İanələrin qəbulunda şəffaflığı
artıran sistem
Azərbaycanda dini qurumlar ianə
edilmiş pul vəsaitlərini plastik
kart və elektron ödəmə sistemləri
vasitəsilə qəbul
edəcək. Bu, "Dini etiqad azadlığı
haqqında" qanunun
18-ci maddəsinə təklif
olunan dəyişiklik
layihəsində əksini
tapıb. Dəyişikliklə dini qurumlar könüllü
ianələr üçün
müraciət edə,
habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə
görə, ianələrin
elektron qaydada qəbul edilməsi ilə bağlı qaydalar hazırlanır:
"Məlum olduğu
kimi, "Dini etiqad azadlığı haqqında" qanunda edilən dəyişikliklərə
əsasən, dini qurumlar ianə vəsaitlərini plastik
kart və elektron ödəmə sistemləri
vasitəsilə qəbul
edə bilirlər. Dəyişikliyə görə, dini
qurumlar könüllü
ianələr üçün
müraciət edə,
habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcəklər. Hazırda
ianələrin elektron
qaydada qəbul edilməsi ilə bağlı qaydalar üzərində iş gedir. Bununla bağlı proses yekunlaşdıqdan sonra sözügedən qaydalar
barədə ictimaiyyətə
ətraflı məlumat
veriləcək".
Millət
vəkili Ceyhun Məmmədovun sözlərinə
əsasən, nəzirlər
onlayn qaydada yığıldıqdan sonra da nəzir qutuları ibadət ocaqlarında saxlanılacaq: "Bu gün
informasiya texnologiyaları
inkişaf edir. Bir sıra sahələrdə
onlayn ödəmələr
tətbiq olunur. Biz əslində ianələrin
onlayn ödənilməsində
bir qədər gecikmişik. Bu gün məscidə ianə etmək üçün vətəndaş
evindən çıxıb
məscidə getməlidir.
Amma nəzirlərin elektron qaydada ödənilməsi
ilə bağlı qaydalar hazırlandıqdan
sonra vətəndaş
evində oturaraq məscidə getmədən
onlayn formada ianəni köçürdə
biləcək. Hazırda hər
məscidin öz bank hesabı var. Həmin hesaba onlayn qaydada
köçürmək mümkündür".
C.Məmmədov bildirib ki, nəzir
qutularının tamamilə
yığışdırılması gündəmdə deyil. Onun sözlərinə görə,
kim məscidə
gedib orada nəzir və ianə etmək istəsə edə bilər: "Bu dünyanın
hər yerində var. Sadəcə burada nəzarət mexanizmləri
olmaldır. Türkiyənin istənilən məscidində
ianə etdikdə qəbzlər verilir.
Türkiyə bu qayda çoxdan tətbiq edib. Hətta kiçik məbləğlər
də verilərkən
qəbz verilir. Qəbzin biri vətəndaşda, digəri dini icmada qalır. Bu sənədə əsasən hesabat aparılır".
Millət vəkili hesab edir ki, ianələrin
onlayn qəbulu şəffaflığı artıracaq. Artıq məscidlərin
idarəçiliyi dövlətin
nəzarətinə keçib.
Kadr təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən
həyatabkeçirilir. Ona görə də şəffaflıq baxımından ianələrin
onlayn qəbul edilməsi çox yaxşı haldır:
"İanələrin onlayn
köçürülməsi toplanan vəsaitin hara sərf olunmasına olan şübhələri də
aradan qaldıracaq. Onlayn qaydada ianələrin toplanması insanlarda inam yaradacaq. Bu isə ibadət
ocaqlarına ianələrin
daha çox verilməsinə səbəb
olacaq. Gələcəkdə ianələr hesabına
dini icma və məscidlərin öz xərclərinin ödənilməsini həyata
keçirdə biləcək".
Millət vəkili vurğulayıb ki, ianələrin elektron qaydada toplanmasının uğursuz
olacağı barədə
fikirlər əsassızdır. Burada hər hansı çətinlik olmayacaq:
"Əgər 20-30 il
əvvəl kimsə desəydi ki, bütün ödənişlər
elektron qaydada həyata keçiriləcək,
insanlar təəccüblənərdi.
Amma elektron texnikanın inkişaf etdiyi bir dövrdə bunu mümkünsüz saymaq ancaq kiminsə
şəxsi maraqlarına
xidmət edə bilər. Həmçinin, ödənişin yalnız elektron qaydada qəbulundan söhbət getmir. İanələr elektron yolla
yanaşı, nağd
formada da qəbul ediləcək.
Kim istəsə məscidlərə gedib birbaşa ianə edə biləcək.
İanələrin onlayn
formada olmasında əsas məqsəd şəffaflığın, hesabatlılığın
təmin olunmasıdır:
Vətəndaşların müasir
qaydada nəzir ianə etməsi önəmlidir və buna şərait yaradılır. Burada məqsəd şəffaflığın,
hesabatlılığın təmin olunmasıdır.
Məscidlərdə nəzir qutularının
olması bütün
müsəlman ölkələrində
var. Lakin bunların hamısında xüsusi qəbzlər və çeklər verilir.
