Xalq yazıçısı
Anarın Daşkənddə “Əlbəttə
görüşərik” kitabının təqdimatı olub
Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın
Xalq yazıçısı
Anarın Daşkənddəki
“Tamaddun” nəşriyyatında
özbək dilində
nəfis tərtibatla çap olunan “Əlbəttə görüşərik”
adlı kitabının
təqdimat mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, 350 səhifəlik
kitabı orijinaldan özbək dilinə tanınmış jurnalist
və tərcüməçi,
“Gülüstan” jurnalının
baş redaktoru Mamatkul Hazratkulov çevirib. Tərcüməçi kitaba geniş
və əhatəli “Ön söz” də yazıb.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və
incəsənət xadimləri,
yazıçı və
şairlər, Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin,
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, ədəbiyyatsevərlər,
tələbələr iştirak
edib.
Təqdimat mərasimini Özbəkistan
Yazıçılar İttifaqının
sədri Siracəddin Səyyid açaraq Azərbaycan-Özbək ədəbi
əlaqələri haqqında
danışaraq, müasir
Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndəsi
Anarın həyatı
və yaradıcılığı
haqqında məlumat verib, onun həm
sabiq SSRİ dövründə,
həm də müstəqillik illərində
yaradıcılığı, Özbəkistan oxucuları
tərəfindən yazıçının
əsərlərinin sevilərək
oxunması, Daşkənddə
onun əsərlərinin
dəfələrlə çap
olunduğunu diqqətə
çatdırıb. Siracəddin
Səyyid Azərbaycan
ədəbiyyatına daim
Özbəkistanda böyük
maraq olduğunu, böyük şairlərimiz
Nizami Gəncəvi, Məhəmməd Füzuli
və Əlişir Nəvai, Qafur Qulam və Səməd
Vurğun və neçə-neçə şairlərimiz,
yazıçılarımız arasında daim dostluq və ədəbi əlaqələrin
olduğunu söyləyib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov iki ölkə arasında ədəbi əlaqələr haqqında
danışaraq, Azərbaycan
ədəbiyyatına göstərilən
bu diqqət, ədəbiyyatımızın tanınmış nümayəndəsinin
əsərinin Özbək
dilinə tərcümə
və nəşr layihəsinə görə
Özbəkistan Yazıçılar
İttifaqına öz
təşəkkürünü bildirib.
Diplomat bildirib ki,
Xalq yazıçısı
Anar çağdaş
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi
olaraq ədəbiyyata
gəldiyi ilk dövrlərdən
əsərləri ilə
oxucuların qəlbində
yer tapmış və ədəbiyyat tariximizdə özünəməxsus,
mühüm mövqeyi
vardır.
O, Anarın Azərbaycan ədəbiyyatının inkişafında
xüsusi xidmətlərini,
müxtəlif ədəbi
üslubda yaratdığı
əsərlər və
dramaturgiya sahəsindəki
fəaliyyətini vurğulayaraq,
onun əsərlərinin
nəinki Azərbaycanda,
dünyanın müxtəlif
ölkələrində, o cümlədən Özbəkistanda
sevilərək dəfələrlə
çap edildiyini qeyd edib. Samir Abbasov
Anarın həm yazıçı, həm
ssenarist, rejissor kimi milli kinomuza
gətirdiyi yeni-yeni mövzular, obrazlar haqqında məlumat verib, yazıçının
Özbəkistana səfəri,
özbək ədəbiyyatına
təsiri haqqında fikirlərini bölüşüb.
Filologiya
elmləri doktoru, professor Nurbay Jabbor Anarın yaradıcılığı haqqında
danışıb, onun
əsərlərini təhlil
edib. O bildirib ki, Anar ziyalı
ailəsində doğulub,
atası Rəsul Rza və anası
Nigar Rəfibəyli Azərbaycandan kənarda,
o cümlədən Özbəkistanda
yaxşı tanınan
şairlər olub.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvi, dosent Gülbahar Aşurova, Daşkənddə özbək dilində çap olunan “Cahon adabiyyati” jurnalının Baş redaktoru Əhmədcan Melibayev, filologiya elmləri üzrə fəlsəfə doktoru Olimjon Davlatov və başqaları Anarı istedadlı yazıçı kimi xarakterizə ediblər.
Sonda tərcüməçi Mamatkul Hazratkulov çıxış edərək Azərbaycan ədəbiyyatını çox sevdiyini, Anardan başqa bir sıra yazıçılarımızın əsərlərini də özbək dilinə çevirdiyini və gələcəkdə də zəngin ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatından tərcümə işlərinin davam etdirəcəyini qeyd edib.
Sonda tərcüməçi Özbək dilində nəşr edilmiş “Əlbəttə görüşərik” adlı kitaba imza qoyaraq oxuculara hədiyyə edib.
Qeyd edək ki, kitabda yazıçı Anarın “Dantenin yubileyi” və “Ağ qoç, qara qoç” povestləri, “Gürcü familiyası”, “Köhnə ilin son gecəsi”, “Etibar”, “Zəncir”, “Əl əli yuyar”, “Bir stəkan su” və digər hekayələri toplanıb.
525-ci qəzet.- 2022.- 14 iyun.- S.8.