Sədərəkdəki qədim şəhər qalıqları: dünya arxeologiya elmində yeni səhifə  

 

Tarixi zəngin köklərə dayanan, sahib olduğu mədəni inkişaf səviyyəsi ilə Cənubi Qafqaz regionunda özünəməxsus yer tutan Azərbaycan, o cümlədən, onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası tarixi-mədəni abidələrinin təkrarsızlığı ilə insanı heyrətə gətirir. Əcdadlarımızın fikir düşüncələrini özündə qoruyub-saxlayan Gəmiqaya təsvirləri, yenilməzlik simvolumuz Əlincə qalası, inanc yerimiz Əshabü-Kəhf, müalicəvi ecazkar Duzdağ, qadına hörmətin əzəmətli ehtişamı - Mömünə Xatın türbəsi Naxçıvan torpağının saysız-hesabsız zənginliklərinin bir hissəsidir.

 

Başlanğıcı XIX əsrə dayanan Naxçıvan arxeologiyası dövlət müstəqilliyimizin bərpasından sonra yeni bir mərhələyə qədəm qoyub. 2006-cı ildən muxtar respublikada fəaliyyət göstərən Azərbaycan-ABŞ, Azərbaycan-Fransa ölkə səviyyəli arxeoloji ekspedisiyaların apardıqları tədqiqatlar sayəsində bölgənin qədim keçmişi, əcdadlarımızın həyat tərzi ilə bağlı çoxsaylı yeni faktlar aşkara çıxarılıb.

 

 

 

Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının Ovçulartəpəsi, Duzdağ, Uçan Ağıl, Şorsu yaşayış yerlərində, Kültəpə onun ətrafında apardığı araşdırmalar nəticəsində Naxçıvanın Neolit Eneolit dövrü haqqında yeni məlumatlar əldə olunub, bu bölgənin Kür-Araz mədəniyyətinin yaranma mərkəzlərindən biri olduğu sübuta yetirilib.

 

Beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası tərəfindən Arpaçay vadisi abidələri öyrənilib, II Kültəpə Maxta Kültəpəsində arxeoloji qazıntılar aparılıb, Şərur rayonunun Oğlanqala Qızqala yaşayış yerlərində həyata keçirilən qazıntılar nəticəsində 487 hektarlıq geniş bir ərazidə böyük şəhər-dövlətin mövcudluğu sübut olunub, bu qədim şəhər-dövlətin Cənubi Qafqazda dövrünə görə qeydə alınan ən böyük yaşayış məskəni olması təsdiqlənib.

 

2022-ci ilin may ayından başlayaraq AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev Pensilvaniya Universitetinin professoru Lauren Ristvetin rəhbərliyi ilə beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının üzvləri Sədərək Kültəpəsində qazıntıları davam etdirib, ərazinin hərtərəfli öyrənilməsi üçün səfərbər olublar. Tədqiqatlar hazırda böyük vüsətlə davam edir.

 

İyunun 9-da ekspedisiya üzvləri muxtar respublikanın gəzməli-görməli yerlərini ziyarət ediblər. Naxçıvan şəhəri ilə tanışlıq zamanı amerikalı arxeoloqlar AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Arxeologiya Etnoqrafiya muzeyinin qonağı olublar. Bölgənin boyalı qablar mədəniyyətini özündə ehtiva edən saxsı qablar, Naxçıvantəpə, Ovçulartəpəsi Yaycı nekropolundan aşkar olunan arxeoloji materiallar qonaqların xüsusi marağına səbəb olub.

