Şeirin günəşi, sultanı, həm
xanı qəzəldir,
Könül evinin sevimli mehmanı qəzəldir.
Udda dil açar, nalə çəkər tarda, kamanda
Muğam oduna yandıran insanı qəzəldir.
Sözdür ağılın ölçüsü,
söz güclü silahdır,
Əql ilə sözün vəhdəti,
ünvanı qəzəldir.
Uydum adına, bəxtimə
gün doğdu sevindim,
Sandım ürəyin çarəsi,
dərmanı qəzəldir.
Çox
vaxt gecələr nazlı gözəl tək məni tovlar
Ruhla qovuşan
ömrümün hər
anı qəzəldir.
Tahir, elə söz söylə ki, hər kəs duya bilsin
Ustad eləyən
şair, qəzəlxanı
qəzəldir.
lll
Bu dünyanın cəfasını dərdi duyub çəkən bilər
Gözlərini halallığa, həqiqətə
dikən bilər.
Vətəndaşlıq dəyərini xalq
yolunda can qoyanlar
Vətən üçün, millət
üçün, öz
qanını tökən
bilər.
Kişiliyin, insanlığın, azadlığın
mənasını
Qartal kimi zirvələrə, qanad açıb səkən bilər
Zəhmət, hörmət, alın
təri, haqq-ədalət
nemət nədir
Bunu torpaq sevgisiylə biçən
bilər, əkən bilər.
Namərd,
nadan, evlər yıxan, aqil, arif, igid kimdir
Düşməninin kürəyini, yerə vurub bükən bilər.
Tahir, könül
rübabını sevənlərin
üzünə aç
Xalq ruhunu,
el qədrini quran bilər, tikən bilər.
lll
Ey təbib, bağrımı
yar, ruhu götür canımdan,
Bəlkə eşqin bəlası
xaric ola
qanımdan.
Həsrəti darə çəkib,
qəlbimi bəlkə
görəsən
Xəbərin yoxmu sənin ah ilə əfqanımdan?
Cismimin od-alovu bihal edərkən çoxunu
Bəs nədən
nazlı yarım asta keçir yanımdan?
Mən ki, asudə idim, dərdi-kədər bilməzdim,
Həyatım döndü tamam eşqə düşən
anımdan.
Sevilib-sevmək üçün bizi
yaratmış yaradan
Şikayət eyləmərəm heç
vaxt yaradanımdan.
Dilbərin işvə-nazı ömrüm
üçündür duyuram,
Tahirəm zərrə belə dönmərəm peymanımdan.
lll
Hal tutub əhvalıma yanmayır yarım zərrəcə,
Azalmır ah-amanım, dərdi-qübarım
zərrəcə.
Gül açıb,
bülbül gülür,
gəlmir nigarım neyləyim?
Könlümə zövq verməyir bağım-baharım zərrəcə.
Bəxtimə qarə deyib, bəd taleyimdən küsmüşəm,
Qalmayıb cismimdə can, səbri-qərarım zərrəcə.
Ey məni xəlq eyləyən Tanrım, acı əhvalıma
Tablaram yar seyrinə düşsə
güzarım zərrəcə.
Nə vaxtdır könlüm, gözüm möhtac qalıbdır yollara
Çatmayır imdadıma dövlətim-varım
zərrəcə.
Tahirəm, eşqə, sözə
vurğundur qəlbim,
anla ki,
Başqa bir yol seçməyə
yox ixtiyarım zərrəcə.
lll
Ey təbib, candan çıxan bu cana dərman
varmı, de?
Eşq odunda yanmağa dübarə güman varmı, de?
Etibar, ülfət, məhəbbət
aşiqin dərmanıdır
Zülm edən, qanlar tökən insanda iman varmı, de?
Yol kəsən, evlər yıxan binəva, nadan kəslərə
İnsanı incitməyə Tanrıdan
fərman varmı, de?
Dünyanı viran qoyanlar cənnətin eşqindədir
Cənnətdə yer almağa onlar da imkan
varmı, de?
Vətənə sadiqlərə doğma
eldən, yurddan özgə
Üz tutub,
can qoymağa bir başqa ünvan varmı, de?
Torpağın, xalqın, elin,
yarım, sənin vurğununam
Tahiri siz tək duyan sevimli bir can varmı, de?
lll
Heyrətdə idim qəlbimi yar aldı sevindim
Möhnətdə idim qəlbimi yar aldı sevindim.
Hicran odunu dərdimə dərman eləyirdim
Şəhvətdə idim qəlbimi yar aldı sevindim.
Qol-boyun
olub sevgili xəyallarım ilə
Söhbətdə idim qəlbimi yar aldı sevindim.
Eşqi,
vəfanı pula satan kəslərə
kəsgin
Nifrətdə idim qəlbimi yar aldı sevindim.
Könlüm quşu avaz ilə uçdu qəfəsindən
Qürbətdə idim qəlbimi yar aldı sevindim.
Sən də yuxunu yaxşıya yoz, Tahirə söylə:
"Cənnətdə idim qəlbimi yar aldı sevindim".
lll
Ruh
gedib canan ilə, illərdir ki, can xəstədir,
Dərdimə etmir əlac, sanki həb, dərman xəstədir.
Nə qədər səy etdilər duymadı bir kəs halımı
Ya
mənəm nəalac qalan, ya da
ki, loğman xəstədir.
Ağaclar vaxtsız tökərsə
barını, bil, anla ki,
Onlara can-can deyən
qayğıkeş bağban
xəstədir.
