Müjdə
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas
Elariz Nəhmədlidir. Onunla Leonardo Da Vinçinin "Müjdə" əsərihaqqında
danışmışıq.
- Elariz bəy, əsərin yaranma tarixçəsi haqqında
nə bilirik?
- "Müjdə" əsəri rəngkarlıq
tarixində xüsusi yer tutan tablolardandır. Əsər dünya
incəsənətində "Cakonda" əsəri ilə öz sözünü demiş görkəmli rəssam
Leonardo da Vinçi tərəfindən XV əsrdə
yaradılıb. Burada əsas
mövzu Məryəmin
Cəbrayıl mələyi
ilə qarşılaşması,
Cəbrayıl mələyinin
onun oğluna hamilə olması münasibətilə müjdələməsidir.
Dini mövzuda olan bu əsər
eyni və ya müxtəlif adlarda yenidən
yaradılıb. "Müjdə" xristian incəsənətində ən
çox müraciət
olunan mövzulardan biridir. Bu əsərə
hələ erkən xristianlıq dövründə
rast gəlirik. Orta əsrlər və İntibah dövrünün
də həm xristian Şərqi, həm də Roma-Katolik kilsəsinin divar və relyeflərində
istifadə olunub.
- "Müjdə" əsərinə Da Vinçidən sonra Sandro Botiçelli, Duçço, Karavacco,
Yan Van Eyk və başqa rəssamlar da müraciət edib.
- Bəli. Romadakı bir sıra kilsələrdə
olan mozaikalarda, Santa Kroçe bazilikasında olan təsvirlərdə
"Müqəddəs Məryəm",
"Məryəm və
İsa peyğəmbər",
"Məryəm və
Cəbrayıl" kimi
mövzular öz əksini tapıb. Anna Dominin ilk dəfə Kiçik Dionis tərəfindən tərtib olunması zamanı yeni ilin başlanğıcı
25 marta təyin
edilir, Katolik teologiyasına görə
Şükranlıq dövrünün
başlanğıcı hesab
olunur. Buna görə
də Xristianlıq dinində Şükranlıq
bayramı "Müjdə"
bayramı kimi qeyd edilir. Əsərdə həm Məryəmin,
həm də Cəbrayılın çağdaş
Florensiya eskizləri üstünlük təşkil
edir.
- Əsərin kompozisiyası
haqqında nə deyə bilərsiniz?
- Əsərdə dindar
gənc qadın Məryəm Cəbrayılla
qarşılaşır və
ön planda Həzrəti Məryəm
əsas kompozisiya obrazı kimi təsvir edilib. Tablodan görünür
ki, Məryəm Cəbrayılı görəndə
təəccüblənərək sol əlini havaya qaldırır. Digər əli
oxuduğu kitabın səhifələrini itirməmək
üçün kitabın
səhifələrinə qoyulub.
Cəbrayıl obrazı
ilə büt bəşəriyyəti tablolarında
qarşılaşırıq, əlində ağ
zanbaq tutub. Zanbaq Məryəmin təmizliyi,
saflığına olan
bir işarədir.
Onun qanadlarının təsvirləri
Da Vinçinin möhtəşəm fırça
ustası olduğunu bir daha sübut
edir.
- Əsərin rəng
koloriti haqqında nə deyə bilərsiniz?
- Tabloda tünd rənglər üstünlük
təşkil edir. Burada daha çox isti rənglər vəhdəti var. Əsərdəki
koloritdə işıq-kölgə
anlayışı daha
dəqiq işlənilib.
Yalnız arxa fonda dağ
və təbiət mənzərəsində soyuq
rənglər nisbətən
açıq və axıcı fonda təsvir edilib.
- Bu rəsm bizə nə deyir?
- Əsərdə arxa fonda mənzərə,
limanların təsviri
rəssamın yaradıcılığının
ilkləri hesab edilir. İsanın inkornasiyasının başlanğıcı
kimi "Müjdə"
xristian ideologiyasında
mühüm yer tutur və İsanın
çarmıxa çəkiləcəyi
öncədən tabloda
hiss olunur.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 29 iyun.- S.15.