"Könlüm keçir Qarabağdan":
qürurla hüznün
vəhdəti
"ŞUŞA
İLİ"NƏ HƏSR OLUNMUŞ RESPUBLİKA İNCƏSƏNƏT
FESTİVAL-MÜSABİQƏSİNİN YEKUN TƏDBİRİNDƏ
UNUDULMAZ ANLAR YAŞANDI
Məlum
olduğu kimi, iyunun 1-də məktəblilər arasında
"Şuşa İli"nə həsr olunmuş
"Könlüm keçir Qarabağdan" adlı respublika
incəsənət festival-müsabiqəsinin yekun konserti
keçirildi.
Uşaqların
Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən
festival-müsabiqənin yekun konserti Şuşa şəhərinin
işğaldan azad edilməsindən sonra orada keçirilən
ilk respublika uşaq tədbiri oldu.
Tədbir
Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət
Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin
tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin
qarşısında təşkil olunmuşdu. Tədbirdə
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm
və dini məsələlər şöbəsinin müdiri
Fərəh Əliyeva, mədəniyyət nazirinin müavini
Sevda Məmmədəliyeva və digər dövlət rəsmiləri,
tanınmış mədəniyyət və incəsənət
xadimləri, şəhid övladları, festival müsabiqənin
qalibləri iştirak edirdilər.
Təhsil
naziri Emin Əmrullayev tədbirin Şuşada təşkilinin
qürurverici olduğunu qeyd edib. Şəhidlərimizin xatirəsini yad edən, qazilərimizə
Allahdan şəfa diləyən təhsil naziri Müzəffər
Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və Şanlı Ordumuzun qələbəsi
sayəsində bu gün gələcəyimiz
olan uşaqların azad Şuşada bayramı qeyd etməsini xüsusi vurğulayıb. Nazir çıxışının
sonunda bütün uşaqları 1 İyun - Uşaqların Beynəlxalq
Müdafiəsi Günü
münasibətilə təbrik
edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova əvvəlcə 1 İyun
- Uşaqların Beynəlxalq
Müdafiəsi Günü
münasibətilə bütün
uşaqları təbrik
edib. Hər bir vətəndaş
üçün dövlət
və onun mənafeyinin öndə gəldiyini qeyd edən komitə sədri müsabiqənin gənclərimizin vətənpərvər
ruhda yetişməsində
oynadığı roldan
danışıb.
Konsert proqramında
150-yə yaxın məktəbli
çıxış edib,
şagirdlərin ifasında
vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, ədəbi-bədii
kompozisiyalar nümayiş
olunub. Tədbirin sərgi hissəsində
müsabiqə qaliblərinin
rəsm və əl işlərinə baxış keçirilib.
Qeyd edək
ki, "Şuşa İli"nə həsr olunmuş festival-müsabiqəyə
respublikada fəaliyyət
göstərən ümumtəhsil
məktəbləri, lisey
və gimnaziyaların
(incəsənət yönümlü
ümumtəhsil müəssisələri
istisna olmaqla) istedadlı şagirdləri
arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 4 nominasiya - ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət
üzrə keçirilən
müsabiqəyə ümumilikdə
10 mindən çox istedadlı şagird qatılıb. Müsabiqənin
təşkilində məqsəd
uşaq və gəncləri Qarabağın
Azərbaycan mədəniyyəti,
tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə
və adət-ənənələrimizə
hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək
olub. Həmçinin, incəsənət və mədəniyyətin
ayrı-ayrı növləri
üzrə istedadları
üzə çıxarmaq
və yaradıcılıq
qabiliyyətlərini inkişaf
etdirmək, təhsilalanları
vətənpərvərlik, torpağa, dövlət rəmzlərinə, tariximizə
hörmət ruhunda tərbiyə etmək, məktəblilərin asudə
vaxtlarını təmin
etmək məqsədlər
sırasındadır.
Bu mötəbər tədbirdə
iştirak edən şəhid övladları
arasında Şuşa
fatehi, şəhid
mayor Emin Süleymanovun
yadigarları Bəhmən
və Emilya Süleymanovlar da vardı. 15 yaşlı
Bəhmən və 14
yaşlı Emilya ilk dəfə idi ki, atalarının şəhid olduğu torpağa-Şuşaya ayaq
basırdılar. Bu, onlar
üçün nə
qədər qürurverici
olsa da, atalarının yoxluğunun
hüznü gözlərindən
bir an da
olsun çəkilməyib.
Belə bir müqəddəs səfərdən
dönən məktəblilərlə
görüşüb Şuşa səfərinin,
bu möhtəşəm
tədbirin yaddaşlarındakı
və duyğularındakı
izindən söhbət
açdıq. Bəhmən
danışır:
"Şuşa mənim
atamın şəhadətə
ucaldığı yerdir. O, noyabrın
9-da, qələbəyə sadəcə saatlar qalmış Şuşa
uğrunda gedən döyüşlər nəticəsində
şəhid olub. Əlbəttə, bir övlad
üçün atasını
itirmək ən ağır duyğulardan biridir. Ancaq biz bu kədərlə,
hüznlə bərabər,
həm də hər zaman atamızla fəxr edib, qürur duymuşuq. Çünki bizim atamız
məhz torpaqlarımız
uğrunda, 30 illik Qarabağ həsrətimiz
uğrunda canından keçib. O, hər zaman vətənini, millətini, Qarabağı
düşünən bir
zabit olub və bizə də hələ uşaq yaşlarımızdan
bu sevgini, bu hissləri aşılayıb.