Ümumiyyətlə, nəzir qutuları
həm məscidlərin
maliyyələşdirilməsinə, onların maddi imkanlarının yaxşılaşdırılmasına
töhfə verəcək.
Həm də onlayn qaydada ianələr vətəndaşların inam
və etibarını
bərpa edəcək.
Adətən, suallar olurdu
ki, bu ianələr
harqa gedir? Bunlar hansı məqsədlə
istifadə olunur?
Artıq
bu, məsələyə
də aydınlıq gətiriləcək. Həmçinin bu, vəsaitlərdən imkansızlara, xəstə
insanlara, tələbələrə
vəsaitlər ayıra
bilərik. Bu da dünyanın əksər ölkələrində
çox geniş yayılmış metoddur.
Yəni,
bu gün dövlətlə bərabər
məscidlərin, ibadət
yerlərinin də bu prosesdə iştirakı çox önəmlidir. İnanırıq ki, Azərbaycanda bu istiqamətdə işlər müsbət məcrada inkişaf edəcək".
C.Məmmədov qeyd edib ki,
ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə
qəbulu təcrübəsindən
dünyanın əksər
ölkələrində istifadə
olunur. Türkiyədə
bu təcrübə geniş yayılıb:
"Qardaş ölkədə
Qurban bayramında vətəndaşlardan vəsait
onlayn qəbul edilir. Türkiyənin istənilən məscidində
ianə etdikdə qəbzlər verilir.
Türkiyə bunu çoxdan
tətbiq edib. Hətta kiçik məbləğlər
də verilərkən
qəbz verilir. Ona görə də Azərbaycanda da bu sahədə şəffaflıq və hesabatlılığın olması
yaxşıdır".
Millət
vəkili Azər Badamov bildirib ki, ianələrin onlayn şəkildə edilməsi müasir dövrün çağırışlarına
uyğundur və nağd şəkildə ianələrin edilməsi
də qadağan olunmur:"Texnoloji imkanların yaranması xidmətlərin onlayn şəkildə, yəni
nağdsız qaydada həyata keçirilməsinə
imkanlar genişləndirilib.
Məsələn, bir insan öz evində oturduğu yerdən və ya da
uzaqdan hər hansı ibadət yerinə könüllü
ianə etməyini arzulayır. Təklif olunan
qanun belə şəxslərin arzusunun
reallaşdırılmasına imkan yaradır. Həm də bu vaxta
qədər insanları
həmişə verdikləri
nəzirlərin taleyi
maraqlandırırdı. İbadət
yerlərinə ödənilən
nəzirlərin hansı
istiqamətdə xərcləndiyi
hamını düşündürürdü".
Millət
vəkilinin söylədiyinə
görə, qanunun qüvvəyə minməsindən
sonra ibadət yerlərində yığılacaq
ianələrin hesabatı
veriləcək:"Bura
həm nağd, həm də nağdsız ianələr
daxil olacaq. İanələrin xərclənməsi üçün də müəyyən istiqamətlər
müəyyənləşəcək və o istiqamətlərdə
sərf olunacaq. Məsələn, çoxlu ölkələrdə
yığılan ianələrin
bir hissəsini imkansız, kimsəsiz insanların təhsil almasına, xəstələrin
müalicəsinə dəstəyə
yönəldilir. Hətta imkansız
insanların dəfn xərclərinin qarşılanmasında
da dəstək göstərilir. Yəni, yığılan
ianələrin həcminin
müəyyən olunması
və xərclənməsinin
istiqamətləri bilinirsə,
insanlar daha çox ianə edə bilərlər.
Yəni,
ölkəmizdə Allahın
yolunda imkansız insanlara əl tutmaq adəti mövcuddur".
A.Badamov
əlavə edib ki, bu gün
yığılan ianələrin
taleyi məlum olmadığından insanlar
o qədər də könüllü ianələrə
maraqlı deyillər:"Qanunda bu məsələ
ilə təklif olunan dəyişiklik bu günə qədər mövcud qaranlıq məqamların
aradan qalxmasına və hesabatlılıq mühiti yaranmaqla şəffaflığın təmin
olunmasına töhfə
verəcək. İanələrin elektron qaydada ödənilməsinin tərəfdarıdır.
Onun fikrincə, bu zaman insanlar verdikləri nəzirin hara xərcləndiyinə
də nəzarət edə biləcəklər".
Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) nümayəndəsi Hacı Şahin Həsənlinin fikrincə,
dini icmalar ianələr hesabına fəaliyyət göstərir:
Müasir dövrdə
bunun bank hesabları ilə, onlayn qaydada edilməsi normal haldır. Pandemiya vaxtı bizim
icmaya yardımlar məhz köçürmələr
vasitəsilə olurdu.
Xaricdə yaşayan vətəndaşlar
da dəstəklərini
bu cür ifadə edirdilər.
Bu həm şəffaflığı
təmin edəcək,
həm də müasir dövrün tələbləri ilə
uzlaşır. Ona görə
də hesab edirəm ki, bu, normal haldır. Əgər icmalar prosesə nəzarət edəcəklərsə, proses
şəffaf icra olunacaqsa, bu, insanlar üçün də bir arxayınlıq
yaradacaq ki, ödədikləri vəsait
lazımi istiqamətdə
xərclənəcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 24 iyun.- S.10.