Əziz müəllimim Nəsir Əhmədliyə

 

 

 

Qoynunda uyuyan ürəklər ki var

İnan ki, ey dünya səndən böyükdür.

Elə o ürəklər hesabına sən

Dünyalara oyun qurdun, öyündün.

 

Əziz müəllimim, bu gün gözəl bir insan kimi, minlərlə tələbənin rəğbətini, hörmətini  qazanan fədakar Alim kimi dünyanızı  dəyişdiniz. Öz ağrı-acınızı çiyinlərinizdə, qəlbinizdə daşıya-daşıya bu vəfasız dünyaya əlvida dediz. Bu kollektivimiz üçün, sizə yaxın olan bütün doğmalar üçün adınız  həmişə şirin-şirin anılacaq, xatirələriniz  əziz tutulacaq. Ata kimi, qardaş kimi, yol göstərən dost kimi həmişə qəlblərimizdə yaşayacaqsınız. Bu ayrılıq hamımıza ağırdı, çətindir. Saysız-hesabsız sellənən göz yaşlarımda səmimi, gülərüz qayğıkeş simanız sanki dahi Nəsimi kimi "gedən cismimdir, qalan ruhum" deyir.

 

Ruhunuz  şad olsun unudulmaz, sevimli  Nəsir müəllim. Allah sizə rəhmət eləsin.

 

Keçmiş tələbəniz, yoldaşınız

Diləfruz HÜSEYNQIZI

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.11.