Malayziyada Şuşa
sərgisi
Malayziyada Azərbaycanın mədəniyyət
incisi sayılan Şuşanın 270 illiyinə
həsr olunan fotosərgi təşkil edilib. AZƏRTAC xəbər verir ki, Selanqor
ştatının Petaling
Jaya şəhərində açılan fotosərgi
Azərbaycanın Malayziyadakı
səfirliyinin təşəbbüsü
və dəstəyi, Petaling Jaya Şəhər
Şurasının ev sahibliyi ilə təşkil olunub. Sərgi Petaling Jaya İctimai
Kitabxana Kompleksində
yerli sakinlərə və şəhərin xarici qonaqlarına təqdim edilib.
Təntənəli açılış mərasimində Petaling
Jaya Şəhər Şurasının
sədri Tuan Mohamad Azhan, Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov, mətbuat işçiləri,
yerli ictimaiyyətin nümayəndələri iştirak
ediblər.
Şəhər şurasının sədri
M.Azhan qonaqları salamlayaraq, belə bir nəcib təşəbbüsə ev sahibliyi etməkdən məmnun olduqlarını, Azərbaycan
və Malayziya xalqları arasında dostluq və qarşılıqlı etimada
söykənən mehriban
münasibətlərin əhəmiyyətini
qeyd edib. M.Azhan dünyanın müxtəlif
qitə və ölkələrində yaşayan
xalqlar arasında əməkdaşlıq münasibətlərinin
genişləndirilməsində mədəni-humanitar sahənin
müstəsna rol oynadığını vurğulayaraq,
fəaliyyətə başlayan
sərginin də belə bir məqsədə
xidmət etdiyini nəzərə çatdırıb.
Səfir İ.Davudov mehriban qonaqpərvərliyə görə
şəhər şurasının
sədri M.Azhana təşəkkür edərək,
belə birgə tədbirin keçirilməsinin
əlamətdar hadisə
olduğunu bildirib. Azərbaycan
tarixində və mədəniyyətində əvəzsiz
yeri olan Şuşa şəhərinin
əsasının qoyulmasının
270 illiyi ilə əlaqədar Azərbaycan
Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı
ilə bu ilin Azərbaycanda "Şuşa İli" kimi qeyd olunduğunu
vurğulayıb. Azərbaycanlı
diplomat Şuşa daxil
olmaqla, tarixi Azərbaycan torpaqlarının
20 faizinin 30 ilə yaxın erməni işğalında qaldığını,
2020-ci ildə xalqımızın
Müzəffər Ali Baş
Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
əsgərinin 44 gün
davam edən şanlı Vətən müharibəsində torpaqlarımızı
azad etdiyini söyləyib.
Azərbaycan tarixində artıq yeni səhifənin açıldığını bildirən İ.Davudov bu gün Şuşa və işğaldan azad edilmiş digər ərazilərdə intensiv bərpa-quruculuq işlərinin getdiyini, işğal nəticəsində vəhşicəsinə dağıdılmış şəhər, rayon və kəndlərimizin yeni və daha gözəl şəkildə həyata qayıtmağa başladığını nəzərə çatdırıb. Diplomat qeyd edib ki, bu gün yaralarını unutmağa çalışan Şuşa təkcə ölkədə deyil, geniş regionda mötəbər elmi, ictimai və mədəni tədbirlərin ev sahibinə çevrilib. Şuşaya həsr edilmiş foto-sərginin Petaling Jaya sakinlərində və şəhərin qonaqlarında Azərbaycanın tərəqqi və sülh uğrunda ardıcıl səylər göstərən yeni dövrü barədə geniş təəssürat yaradacağına inandığını söyləyib.
Tədbirdə çıxış edən "Utusan Malaysia" qəzetinin əməkdaşı Thaqib Şaker cari ilin fevralında Şuşaya səfəri barədə məlumat verib, səfər təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.
Çıxışlardan sonra başlayan bədii hissədə Petaling Jaya Şəhər Şurasının nəzdində fəaliyyət göstərən incəsənət truppası Malayziyanın milli musiqi və rəqslərindən nümunələr nümayiş etdirib.
Bədii hissədən sonra
səfir İ.Davudov, Petaling
Jaya Şəhər Şurasının sədri
M.Azhan və digər tədbir
iştirakçıları sərgiyə baxış
keçiriblər.
525-ci qəzet.- 2022.- 22 iyun.- S.13.