Yunus Oğuzun
"Cığır" romanı işıq üzü
görüb
Yazıçı-publisist Yunus Oğuzun "Cığır" romanı
çapdan çıxıb. Olaylar.az xəbər
verir ki, Şuşa şəhərinin
inşa edilməsinin
270 illiyinə və
44 günlük Vətən
müharibəsinə ithaf
olunmuş tarixi romanda 44 günlük Vətən müharibəsinin
keçdiyi yol, Vətən müharibəsindən
sonrakı nailiyyətlər
və mədəniyyət
paytaxtımız Şuşa
şəhərinin tarixindən
bəhs edilir.
Qeyd edək ki, kitabın ilk səhifələrində Milli
Məclisin üzvü, akademik
Nizami Cəfərov, filologiya
elmləri üzrə fəlsəfə doktoru,
AMEA Nizami Gəncəyi adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi Elnarə
Qaragözova və filologiya
üzrə fəlsəfə doktoru,
"Ədəbiyyat" qəzetinin baş
redaktoru Azər Turan
əsər haqqında öz fikirlərini
bildiriblər.
525-ci qəzet.- 2022.- 14 iyun.- S.15.