Ramiz Quliyevin 75 yaşı Kanadada konsertlərlə qeyd edilib

 

Kanadanın Vankuver şəhərində 9-12 iyunda keçirilən XXI "Global Soundscapes" Beynəlxalq Musiqi Festivalında görkəmli tarzən, professor Ramiz Quliyevin iştirakı ilə silsilə konsertlər olub. 11 iyunda Vankuverin "Cultch"  Historical Theatre zalında gerçəkləşən konsertdə tarzənin 75 illik yubileyinə həsr olunmuş Kəsərin - anada bəstəkarı Farşid Samandarinin yazdığı "Tar orkestr üçün konsertin" premyerası böyük əks-səda yaradıb.

 

F. Samandarinin yeni tar konsertində qujenq, santur, ahu, mandolin, kamança, key suona ilə bərabər Avropa simli zərb musiqi alətləri yer alıb. Əsərin ilk ifasında İnter-Cultural Dünya orkestrini  Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının baş dirijoru musiqi rəhbəri Əyyub Quliyev idarə edib. Dünya musiqi mədəniyyətinin birliyini təcəssüm etdirən əsərin ifası kanadalı dinləyicilər tərərindən ayaqüstü alqışlarla qarşılanıb.

 

Növbəti gün - 12 iyunda Vankuver Tarixi Teatrında professor Ramiz Quliyevin solo konserti və festivalın bağlanış mərasimi baş tutub. Məşhur Kanada pianoçusu Maykl Krebber və zərb ifaçısı Bijan Rahmaninin müşayiətilə gerçəkləşən konsertə biletlər bir neçə həftə öncədən satılıb. Əsasən, Azərbaycan milli musiqisi - muğamlar və bəstəkar nümunələrindən ibarət olan proqramda Qəmbər Hüseynli, Cahangir Cahangirov, Tofiq Quliyev, M. Adil-Gəray, Vasif Adıgözəlov, Sərdar Fərəcov, Həsən Rzayevin əsərləri sürəkli alqışlarla qarşılanıb. Konsertdən öncə çıxış edən festivalın bədii rəhbəri tanınmış bəstəkar Mark Armanini görkəmli tarzənin yaradıcılığı haqda qısa məlumat veribonu 75 illik yubileyi münasibətilə festivalın rəhbərliyi adından təbrik edib.

 

525-ci qəzet.- 2022.- 17 iyun.- S.9.