SƏNSİZ
Daha nə saat var, nə gün sabaha,
Sındı ümidimin ən şaxı sənsiz.
Çəkmərəm gözümü yerdən ölüncə,
Neynirəm o "bəri bir bax"ı sənsiz?
Çıxanda bildim ki, canım can deyil,
Tanrının bəlası məndən
yan deyil.
Mənim
ki əllərim evyıxan deyil,
Qəlbimdə batdı ey, "Şamaxı" sənsiz.
Adamın
düşdüyü qızıl
qandı eşq,
Varmı amanı eşq, varmı andı eşq?!
Elə hamı deyir yaşadandı eşq,
Mən niyə
ölürəm bəs
axı, sənsiz.
BU BİR BAŞQA PAYIZ
Heç
nə istəmirəm
dünyadan daha,
Nə zər qazandığı,
nə ləl tapdığı...
Bir də gələcəkmi belə bir payız,
Adamın özünü xəzəl
tapdığı?
Ən gözəl bəstədir
yaylım atəşi,
Qəmli nəğmələrin keçdim
pəsindən.
Əzəl də torpaqdı,
son da torpaqdı,
Anladım həyatın fəlsəfəsindən.
Kölgəsi özünə dönənlər
bilər,
Nə zaman paklaşıb olur pir adam.
Ölmüşdü, şəklimi yerdən götürdüm,
Qorxma, döyüşlərdə dirilir
adam.
Düşüb yarpaq-yarpaq sevdim
yağmağı,
İndi taleyin də hökmü qətidir.
Torpaqdan
güvəncli nə var ki, canım,
Göyə can atdığım ruh söhbətidir.
Ah, elə rahatdır bu son payızda,
Ağlamaz ürəyim qızıl qan daha.
Torpaq ki qayıtdı özünə, bəsdi,
Heç nə istəmirəm dünyadan daha.
SON FƏSİL
Keçdi sarılığın qızılı dövrü,
Sinsi payız
da var bu
xəstəlikdə.
Aparır
özünü keçmişə
adam,
Rezin çəkələkdə,
əzgil çəlikdə.
Xəzəl tək tökülür
əynindən ömür,
Nimdaş libasıdır yolun xəfif qar.
Arada dayanıb öskürür
asta,
Gəlir sinəsinə soyuq hava dar.
Xırda
addımları aram və titrək,
Bəlkə son aranı qət edir amma.
Kimdən
soruşursan, hardadır
qoca,
Gələcək, deyirlər, o gedir
amma...
Acıdan
o yana nə
var həyatda,
Bu şirin zəhərə bal qatan olmur.
Ha qaçdı, çatmadı
azadlığına,
Nədənsə arzular əlçatan olmur.
Hamı
havasından bir az üşüyür,
Dumana düşənin
yolu sis imiş.
Gözü də yaşlıdır,
özü də adam,
Ahıl ağrımağı daha
pis imiş.
Bu gün var, sabah yox ayaq izləri,
Dəyişməz dünyanın nizamı, tövrü.
Üzü ağarmağa gedir
dan yeri,
Keçir sarılığın qızılı dövrü...
SÜKUTUN SƏSİ
Susmaq da olmur...
bu boyda yalanın içində susmaq!
Özünü haqq sayır hərə bir cürə...
Bütün xəlvətlərin sirri oldu ağ,
Tülkü bir cürədir, dərə bir cürə.
Tutmağa şüa yox...
Biz günəş görmədik
hər yeni gündən,
Doğru yox, xəyaldır, yalan var qədər.
Yaxınlar baxdıqca düşür
gözündən,
Heç nə doğma deyil uzaqlar qədər.
Hər şeydən keçib ey...
Demə
xeyir ola,
dörd yanımız
şər,
Arxamca atmağa bir dolça pəl tap.
Çıxsa uğuruna ikiüzlülər,
Çalış bir salamlıq ovcunda əl tap.
Tanrıya and olsun...
Çoxdan dində batıb
möminin lökü,
Daha həyat dadmır bu səhra demək...
Adamın
dilinin gicişir kökü,
Çox vaxt zərərlidir dilotu yemək.
Qapı-bacası yox..
Bu neçə kümədir,
bu hansı kümdür,
Boz ip yamadılar yolun çatına.
Bütün edamların sonu
ölümdür,
Mən daha baxmıram qum saatına.
Yox, daha getmirəm...
Heç
vaxt uzaqlara çatmaq olmur ey,
Başıma yol qəhət, ayağıma dar.
Daha gözdən düşüb
dünyada hər şey,
Hələ söyləməyə bir sözüm də var...
Susmaq da olmur...
BİR QOŞMA
Məndən inciyəndə üzü
yazaydı,
Nəsimin nəfəsi təzə gəlirdi.
Budaqlar astadan çivildəşirdi,
Puçurlar çatlayıb səsə
gəlirdi.
Düşmüşdü könlümə
üzünün xalı,
O gün nə adnaydı, nə də ki, salı.
Dilim titrəyirdi yarpız misalı,
Küləklər qarşıma əsə gəlirdi.
Dedin:
"Mən salamat, səni də qal sağ...
Kimdi bəxti qara, kimdi günü ağ?...
Üstümə yeriyən, yox, deyildi dağ,
İntizar adında nəsə gəlirdi.
Yol toza dönmüşdü,
göz ovuşana,
Yanğı bənzəmirdi qəlb sovuşana.
Mən uzaq gedirdim suqovuşana,
Ayrılıq arxamca kəsə gəlirdi.
ÖYÜD
Olmur ey hər işi
tərsinə tutmaq,
Sürüşür əllərin avand yerindən.