Kim ki, eşq, ülfət,
məhəbbət əhlinə
əl tutmayır
Anlamır sevgi, həyat, inan o insan xəstədir.
Sevgisiz,
eşqsiz qalıb, böhran tutubdur dünyanı
Qan-qada tüğyan
edir, can gedir, dövran xəstədir.
Vaxt keçir, siz yarıma ərz eyləyin əhvalımi
Tahirə salsın nəzər, bilsin qəzəlxan xəstədir.
lll
Nə imiş eşqi bəla, gəldi havasın gördüm
Eşq ilə dərdi-sərin qəlbdə
davasın gördüm.
Aşiqi
Məcnun edən çöllərə tutdum
üzümü
Leylinin yaşlı
gözün, ahı-nəvasın
gördüm.
Haraya düşdü yolum yarına canım verənin
Ürəkdə etibarın, dildə duasın gördüm.
Sevilib-sevməyimə heç zaman peşman deyiləm
Çoxda ki, sevdiyimin cövri-cəfasın gördüm.
Axırı yar canını
canıma qurban etdi
Qoymadı darda məni əhdi-vəfasın gördüm.
Tahirin qəlbinə ruh, gözlərinə nur verdi
Sözünü cilvələdi zövqü-səfasın
gördüm.
lll
Bivəfalar nə bilir eşq ilə dərdin dəyərin,
Sənətin, xalqın, elin, torpağın, yurdun dəyərin.
Sədaqət, əhdi-vəfa zinətidir
insanın
Yaradan özü
verib arifin, mərdin dəyərin.
Ey təbib, rəhmə gəlib, qəlbimi bir an oxudun
Yaralı can-ciyərin axırı gördün dəyərin.
Yan keçib, şübhə
edirdin mənim aşiqliyimə
Eşqimin, atəşimin yaxşı
ki, verdin dəyərin.
Çox
bəla çəkdi
canın, şükür
elə Tahir beləcə
Barını, bəhrəsini toplayıb,
dərdin dəyərin.
lll
Üz tutub meyl eylədim
sevgili-canana tərəf,
O da saldı yolumu
qüsseyi-hicrana tərəf.
Gül üzündən nur alıb dünya gözəlləşdi, fəqət,
Salmadı zərrəcə nur mən olan ünvana
tərəf.
Gördülər odlanıram çoxları
tutdu üzünü
Mən kimi qəlbi yara, gözləri giryana tərəf.
Dedilər rəhmə gəlib
aşiqini bir qonaq et
O, baxıb güldü, fəqət, gəlmədi
mehmana tərəf.
Sınadı, gördü, eşitdi
andımı, ilqarımı
Gəldi qəlbin üzünü güldürən insana tərəf.
Tahirin əhdi budur: xalqıma etsin köməyin
Allahım tutsun üzün daim Azərbaycana tərəf.
lll
Dəyişib zövqün, halın,
sanki bu dövran kimisən,
Azalıb eşqin, odun, duydum nigaran kimisən.
Gözlərindən oxudum qəlbinə çökmüş
kədəri
Karvanı düzdə qalan qayğılı sarvan kimisən.
Mal-pula səcdə edib ömrünü verdin yelə sən
Vaxt ötüb,
gün dəyişib eşqdə peşiman kimisən.
Hanı
o qönçə dodaq,
işvəli süzgün
baxışın
Yoxdur ruhun, elə bil oxsuz
bir kaman kimisən.
Məni
qorxutdu halın, sözümə baxmır
ürəyim
Sanma ki, sən nəzərimdə
quru güman kimisən.
Tahiri dərdə salıb bağrını yarsan da, gülüm,
Sən onunçun
yenə də sevgili insan kimisən.
lll
Dərd
mənim, fərman sənin, ver dərdə adət etmişəm,
Dərd-səri həmdəm bilib sanma qəbahət etmişəm.
Həsrətin qəlb mülkümə
şövq ilə nurun saçdırar
Dərdimi cilalayıb var ilə dövlət etmişəm.
Ahımı-fəryadımı bir kimsə duymaz, anlamaz
Çünki hicran naləsin gizlində, xəlvət etmişəm.
Canımı eşqim üçün
qurbanlıq etdim, sanmayın
Taleyimdən bezmişəm, ömrə
xəyanət etmişəm.
Həsrətimlə, hicranımla fəxr edib, şad olmuşam,
Dərdlərimdən nəf edib halımı
babət etmişəm.
Tahirəm millət, vətən
xoşbəxtliyi, andım
üçün
Üzümü haqqa tutub hər
gün ibadət etmişəm.
lll
Ey könül, eşqin bəlasın aləmə
car etmə gəl
Döz yarın
hicranına, hər sirri aşkar etmə gəl.
Əhdinə, amalına sadiqliyindir
şöhrətin
Yan, yanıb kül
olmağından zərrəcə
ar etmə gəl.
Ah edib, dərd çəkməyindən əl
götürmə, anla
ki,
Dərd səni aşıq edib, bu dərdi
inkar etmə gəl.
Çoxları eşqindən ötrü
ömrünü qurban
edib,
Dərdinə dərman, təbib
yoxdursa dur, var etmə gəl.
Min dəfə cəhd eyləsən də, anlamazsan dərdimi,
Ey təbib,
dərman üçün
böylə çox israr etmə gəl.
Rəhm
eylə, ey dilbərim, candan çıxan canıma bax,
Tahirə
bir çarə tap, güldür onu, xar etmə gəl.
Tahir RZA
525-ci qəzet.- 2022.- 23 iyun.- S.15.