Brus Li: ölümsüzləşmiş döyüş sənəti ustası  

 

 

Brus Linin ölümü ilə bağlı bu illər ərzindən müxtəlif fərqli  ehtimallar  irəli sürülüb. Rəsmi olaraq göstərilən səbəb isə onun baş ağrısı üçün qəbul etdiyi həbin orqanizmində allergiya effekti yaratması nəticəsində ölməsi idi. Amma əslində, gerçək səbəb budurmu?

Brus Li 27 noyabr 1940-cı ildə San Fransiskoda anadan olub. Amma deyə bilərəm ki, bu onun həyatının ən maraqsız faktıdır.

Linin şöhrət qazandığı bir dövrdə Çinin böyük mafiya qruplaşmaları çox insanın başına pul üçün problem açırdı. Brus Li həmin qruplardan birinin qəzəbinə tuş gələnlərdən idi. Onun şöhrətinin fərqinə varan mafiya qruplaşması ondan xərac tələb etdi. Li isə bunları qəbul etməmək bir qırağa, hətta onları təhqir etmiş, sonacan mübarizə aparacağına and içmişdi.

Bu məsələyə şahid olanlardan birinin dedikləri qəribədir: "Həmin mafiya qruplaşması Brus Liyə bir çox istəklərlə yaxınlaşmağa başladı. Onlar Lini psixoloji fiziki təhdid edirdilər. Bunların içərisində, şübhəsiz ki, ölüm təhdidləri vardı".

Bildiyimiz kimi, Brus Li öz filmlərində bir çox siyasi mesajlar verirdi. Li çəkdiyi filmlərin birində bu dəfə mafiya qruplaşmalarını xeyli qəzəbləndirmişdi. Bununla birlikdə onlara xərac verir, istədiklərini edirdi. İstədiklərini ala bilmədiyindən dəli olan yeraltı dünyasının nümayəndələri üçün edəcək son şey qalmışdı.

Brus Li "Ölüm oyunu" adlı film üstündə işləyirdi. Bu film ərsəyə gəldikdən sonra təqdim olundu təqdimatdan az sonra Brus Li baş ağrısı səbəbi ilə həb qəbul etdi. Yaxın dostu onu yuxudan oyatmaq üçün gələndə Linin ona cavab vermədiyini gördü. Qəribədir ki, dostu təcili tibbi yardım çağırmaq yerinə, evə həkim dəvət etdi. Həkim gələndə isə artıq işdən keçmişdi. Bundan hələ bir saat sonra təcili tibbi yardım çağırıldı bütün çabalara rəğmən Lini həyata qaytarmaq mümkün olmadı.

Fikrimcə, bütün bu olanlarda bəzi qəribə nöqtələr vardı Linin ailəsi onun öldüyünü yox, öldürüldüyünü düşünürdü. Bəli, bəlkə evə gələn həkimdən tutmuş, ölüm səbəbini sadəcə qəza kimi göstərən təbibə kimi hər şey öncədən planlanmışdı. Başqa bir həkimə görə, Liyə verilən qəribə tərkibli bir dərman vardı. Həmin dərman onun beyin damarlarının tutulmasına yol açmış beynində yaranan daxili şiş səbəbindən həyatını itirmişdi. Amma sonradan gələn bəlkə təhdid olunan bir həkim dəlilləri ustalıqla yox edərək, onun təbii şəkildə öldüyünü göstərmişdi.

 

Çin mafiyası Brus Liyə bunun bədəlini ödətdirmiş ola bilərdimi?

Bu, əlbəttə ki, sadəcə bir ehtimaldır, fəqət bunun gerçək olduğuna inananların başqa bir şahidi daha var. O da Brus Linin tək oğlu Brandon Lidir.

Şöhrət pilləkənlərini atası kimi bir-bir çıxdığından o da mafiya qruplaşmaları üçün təhdid hesab olunurdu. Bütün mafiya qrupları və yeraltı dünyanın nümayəndələri Brandon Liyə kin saxlamağa başlamışdılar. Çünki o, nifrət etdikləri Brus Linin oğlu idi. Nə təsadüfdür ki, özünün ilk filmi olan "Ölümsüz eşq" filmində rol alarkən qəza ilə vurulduqan itirdiyinə görə həyatını itirdi. İşin qəribə tərəfi odur ki, silahla vurulacağı bir səhnədə silahın gerçəkçi görünməsi üçün Brandon Linin öz istəyi ilə həqiqi silahdan istifadə olunmuşdu.

Bunlara təsadüf deyə bilərsiniz. Amma onu sevənlərin inandıqları reallıq budur. Bütün bu olanlara baxanda mən baş verənlərin heç də təsadüfi olmadığı, şöhrət və sərvət kimi intiqam hissininatadan oğula keçdiyi qənaətindəyəm. Söhbət döyüş sənəti ustası Brus Lidən gedirsə, bu qənaətim birə-beş artır.

 

 

El ROMAN

 

525-ci qəzet.- 2022.- 21 iyun.- S.16.