaşayacaqsan.
lll
Şakəri sancmaq və zəhərləmək olanlar...
lll
Oxuyan tapılacaqsa,
bu qədər çox kitab yazılmasının ziyanı
yoxdur.
lll
Nəfəs dərməyə imkan
olmayacaq...
lll
Əfsanələrə toxunmaq olmaz...
lll
Teknofest və Kitab Festivalından
paralel şəkillər
məşhur fiziklər-liriklər
müzakirələrini yada
salır.
Deyəsən, lirika son dövrlərini yaşayır.
lll
Gözünüz göylərdə olsun...
lll
Əslində, birləşdirməli gündür,
amma bölür.
lll
İpəyin sizə sualları
var:
- Limon meyvədir, yoxsa tərəvəz?
- Ağaclar danışır,
yoxsa yox?
lll
Gün şəkillərə baxanda
yada düşür...
lll
Milli Kitabxanada Xalq yazıçısı İlyas
Əfəndiyevə həsr
olunmuş "İlyas
Əfəndiyev. Geriyə baxarkən"
fotoalbomunun təqdimat
mərasimi keçirildi.
Tədbirin sonunda Aqil Abbasa Yazıçılar
Birliyinin təsis etdiyi İlyas Əfəndiyev mükafatı
təqdim olundu.
lll
Sosial şəbəkə nə
gözəl görünür
Uşaq günündə!..
Körpə balaların şəkilləri
işıq saçır;
həmişə belə
olsun, kinsiz-küdurətsiz
feysbuk!
lll
Zorən
primitivlik...
lll
Təəccüblənirsənsə, gəncsən...
lll
Kələ-kötür dillə yazılmış mətni
oxumaq əzabı...
lll
Xəbəri eşidəndə, sözün
açığı, əvvəlcə
mən də təəccübləndim və
hətta belə bir münasibət də bildirdim:
"Səhərdən axşama telefon əlimizdən düşmür,
baxmadığımız profil,
göz atmadığımız
sayt yoxdur. Hər dəfə
də bir fərqli xəbər, bir istedadlı cümlə sorağında.
Yaxşı bəs onda bu bloger-influenserlərdən
bizim niyə xəbərimiz yoxdur, onları biz niyə tanımırıq?
Belə çıxır ki, Novruzəliyik?"
Amma sonradan instaqramda Kəlbəcərə gedən
bu bloger-influenser xanımların şəkillərini
və paylaşımlarını
görəndə fikrim
dəyişdi: bu ideyanı bəyəndim və haqq qazandırdım.
Bu bloger-influenser xanımların
geniş və fərqli izləyici auditoriyası var. Onların
Kəlbəcərlə bağlı
xəbərləri öz
izləyicilərinə çatdırması,
möcüzəli məkandan
cazibədar şəkillərinin
yayılması, məncə,
uğurlu təbliğatdır
və çox güman ki, diqqəti cəlb edəcək.
İndi içi özüm qarışıq ilkin qınaqların yersiz və tələskənlik
olduğu qənaətindəyəm.
lll
Bir var statusu bəyənənlər,
bir də var profil - nə
yazsa da...
lll
Tutu saplaqlı yemək
yeydir, ya saplaqsız?
(Bazar statuslarından)
lll
Lalələrin ömrü qısa olur onsuz da.
lll
Sıxlıq və tıxac
- bu günlər ən çox işlədilən sozlərdir...
lll
Tənqidə milçək vızıltısı
kimi baxanlar...
lll
Yüngül və mənasız,
süni qabardılan gündəm mövzuları...
lll
Ən yaxşısı şəkil
paylaşmaqdır: mız
qoyan olmur...
lll
Ağız-ağıza verib bilən də, bilməyən də danışır...
lll
Ömrü dünyanın axırıymış
kimi yaşamaq...
lll
Adəti tərgidənəcən...
lll
Sadə, sıravi, çarəsiz adamları, bəlkə də, hardasa başa düşmək olar, amma bir də var, millət vəkili trol ola, onun-bunun sifarişini yerinə yetirə; gah jurnalistlərə daş ata, gah müəllimləri ləkələyə - qıpqırmızı yalanlar üyüdüb tökə, qapqara şər-böhtanlar uydura, sifarişçiləri qarşısında da əsim-əsim əsə, tir-tir titrəyə...
lll
Mətbuatda ilk iş yerim "Elm və həyat" jurnalı olub. Ötən əsrin 80-ci illərinin ortalarında "Elm və həyat" çox populyar mətbuat orqanı idi, 110 min tirajla çap olunurdu. Dəyərli insanların çalışdığı redaksiyada xüsusi hörmət bəslədiyim Ülkər xanım Hüseynovadan, Maral xanım Poladovadan həmişə həssaslıq və qayğı görmüşdüm.
Bu gün
Ülkər xanımla, Maral xanımla AMEA-da rastlaşdıq. Çox
xoş bir görüş oldu.
Keçənləri xatırladıq, ötən günləri
yada saldıq.
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2022.- 11 iyun.- S.17.