İlon Mask və onun qorxunc Mars planları
İlon Mask. Şübhəsiz, ağıllı adamdır.
Amma bir o qədər də çılğın
düşüncələrə sahibdir - Marsa nüvə raketləri göndərəcək qədər
çılğın. Həyat hekayəsini oxusanız, onun ən böyük
məqsədinin Mars və
ora köç etmək olduğunu görəcəksiniz.
İlon Mask hələ uşaq yaşlarından kosmosa maraq göstərirdi. Əvvəlcə diqqətini Ay çəkmişdi.
1969-cu ildə Aya eniş və
orada çəkilmiş
görüntülər onu
heyran edir və bir müsahibəsində
deyir ki, insanlığın Aya enişi indiyə qədərki ən möhtəşəm hadisədir.
Amma Ayın arxasında gizlənən o qızılı
planet həmişə onun
marağını çəkir.
Böyüyəndə başqa işlər
görsə də, ağlının bir kənarında kosmosla bağlı xəyallar qurmağa davam edir.
Zaman keçdikcə
Marsla bağlı araşdırmalara başlayır. Və bu
nəticəyə gəlir
ki, əgər uyğun şərtlər
təmin edilsə, Marsda yaşamaq mümkündür. Bu xəyalı
üçün "SpaceX"
şirkətini quran İlon Mask, nəhayət,
Marsa bir qurğu endirməyi bacarır və xəyalına hər keçən gün bir addım da yaxınlaşmağa davam edir.
İlon Maskın Marsa getmək istəyinin səbəbi, əslində,
çox sadədir. Qiyamət öncəsi
baş verməsi gözlənilən nüvə
müharibəsi və
insanlığın yox
olmasından əmin olma səbəbi onu vadar edir
ki, bu işin
arxasınca getsin.
İlon Maskın sözlərinə
görə, insanlığı
təhdid edən iqlim problemi, pandemiyalar və müharibələrlə bağlı
riskləri azaltmağın
ən vacib yolu insanlığı çoxplanetli vəziyyətə
gətirməkdir.
Bəs niyə
məhz Mars?
Yupiter,
Saturn, Uran, Neptun kimi planetlər qazdan ibarətdir və Günəşə
uzaq olduqlarına görə xeyli soyuqdur. Merkuri və Venera
isə əksinə, Günəşə çox
yaxındır. Mars bu mənada yaşanılması mümkün
olan tək planetdir. Amma Marsda həqiqətən
də yaşamaq mümkündürmü? Marsdakı şərait
nə qədər uyğun olsa da, planetdəki temperatur səviyyəsi -
60 dərəcə həddindədir.
Yəni Marsa gedən hər kəs oranın qütblərdəkindən
daha soyuq olacağını gözə
alıb getməlidir.
Bu nöqtədə İlon
Maskın qorxunc bir planı var. Bir proqramda aparıcının
Marsla bağlı verdiyi suala cavabında
deyir ki: "Marsı dünya kimi bir planetə
çevirə bilərik.
Bu, həmin planeti
isidərək mümkün
olar. Bunun bir sürətli,
bir də yavaş yolu var. Sürətli yolu ondan ibarətdir ki, planetin qütblərinə
termonüvə raketləri
göndərmək və
lazımi temperaturu bu yolla əldə
etmək". İlon Maskın
etmək istədiyi şey, tam olaraq, "Terraforming" adlanır.
Mənası "dünyalaşdırmaq, dünyaya bənzətmək"dir
və Mask Mars üçün
bu planı düşünür.
İlon Maska görə, hazırda insanlıq üçün ən böyük təhlükə
məhz insanların özlərinin yaratdığı
süni intellektdir. Bu mövzuda İlona mən də qatılıram. Süni intellekt
robotları gün keçdikcə insanların
yerinə keçir.
Robotlar bir tərəfdən həyatı asanlaşdırır,
digər tərəfdən
də bizim yerimizə keçərək
bizdən biri olur. Bu hadisə də zaman-zaman robotlarla insanlar arasında baş verəcək savaşa gətirib çıxara bilər: süni intellektli robotlarla insanların müharibəsi.
Məncə, bu, çox
böyük bir təhdiddir və gələcəkdə baş
vermə ehtimalı çox yüksəkdir.
Dediyimiz kimi, İlon Maskın çılğın
Mars teoremi üçün
onlarca problem var. İlon
bir dəfə də bir canlı
yayımda Marsa gedən ilk insanların böyük ehtimalla öləcəklərini demişdi.
Mars və orada
yaşamaq xəyalı
hələ ki, sadəcə xəyal olaraq qalır. Amma görünən budur ki, İlon Mask bu xəyalını gerçəkləşdirmək üçün qorxunc addımlar atacaq. Elə bir müsahibəsində də dediyi kimi, "mən qorxunc super qəhrəmanam
və sonunu düşünən qəhrəman
olmaz".
El ROMAN
525-ci qəzet.- 2022.- 17 iyun.- S.16.