Milli Kitabxana “Şuşa zərgərlik məmulatları”nı
sərgiləyib
Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi hazırlanıb. Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən sənətkarlıq nümunələri – onun tərkib hissəsi olan zərgərlik məmulatları ilə də zəngindir.
XVIII əsrdən başlayaraq
Şuşada daha rəvan
inkişaf etmiş sənət
sahələrindən biri də zərgərlik
olub. XX əsrin əvvəllərində
isə bu sənət öz
inkişafında ən yüksək zirvəyə
çatıb. Həmin dövrdə, Şuşada zərgərliyin qəlibkarlıq
üsulu daha geniş yayılmışdı. Şuşa zərgərləri yüksək əyarlı
qızıl və gümüşdən müxtəlif məmulatlar
hazırlanmasına daha çox
üstünlük verirdilər. Şuşa zərgərləri özlərinin
gözəl əl işləri ilə Azərbaycanı xarici dövlətlərdə
tanıtmışlar.
525-ci qəzet.- 2022.- 14 iyun.- S.15.