Ovcunu islatma tüpürcəyinlə,
Ağzında quruyar su and yerindən.
Son vaxtlar turş olur barı
zəhmətin,
Yetir mənfəəti
dodaq büzməyə.
Üzülər əməyi suya
dönənlər,
Yaramaz bu yerdə sular üzməyə.
Burax da başını baş sındırmağın...
Ümid qırıqlığı yaşamaq
pisdir.
Bəxt
qara gələndə
üzə dirənmə,
Salarlar adamı gözü ağ,- pisdir.
Arzular dalınca qoşmaqdan keçib,
Quruyan huşuna
yaş keçə yama.
Hələ yıxılası çox
ağac qalıb,
Ağlın kəsməyənə balta
qovzama.
Hər kəs üz çevirər haqq bildiyindən,
Adamın kürəkdən vurulan vaxtı.
Dizlərin şumlayar yeri düzünə,
Qolların tərsinə burulan vaxtı.
Asandır baş əymək
əyriliklərə,
Çoxdan keçilməyir halallıq
dərsi.
Qismət
üz çevirsə,
çətindir, çətin
Düz yola gətirmək tərs oğlu tərsi.
Yola getməməyin bircə yolu var,
Düzdümü, əyrimi?.. Yolu unutmaq!
Tərsinə teorem isbat edərsən,
Olmur ey hər işi tərsinə tutmaq.
ÜZÜNTÜ
Biz vətən demişik üzüsoyuğa,
Çox rahat yolu var
unudulmağın.
Ömür tükəndisə mənzilbaşıdır,
Küsdü bələdçisi görünən
dağın.
Küsdü bələdçisi görünən dağın,
Tanımaz tərs düşən bərələr məni.
Qəbir
sükutu var quru vadidə,
Unutdu şırhaşır
dərələr məni.
Unutdu şırhaşır dərələr
məni,
Bir içim
suya da çatmaz
əllərim.
Mən daha çökürəm
sarı payıza,
Yolun sığalına
yatmaz əllərim.
Yolun sığalına yatmaz əllərim,
Ovcun qırışları
nə dərin imiş.
Ürəkdən getməkdir ən
gözəl gediş,
Mənə "gəl-gəl" deyən
əllərin imiş.
Mənə "gəl-gəl" deyən əllərin imiş,
Boynumun ardında
səs, qayıtmaram.
Biz vətən demişik üzüsoyuğa,
Məndən əllərini kəs,
qayıtmaram...
ADAMALDATMA
Elə üşüyürdü ocaqda
atəş,
Kösövdə soyuğu tər aldadırdı.
Koru keçirməyə körpü
adına,
Qayıb fərasəti fər aldadırdı.
Elə haqq deyilir, nə qaldı haqda?!
Ən gözəl
çirkindir ən üzü saxta.
Dünya
çox cığaldı
qoşalamaqda,
Oyun uduzanı
zər aldadırdı.
Əsdirmə əlində köhnə
toru çox,
Çoxdu, bu dünyanın
çoxdu zoru, çox,
Çəkdi qabağına maşa
qoru çox,
Tüstü yelpik ilə pər aldadırdı.
Daha mey-məzədə qalmadı
lağlıq,
Qarada siyahlıq, bəyazda ağlıq...
İçki məclisində deyilən
sağlıq,
Sərxoşun canında çər aldadırdı.
Baxma, kim nə
susur, bax, kim nə deyir,
Axmaqlar adamın
ağlını yeyir.
Kimsə
söyləyirdi, sabahın
xeyir,
Axşamdı, kimisə şər aldadırdı.
ÖZ ƏLİM, ÖZ
ƏMƏLİM
Özüməm, əlimdir, bir də əməlim,
Bir az gileyimin
üzü sərt olub.
Axı mən bilirəm, nə düzdü, nə səhv,
Özümə öz əlim, düzü, dərd olub.
Dünyanı atəşə yaxmağa
nə var,
Düşər bir zəmiyə köz öz əlimdən.
Hamıdan qurtula bilərəm,
amma
Qurtula bilmərəm
öz, öz əlindən.
Hər şərə ütülü
söz demək ayıb,
Keçər yeddi qatı kefin cod dili.
Hərdən alovda da olur mey dadı,
Vaxt olur çiyələk dadır od
dili.
Bir də baxıram ki, yanır əllərim,
Dirsəkdən aşağı elə köpüşür.
Sonra ürəyimə vurur ağrısı,
Sonra nə dərdi var canıma düşür.
Atəşi sevənə nə
bahar, nə qış,
Külə od ələ ki, tüstünə gəlim.
Adamı
tərk edir bir gün dost-tanış...
və sona qalan
Özüməm, əlimdir, bir də əməlim.
ÜRƏK SÖHBƏTİ
Ürəyini demirəm, əsmədədir
bir ömür,
İndi necə ayırım saçından küləkləri?
O tale deyilən də bir az cığal, bir az kür,
Tanrı əzab çəkməyə
yaradıbdır təkləri.
Aldanışlar kefimə elə
acı sıxır ki,
Canımdan can qoparır çor
deyəndə can o söz.
Axır
vaxtlar yaddaşım elə namərd çıxır ki,
Hər nəsə tanış
gəlir sevgi adlanan o söz.
Mən daha yalanlara aldanmıram,- ən pisi...
Bəzən adam heç kimin haqqına qıya bilmir.
Köksümdə susub qaldı nəğmələrin incisi,
Ürəyim keyləşəndən daha
ağrıya bilmir.
Süleyman Abdulla
525-ci qəzet.- 2022.- 22 iyun.- S.23.