Azərbaycan-Qətər mədəni əlaqələri
müzakirə olunub
Mədəniyyət naziri Anar Kərimov Qətər Dövlətinin
Azərbaycandakı səfiri
Faisal bin Abdullah Al-Hanzab və
ölkəmizin Qətərdəki
səfiri Rəşad
İsmayılovla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki,
görüdə ölkələrimiz
arasındakı mədəni
əlaqələrin möhkəmləndirilməsinin
və bu sahədə olan əməkdaşlığın vacibliyi vurğulanıb.
A.Kərimov işğaldan azad olunmuş ərazilərimizin
bərpası və yenidən qurulmasında Qətər dövlətinin
təcrübəsindən faydalanmağın
mühümlüyündən bəhs edib. O, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən 2008-ci ildə
irəli sürülən
"Bakı Prosesi"
təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi
keçirilən Dünya
Mədəniyyətlərarası Dialoq Forumuna diqqət çəkib. Ölkəmizin irəli sürdüyü
"Mədəniyyət naminə
sülh" (Peace4Culture) qlobal
kampaniyasından söz
açıb. Bildirib ki,
bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin
qurulması, eləcə
də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında
sülhün rolunun öyrənilməsi məqsədi
daşıyır. A.Kərimov Qətəri
də bu qlobal çağırışa
qoşulmağa dəvət
edib.
Görüşdən məmnunluğunu ifadə edən Abdullah Al-Hanzab ölkələrimiz arasında humanitar və mədəni əməkdaşlıq məsələlərinə toxunub. Həmçinin, Anar Kərimovu Qətər dövlətinə rəsmi səfərə dəvət edib.
Görüş tərəfləri
maraqlandıran digər məsələlərin müzakirəsi
ilə davam edib.
525-ci qəzet.- 2022.- 15 iyun.- S.12.