Ömər Seyfəddinin “Hekayələr”
kitabı alman dilində təqdim edilib
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun Vyanada “Türk dünyasını
birləşdirən ədəbi
körpü” adlı layihəsi çərçivəsində
Fond tərəfindən nəşr
olunmuş Türk ədəbiyyatının görkəmli
nümayəndələrindən biri Ömər Seyfəddinin “Hekayələr”
kitabı alman dilində təqdim edilib.
525.az xəbər verir ki, tədbir
Fondun, Azərbaycan Respublikasının Avstriya
Respublikasındakı və
Türkiyə Respublikasının
Avstriya Respublikasındakı
Səfirliklərinin birgə
təşkilatçılığı ilə Vyana Yunus Əmrə İnstitutunda keçirilib.
Təqdimat mərasimində Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Avstriyadakı
səfiri Rövşən
Sadıqbəyli, Türkiyənin
Avstriyadakı səfiri
Ozan Ceyhun, Vyana Yunus Əmrə
İnstitutunun rəhbəri
Ayşe Yorulmaz, araşdırmacı-yazar Orxan
Araz, Türkiyənin Erciyez Universitetinin professoru Hülya Argunşah və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun bildirib
ki, türk ədəbiyyatının inkişafına
əhəmiyyətli töhfələr
verən Ömər Seyfəddin qısa hekayələr janrının
önəmli imzalarından
biridir və Türkiyənin imperatorluqdan
cümhuriyyətə keçid
dönəmində milli
dil və bu dillə meydana
gələn ədəbiyyatın
formalaşmasında onun
xüsusi rolu olmuşdur.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva öz çıxışında
avstriyalı oxucuları
türk dünyasını
birləşdirən ədəbi
incilərlə görüşdürdüklərini
bildirib. Fondun prezidenti kiçik həcmli hekayələri ilə ədəbiyyatda güclü iz buraxan Ömər Seyfəddinin əsərləri
və ümumiyyətlə,
ədəbi fəaliyyətilə
Türk dilinin özləşməsinə çalışdığını,
türkçülük axınının
qurucu və öncüllərindən biri
olduğunu qeyd edib. Günay Əfəndiyeva Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondu tərəfindən Türk dünyasının
görkəmli şəxsiyyətlərinin
ədəbi irsinin beynəlxalq aləmdə tanıtımı üçün
layihələrin həyata
keçirildiyini, təşkilatın
məqsədinin Türk
xalqlarının tarixini,
adət-ənənələrini, musiqisini, ədəbiyyatını,
memarlığını, sənətini,
ümumiyyətlə mədəni
irsini qorumaq, təbliğ etmək, gələcək nəsillərə
ötürmək olduğunu
dilə gətirib.
Tədbirdə Almaniyada uzun illər yaşayan araşdırmaçı yazar
Orxan Araz , tərcüməçi German Kohl, Ömər Seyfəddinlə
bağlı elmi məqalələri ilə
tanınan Türkiyənin
Erciyes Universitetinin müəllimi, professor Hülya
Argünşah görkəmli
yazıçının cəmi
36 il yaşamasına baxmayaraq, türk ədəbiyyatına böyük
töhfələr verdiyini
vurğulayıb, Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun Türk ədəbiyyatının növbəti
dəfə Avropada tanıdılması yönündə
çalışmalarını yüksək qiymətləndiriblər.
Təqdimatda TRT tərəfindən Fondun himayəsi ilə çəkilmiş
Ömər Seyfəddinin həyat və
yaradıcılığına həsr olunmuş
sənədli film göstərilib. Sonda Azərbaycanın Xalq
artisti Mehriban Zəki Türk mədəniyyətinin incilərindən
seçmələr ilə çıxış edib.
525-ci qəzet.- 2022.- 14 iyun.- S.9.