 

 

 

Ekskursiya əsnasında həmsöhbət olduğumuz ABŞ ekspedisiya heyətinin rəhbəri, Pensilvaniya Universitetinin professoru Lauren Ristvet illərdir uğurla davam edən beynəlxalq əməkdaşlığın nəticələrindən danışdı. Professor bildirdi ki, Sədərək rayonunda aşkarlanan yeni tapıntı arxeoloji araşdırmaların uğurlu davamı olmaqla yanaşı, həm gələcəkdə aparılacaq qazıntılar üçün əsl stimul mənbəyidir. İllərdir davam edən tədqiqatlar zamanı hər il yeni materiallar aşkar olunur. Yaşayış yerlərinin qalıqları, nekropollar, məişət əşyaları, eləcə silah nümunələri başqa tapıntılar Naxçıvan bölgəsinin qədim tarixini, daha dərindən öyrənməyə imkan verir, qədim insanların həyat tərzi, mədəni inkişaf səviyyəsi, inancları sair haqqında dolğun məlumat almağımıza şərait yaradır.

 

2019-cu ildə Sədərək Kültəpəsinin müxtəlif hissələrində reallaşdırdığımız növbəti yoxlama-axtarış qazıntıları zamanı abidənin Erkən Dəmir Dəmir dövrünün sonrakı mərhələsinə aidliyi sübuta yetirildi. Aşkar olunan həmin materiallar gələcək araşdırmalar üçün yeni perspektivlər vəd edirdi.

 

Bu yaxınlarda Sədərək yaşayış yerindən tapılan yeni arxeoloji materiallar, xüsusilə qədim şəhərin qalıqları ekspedisiyanın 2022-ci il üzrə axtarışlarının ən böyük uğurudur. Əminliklə deyə bilərəm ki, Sədərək Kültəpəsindəki yeni tapıntı Azərbaycanda, eləcə Cənubi Qafqaz ərazisində Dəmir dövrünə aid ən qədim şəhər tipli yaşayış məskəni olmaqla dünya arxeologiya elmində yeni mərhələdir.

 

Amerikalı professor qeyd edir ki, mühüm strateji mövqedə yerləşən Naxçıvan nisbətən kiçik ərazini əhatə etməsinə baxmayaraq, zəngin tarixə, mədəniyyətə, abidələrə malik diyar kimi hər gəlişimizdə bizi təəccübləndirməyi bacarır. Bir arxeoloq kimi burada iştirakçısı olduğum qazıntılar mənə mənəvi zövq bəxş edir.

 

Sədərək yaşayış yerində aparılan arxeoloji tədqiqatların tarixi ilə bağlı ünvanladığımız sualı cavablandırarkən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirdi ki, burada ilk arxeoloji axtarışlar 2011-ci ildə ( V.Baxşəliyev A.Seyidov tərəfindən - red.) yerinə yetirilib. Sonralar beynəlxalq Azərbaycan-ABŞ ekspedisiyasının üzvləri burada kəşfiyyat xarakterli araşdırma aparmış, yaşayış yerinin planı tərtib olunmuşdu. İlkin tədqiqatlar zamanı ərazidən Neolit, Eneolit Kür-Araz mədəniyyətinə aid materiallar aşkar olunaraq öyrənilib. Tədqiqatlar nəticəsində ilk insanların yaşayış yerində məskunlaşmasının e.ə.VII minillikdə başladığı dəqiqləşdirilib: "2019-cu ildə davam edən axtarışların nəticələri fikirlərimizi təsdiqləməklə ərazinin zəngin tarixi keçmişi ilə səsləşirdi. Qeyd etməliyəm ki, Sədərək Kültəpəsi ərazisində böyük bir şəhərin mövcudluğu, onun təbii fəlakət nəticəsində dağılması ilə bağlı xalq arasında yayılmış rəvayətlərin bu tədqiqata böyük təsiri oldu. Çünki işini sevən hər bir arxeoloq əldə olan məlumatlarla kifayətlənməməli, lazım gələrsə, yazılı mənbələrdə, hətta folklor nümunələrində mövcud olan kiçicik bir ehtimalı belə dəyərləndirməli, onun həqiqətlə bağlılığını araşdırmalıdır.

