Kamal Abdullanın "LaokoonLaokoon" romanı Almaniyada nəşr edilib

 

Xalq yazıçısı Kamal Abdullanın "Laokoon... Laokoon" romanı Almaniyada nəşr olunub. Bu haqda məlumatı kitabın redaktoru, Almaniyada yaşayan yazıçı-tərcüməçi Orxan Aras verib. O bildirib ki, romanı alman dilinə türkoloq Karl Hermann Keyhlin tərcümə edib.

 

Almaniyanın "Pem" nəşriyyatı tərəfindən çap olunan kitab "Amazon" "Thalia" kimi böyük internet satış saytlarında oxuculara belə təqdim edilib: "Laokoon ya roman kimi roman. Alman oxucuları ustad yazıçı Kamal Abdullanı "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox" əsərlərindən tanıyırlar. Bu əsərdə o, oxucuları indiki vaxtdan götürərək mifoloji səyahətə aparır. Romanda keşiş Laokoon troyalılar tərəfindən ciddi qəbul edilmədiyi üçün onların müharibədəki məğlubiyyəti bu günə qədər gətirilir. Vaqifin sevgilisi Firəngiz isə az qala Dədə Qorqud dastanının qəhrəmanı Banuçiçəklə eyni aqibəti yaşayacaq. Əsrlərin süzgəcindən keçmiş sevgi, qısqanclıq nifrət hisslərinin paralelləri romanda ustalıqla işlənib. Əsərləri rus, türk, ingilis, italyan, yapon, fransız, ispan, polyak, portuqal sair dillərdə nəşr olunan ustad yazıçı Kamal Abdulla son romanı ilə oxucuların rəğbətini qazanıb".

Orxan Aras əlavə edib ki, "Laokoon... Laokoon" kitabının təqdimatı üçün yazıçının Almaniyaya səfəri planlaşdırılır.

Qeyd edək ki, Orxan Aras romanı türkcəyə çevirib. Kitab yaxın vaxtlarda Türkiyədə nəşr olunacaq.

 

525-ci qəzet.- 2022.- 21 iyun.- S.9.