Mədəni gənclik" yenidən Milli Dram Teatrında

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı növbəti dəfə "Mədəni gənclik" layihəsinə ev sahibliyi edib.

 

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tələbələr M.F.Axundzadənin müəllifi olduğu "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxıblar.

 

Səhnə tərtibatı, dinamikliyi, uğurlu musiqisi ilə tamaşaçıların rəğbətini qazanan səhnə əsəri alqışla qarşılanıb.

 

Tamaşanın quruluşçu rejissoru mərhum sənətkarımız, Əməkdar incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlu, rejissoru Anar Sadıqov, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şərif, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Rəqslərin quruluşu Zakir Ağayev Yelena Ağayevaya məxsusdur.

 

Tamaşada Xalq artistləri Sabir Məmmədov, Cəfər Namiq Kamal, Əməkdar artist Mətanət Atakişiyeva, aktrisalar Şəhla Əliqızı, Rada Nəsibova, İlahə Həsənova, Əməkdar artistlər Elnar Qarayev, Məzahir Cəlilov, Elxan Quliyev Aslan Şirin, Xalq artisti Əli Nur, aktrisa Nigar Güləhmədova, aktyor Rüstəm Rüstəmov, Əməkdar artistlər Kazım Həsənquliyev Mirzə Ağabəyli, aktyorlar Elnur Qədirov, Elçin Əfəndi, Elsevər Rəhimov, Əməkdar artist Rəşad Bəxtiyarov, aktyorlar Ramin Şəxəliyev, İlyas Əhmədov, Cümşüd Zeynalov Əməkdar artist Ayşad Məmmədov çıxış edir.

 

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən "Mədəni gənclik" layihəsinin məqsədi gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir.

 

Akademik Milli Dram Teatrı ilk dəfə mayın 21-də "Ölülər" tamaşası ilə "Mədəni gənclik" layihəsinə öz qapılarını açmışdı.

 

525-ci qəzet.- 2022.- 14 iyun.- S.15.