“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan

 

 

Əziz oxucular!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Mir Mehdi Mir Haşım oğlu Xəzani 1811-ci ildə Zəngəzur mahalının Məmərli kəndində anadan olmuş, ilk təhsilini böyük qardaşı Mir Cəfərdən, sonra isə Zəngəzur mahalının adlı-sanlı ziyalısı Molla Zülfüqardan almışdı. Erkən yaşlarında atasını özündən böyük ikinci qardaşını itirən Mir Mehdi ailənin maddi vəziyyəti ilə əlaqədar olaraq 1830-cu ildə Füzuli rayonunun Şıxımlı kəndinə, 1831-ci ildə isə Gəncəyə köçür. Orada pedaqoji fəaliyyətlə məşğul olan şair  rus dilini öyrənir Şıxımlıya qayıdaraq pedaqoji fəaliyyətini orada davam etdirir. Pedaqoq kimi böyük şöhrət qazanan şair 1859-cu ildə Qarabağın ən böyük kəndlərindən olan Tuğ kəndinin ağsaqqallarının dəvətini qəbul edərək oraya köçür rus dilində yeni tipli məktəb açaraq ömrünün axırına kimi orada müəllimlik fəaliyyətini davam etdirir. Şair 1893-cü ildə vəfat edir Tuğ kəndində dəfn olunur.  

Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ" adlı tarixi əsəri ona böyük şöhrət gətirib. Şairin 1980-ci illərdə tapılmış cüngündə, eləcə AMEA ƏYİ-nin arxivində mühafizə olunan müxtəlif əlyazmalardan toplanmış şeirləri 2014-cü ildə nəşr olunaraq ədəbi ictimaiyyətə təqdim edilib (Raqub Kərimov. Mir Mehdi Xəzaninin həyat yaradıcılığı. Əsərləri. Bakı, 2014). Şairin həyat yolu haqqında verilən məlumat seçilmiş şeir nümunələri həmin əsərdən götürülüb.

 

Raqub Kərimov

Filologiya üzrə elmlər doktoru,

 professor

 

525-ci qəzet.- 2022.- 25 iyun.- S.23.