Şuşaya gedərkən də içimdə nə qədər ata həsrəti, onun yoxluğunun qəlbimdəki
hüznü olsa da, həm də
qürurluydum. Çünki bu gün əgər
mən və mənim kimi yüzlərlə, minlərlə
azərbaycanlı Şuşaya
gedə bilirsə, orda əzəmətli himnimiz səslənir, şanlı bayrağımız
dalğalanırsa, bütün
bunlar atam mayor Emin Süleymanov və onun kimi
üç minə yaxın şəhidimizin,
minlərlə qazi və müharibə iştirakçılarımızın sayəsindədir. Mənim atam
da məhz bu uğurda canından keçdi.
Şuşa haqqında çox eşitmişdim, oxumuşdum,
şəkillərdə, videolarda
görmüşdüm. Amma onun bu qədər
möhtəşəm, bu
qədər gözəl
ola biləcəyini
düşünməzdim. Şuşa, doğrudan
da, həm havası, həm mənzərəsi, həm
də coğrafi mövqeyiylə bənzərsiz
şəhərdir.
Bu ecazkar şəhərə
uşaqlığımızdan bəri bizə Şuşa haqqında
danışan atamla getməyi daha çox istərdim, əlbəttə. Əminəm ki, atamla bu
səfərimiz çox
gözəl və unudulmaz olardı. Heyf ki, qismət olmadı.
Biz Şuşaya mayın
31-də getdik. Elə həmin gün
axşam şəhəri
gəzməyə çıxdıq.
Xan qızı Natəvanın evi və bulağı, Bülbülün ev muzeyi, Vaqifin məqbərəsi, Şuşa
qalası və sair kimi tarixi
tikililərlə yanaşı,
Şuşanın qədimi
küçələri, bir
zamanlar soydaşlarımızın
yaşadığı, sonra
isə düşmən
tərəfindən dağıdılmış
binalar, evlər, tikililər insanı sanki zamanda səyahətə
səsləyir.
Biz orda bir musiqi məktəbi gördük, tamam dağılmışdı, uçuq-sökük
divarları qalmışdı. İçində bir neçə piano da vardı. Ondan başa düşülürdü
ki, bura nə vaxtsa musiqi məktəbi olub. Onu görəndə bir az da düşmənə nifrətim
artdı. Onlar təkcə insana,
ölkəyə deyil,
daşa, torpağa, mədəniyyətə, musiqiyə
də qənim kəsiliblər.
Şuşanın havasından da danışa bilərəm. Bu, sanki bir möcüzə
idi. Cıdır düzünün tərtəmiz havasında
insanın ciyərləri
oksigenlə dolur.
Mən hələ bu qədər təmiz hava ilə nəfəs
almamışdım. Cıdır düzü
çox gözəldir.
Hər tərəfdən meşələrlə
əhatələnmiş qayalıqlar
sanki əzəmət
simvoludur. Biləndə ki, bizim şəhidlərimiz,
hərbçilərimiz məhz
bu qayalardan dırmaşaraq min bir zəhmətlə Şuşanı
əsirlikdən xilas ediblər qürurlanmamaq mümkün deyil.
Biz həm də gördük ki, Şuşanın az qala hər
yerində təmir, yenidənquruculuq işləri
gedir. Dağıdılmış binaların bərpası
həyata keçirilir.
Bəzi binaların üstündə şəhidlərimizin,
Şuşa uğrunda döyüşmüş
hərbçilərimizin adları
vardı. Biz də
şəhid övladları
olaraq öz atalarımızın adını
yazdıq həmin divarların üstünə.
Bu gün atalarımız
oraya gedə bilməsələr də,
biz onların davamçıları
olaraq onların varlıqlarını, adlarını
Şuşaya apardıq".
Şəhid mayorumuzun qızı Emilya da Şuşadan
kövrək və unudulmaz hisslərlə qayıdıb. O deyir: "Əgər biz əvvəllər
atamızın yoxluğuna
daha çox üzülür və heyfslənirdiksə, indi onun hansı amal uğrunda özünü fəda etdiyini görüb daha çox qürurlandıq, mayor Emin Süleymanovun övladları olduğumuz
üçün fəxr
elədik. Sanki indi daha çox
anlayırıq ki, bizim atamız hədər yerə canından olmadı.
Biz səbəbsiz yerə atasız qalmadıq. Bu sayədə bizim vətənimiz, torpağımız
azad olundu".
Qəhrəman şəhidimizin yadigarları
bu səfərdən özləriylə Şuşa torpağı
da gətiriblər. Deyirlər ki, atalarının şəhid olduğu torpağı həm özlərində saxlayacaq,
həm də onun məzarına aparacaqlar.
Bəhmənin bir arzusu da böyüyəndən
sonra Şuşada ev sahibi
olmaq, orada yaşamaqdır.
Fikrimcə, tək qəhrəman şəhidlərimiz, hərbçilərimiz
deyil, həm də onların məğrur ailələri,
atasız qalan övladlarıdır. O övladlar ki, bu gün
atasızlıq olmaqlarına
rəğmən, torpağın
azadlığına, xalqın
qələbəsinə qürurlana,
sevinə bilirlər.
O övladlar ki, atalarının yoxluğu
onların içərisində
mərhəmət, vətən
sevgisi, torpaq məhəbbəti, xalq təəssübü kimi
duyğuları oyadıb
və onlar bu gün qəhrəman
atalarının adlarına
layiq şəkildə
başıdik, alnıaçıq
yaşayır, şəhidlərinin
adını yaşadırlar.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yadigarlarına uzun və sağlam
ömür arzu edirik!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2022.- 18 iyun.- S.24.