"Ulu Gəncənin sənət inciləri" Mingəçevirdə

 

Bugünlərdə Aran elinin sənət sevdalıları Gəncə incəsənət aləminin xüsusi  bilgi ustalıq tələb edən növlərinin üç tanınan isminin əsərlərini seyr etmək imkanı qazanıblar.

 

Bərdə Regional Mədəniyyət İdarəsinin  Mingəçevir Nümayəndəliyinin təşkilatçılığı ilə Mingəçevirdəki  Heydər Əliyev Mərkəzində  "Ulu Gəncənin sənət inciləri" adlı yaradıcılıq sərgisində bədii metalişləmə mütəxəssisi,  Azərbaycanın Əməkdar rəssamı Mübariz Əkbərovun, ağac oyma ustası, Azərbaycanın  Əməkdar rəssamı Saləddin Məhərrəmovun Azərbaycan Rəssamlar İttifaqının üzvü heykəltaraş Camaləddin Rüstəmovun əl işləri nümayiş olunub.  İki gün davam edən sərgidə Mingəçevir ictimaiyyəti şəhərin qonaqları sənətkarların əl işləri ilə tanış olub, həmçinin birbaşa müəlliflərlə təmasda onların çalışdıqları sahənin xüsusiyyətləri haqda bilgilər əldə ediblər.

 

"Gəncə şəhərində yaşayıb-yaradan bu rəssamların paytaxtımızda, eləcə bir sıra xarici ölkələrdə  sərgiləri master-klasları keçirilib. Mübariz Əkbərovun milli ornamentlərlə bəzədiyi işləri, xüsusən, millətimizə dünya xalqlarına məxsus soyuq silah nümunələri, Saləddin Məhərrəmovun ağac materialları ilə işlədiyi nəfis kompozisiyaları,  eləcə Camaləddin Rüstəmovun güclü emosional heyəltəraşlıq əsərləri ən yüksək sərgilərin bəzəyidir" - deyə, Mingəçevir Dövlət Rəsm Qalereyasının direktoru Böyükkişi Adilbəyli sərginin açılışında bildirib.

 

Sərgidə zəngin eksponatlar ilə təmsil olunan rəssam Mübariz Əkbərov hazırladığı qiymətli metallarla nəfis ornamentlərlə bəzədiyi soyuq silahlar - qılınclar, xəncərlər, bıçaqlar,  eləcə kəmərlər, qəlyanlar, bəzək əşyaları digər nümunələrin tarixçələri haqqında ətraflı danışıb. O, bildirib ki,  onun əsərləri  Türkiyə, Danimarka, İngiltərə, Rusiya Almaniyada yüksək səviyyədə qarşılanıb.

 

"Bədii metalişləmə  rəssamlığın bir növüdür. Müəllimim, böyük rəssamımız  Lətif Kərimovun tövsiyəsi xüsusi diqqəti ilə bu sənəti seçmişəm. Məhz onun Azərbaycanda bu sənət növünün yaşadılmasının vacibliyi haqda dediklərini üzərimə düşən bir missiya kimi qəbul etmişəm"- deyə, Mübariz Əkbərov əlavə edib.

 

Əməkdar rəssam sərgidə sənət aləmində yeganə olan nüsxələri xüsusi təqdim edib. Onlardan "Turan", eləcə İslam dünyasının tarixi real şəxsiyyəti olan Əli ibn Əbu Talibin məşhur "Zülfüqar" qılıncı böyük maraq doğurub. Qeyd edək ki, bir neçə gün öncə, bu işlər haqda qəzetimizin "525-ci kanal" adlı YOUTUBE portalında geniş videosüjet yerləşdirilib.

 

Saləddin Məhərrəmovun ağac üzərində bədii oyma əsərləri öz incəliyi insanı düşüncələrə daldırmaq gücünə malik olması ilə diqqət çəkib.  Rəssam qoz, çinar, fistıq cökə  ağacları lövhələrində yüksək zövqlü əsərlər yaradıb.

 

"Mənim məqsədim seyrçini düşündürməkdir. Hər əsər böyük bir hekayədir. Mənim əl işlərimi musiqiyə yaxşı qulaq asmağı bacaran, muğamı, simfoniyanı duyan adam daha aydın anlayır.  Bu işlərin açarı musiqidir.  Axı musiqinin , təsviri sənətin emosional kökü eynidir" - deyə, o, bildirir.

 

Sərgidə heykəltaraş  Camaləddin Rüstəmovun da Şah ismayıl Xətai, memar Şeyx Bahaəddin, Nuru Paşa kimi tariximizdə  əhəmiyyətli rol oynamış şəxsiyyətlərə aid heykəlləri digər əsərləri böyük maraq doğurub.

 

Mingəçevir İcra Hakimiyyərinin başçısı İlham İsmayılov da sərgiyə baxıb rəssamlara uğurlar diləyib.

 

Tədbir boyu yerli mədəniyyət işçilərinin ifalarında sərginin ruhuna uyğun musiqi əsərləri səsləndirilib. Həmçinin, tamaşaçıların çay süfrəsi ətrafında fikirlərini, təəssüratlarını bölüşməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

 

Zakir MURADOV,

Mingəçevir - Gəncə

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.15.