"Şuşa mədəniyyətinin
inciləri": "Məclisi-Üns"
Mədəniyyət Nazirliyi tərəfindən
"Şuşa İli"
münasibətilə həyata
keçirilən "Şuşa
mədəniyyətinin inciləri"
layihəsi yeni təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki,
layihənin "Şuşanın
ədəbi həyatı"
bölməsi üzrə
növbəti təqdimat
"Məclisi-Üns" ədəbi
məclisə həsr
olunub.
XIX əsr Şuşa
ədəbi məclisləri
özünün çoxyönlü
funksiyası, ədəbiyyata,
mədəniyyətə, maarifə
verdiyi töhfələri
ilə fərqlənir.
Mənbələrdə ən
çox adı çəkilən Şuşa məclisləri
"Məclisi-üns" və
"Məclisi-fəramuşan"dır.
"Məclisi-üns" ədəbi məclisi
1864-cü ildə Şuşada
şairlər Mirzə
Rəhim Fəna və Hacı Abbas Agahın təşəbbüsü ilə
dövrün görkəmli
ziyalısı Mirzə
Əli Qazinin mədrəsəsində təşkil
olunub. Lakin 1872-ci ildə Xurşidbanu
Natəvanın məclisi
öz himayəsinə
götürməsi onun
məşğələlərini daha da canlandırıb,
şöhrəti Qarabağın
hüdudlarını aşıb
Azərbaycanın başqa
yerlərinə də
yayılıb.
Otuzdan çox
üzvü olan məclisin rəhbəri Xurşidbanu bəyim idi. Mirzə Rəhim
Fəna, Hacı Abbas Agah, Mirzə
Ələsgər Növrəs,
Mirzə Həsən Yüzbaşov, İsgəndər
bəy Rüstəmbəyov,
Mirzə Sadiq Piran, Baxış bəy Səbur, İsmayıl bəy Daruğə, Məşədi
Nəsir Lövhi və başqaları məclisin daimi və nüfuzlu üzvləri idilər. Qarabağın görkəmli xanəndə
və sazəndələri
də məclisin yığıncaqlarında fəal
iştirak edirdilər.
Ədəbi məclislər ilk növbədə
şeir-sənət məktəbi
idi. Burada şeirlər, məsnəvilər
yazılır, ədəbi
müzakirələr aparılır,
şeir normaları öyrədilir, nəzirələrlə
ənənələr möhkəmlədilir
və gələcək
nəsillərə ötürülürdü.
Qeyd edək ki,
qadınların kişilərlə bir məclisdə
fəaliyyət göstərməsi Qarabağ
ədəbi məclislərinin əsas özünəməxsusluqlarından
biri idi.
525-ci qəzet.- 2022.- 15 iyun.- S.13.