 

 

 

Arxeoloji qazıntılar nəticəsində ərazidə qədim şəhərin qalıqları tapıldı. Əlbəttə, əvvəlki illərin axtarışları zamanı Oğlanqala və Qızqala yaşayış yerlərində də şəhər tipli yaşayış yerlərini aşkar edərək öyrənmişik. Tapılan materialların laborator analizi ilə Naxçıvanda şəhər tipli yaşayış yerlərinin hələ e.ə. III minilliyin sonlarında inşa olunduğu artıq sübuta yetirilib. E.ə. IX-VIII əsrlərə aid şəhərin yeni aşkar olunan qalıqları isə Azərbaycanda bu prosesin Dəmir dövründə də davam etdiyini göstərir. Dəmir dövrünün bir sıra xüsusiyyətlərini özündə ehtiva edən bu qədim yaşayış məskəni Oğlanqala və Qızqaladan fərqli olaraq düzənlik ərazidə, çay kənarında salınıb. Daş döşəmələrin və böyük düzbucaqlı formalı ictimai binaların inşa olunması yaşayış yerinin əsas fərqləndirici xüsusiyyətidir. Aşkar olunan metallurgiya ocağı, ocağın yaxınlığındakı körük ucluğu, yüksək keyfiyyətli keramika nümunələri, dulusçuluq məmulatları və müxtəlif həcmli daşgil qablardan, küplərdən istifadə, eləcə də başqa maddi-mədəniyyət nümunələri qədimdə əcdadlarımızın həyat tərzini öyrənmək üçün dəyərli xəzinə olmaqla yanaşı, şəhərin qaynar və zəngin həyata malik olduğunu göstərir. Yeni materiallar şəhər əhalisinin dinc həyat tərzinə, təsərrüfatın və ilkin sənaye vərdişlərinin yüksək inkişafına işarə edir. Tarixi mənbələr burada məskunlaşan Etiuni tayfalarının Urartu dövləti ilə münasibətlərindən xəbər verir. Qeyd edək ki, bu şəhərin salınması Urartu dövlətinin Cənubi Qafqaza yürüşlərindən əvvəl, Yeni Assur dövlətinin yarandığı dövrə (e.ə.911-891) təsadüf edir. Sonralar intensivləşən Urartu yürüşləri nəticəsində mübariz ruhlu əcdadlarımız həm də müdafiə xarakterli Sədərək qalasını inşa etmiş, düşmənə layiqli cavab verərək geri oturtmuş, xalqımızın müstəqillik əzmini qorumuşlar.

 

Qeyd etmək lazımdır ki, Sədərək Kültəpəsinin Son Tunc və Erkən Dəmir dövrü təbəqəsi e.ə. XIV-IX əsrləri əhatə edir. Qədim dövrlərə aid mədəni təbəqə isə hələlik aşkar edilməyib.

 

Xalqın təfəkküründən qaynaqlanan etnoqrafik materiallarda bu yaşayış yerinin su hövzəsi yaxınlığında yerləşməsi, şəhərə dağlardan su çəkilməsi ilə bağlı məlumatlar da mövcuddur. İnanırıq ki, gələcək araşdırmalar zamanı şəhərin su təminatı  ilə bağlı əsaslı fikirlər söyləyə biləcəyik".

 

Söhbətimiz əsnasında Muxtar Respublikaya ilk dəfə gələn gənc arxeoloqların Naxçıvanla bağlı fikirlərini öyrəndik. Diyarın zəngin tarixinə, abidələrinə, həmçinin, rəngarəng təbiətinə valeh olduqlarını bildirən tədqiqatçılar Naxçıvanda olmaqdan məmnunluq duyduqlarını, arxeoloji qazıntılardan böyük zövq aldıqlarını bildirdilər.

 

Muxtar Respublikanın qədim tarix və mədəniyyət abidələri ilə bağlı aparılan araşdırmalar elmə yeni-yeni faktlar qazandırmaqda davam edir, Azərbaycan xalqının ulu əcdadlarının bu torpağın qədim sakinləri olduğunu təsdiq edir.

 

Səkinə CÜMŞÜDOVA

AMEA Naxçıvan Bölməsi Aparatının Beynəlxalq əlaqələr və informasiya şöbəsinin əməkdaşı

 

525-ci qəzet.- 2022.- 14 iyun.- S.11.