"Şuşa
söhbətləri"nin ikinci görüşü baş
tutub
Beynəlxalq Muğam Mərkəzində
Mədəniyyət Nazirliyinin
"Şuşa İli"
çərçivəsində həyata keçirdiyi
"Şuşa söhbətləri"
(Shusha talks) layihəsinin
ikinci görüşü
baş tutub.
APA xəbər verir ki, görüşdə mədəniyyət və
incəsənət xadimləri,
ictimaiyyət nümayəndələri,
bloger və influenserlər, eləcə
də yaradıcı sənayenin üzvləri iştirak edib və "Şuşa İli" çərçivəsində
Mədəniyyət Nazirliyinin
tədbirlər planı
və "Musiqinin Şuşaya qayıdışı"
mövzusu müzakirə
olunub.
Çıxış edən Mədəniyyət
Nazirliyinin İnformasiya
və İctimaiyyətlə
əlaqələr şöbəsinin
müdiri Məryəm
Qafarzadə nazirliyin
"Şuşa İli"
çərçivəsində həyata keçirdiyi layihələr haqqında
geniş məlumat verib. O, qurumun bundan sonra da davamlı
şəkildə təbliğat
məqsədli layihələri
davam etdirəcəyini
qeyd edib.
Daha sonra tanınmış incəsənət
xadimləri ilə
"Musiqinin Şuşaya
qayıdışı" mövzusunda panel keçirilib.
525-ci qəzet.- 2022.- 25 iyun.- S.12.